Məhkəmə qərarları › İş №8(3-9)-128/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-128/2026

14.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-128/2026 14.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), X1 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDI: Sabirabad rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadına əsasən, Sabirabad Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə Borclu hər ay tutulması qət edilmiş 130 manat sabit pul məbləğində aliment indeksasiya edilərək, Borclu qərardad qanuni qüvvəsini aldığı zamandan başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli miqdarında sabit pul məbləğində alimentin tutularaq Tələbkar verilməsi qərara alınmışdır. Borclu Borclu Sabirabad rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qəradadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, alimentin indeksasiyasıminimum əmək haqqının artımına mütənasib aparılmalıdır. Mütənasiblik ilkin aliment məbləğinin onun müəyyən edildiyi tarixdə qüvvədə olan minimum əmək haqqına nisbətinin qorunmasını tələb edir. Məhkəmə 150 manatlıq ilkin məbləği 130 manat kimi qəbul etmişdir. Indeksasiya məqsədilə aliment minimum əmək haqqının müəyyən mislinə uyğun sabit pul məbləğində ifadə olunmalıdır. 150:130 = 1,153846... olduğu halda qərardadda 1 misli müəyyən edilməsi ilkin məbləğin yanlış götürülməsinin nəticəsidir. Ali Məhkəmə Plenumunun ##.##.2016-cı il tarixli 8- */**** №-li Qərarının 8.4-1 mislin riyazi nisbətlə müəyyən edilməsini; 8.4-2 konkret rəqəmlə müəyyən edilmiş alimentin ilkin ilin minimum əmək haqqına nisbətinin saxlanmasını; 8.4-3 isə indeksasiya ilə aliment miqdarının dəyişdirilməsinin fərqləndirilməsini tələb edir. Mübahisələndirilən qərardad bu göstərişlərə uyğun deyil. MPM-in 232-ci maddəsi üzrə indeksasiya icraatında əvvəlki 150 manatın 130 manat kimi dəyişdirilməsi və ya borclunun azaldılma əsaslarının həll edilməsi yolverilməzdir. ##.##.2018-ci ildən minimum əmək haqqı 130 manat müəyyən edilmişdir. Bu məbləğ hesablamanın məxrəcidir və əvvəlki qətnamə ilə müəyyən edilmiş 150 manat alimentin 130 manat kimi qəbul edilməsinə əsas vermir. Minimum aylıq əmək haqqı ##.##.2025-ci ildən 400 manat müəyyən edilmişdir. Qüvvədə olan göstərici düzgün ilkin əmsala vurulmalı idi; məhkəmə bu iki mərhələli hesablamanı aparmamışdır. Məhkəmə bildirişinin qanuni məzmunu, göndərilməsi və çatdırılması iş materiallarında mötəbər sübutla təsdiqlənməlidir. Qərardaddakı ümumi “xəbərdar edilmişdir” ifadəsi çatdırılma faktının əsaslandırılması deyil. Qərardad qanuni, əsaslı, aydın və motivli olmalıdır. 150 manatın niyə 130 manat kimi götürüldüyü izah edilməmiş, müəyyənedici və nəticə hissələri ziddiyyət təşkil etmişdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Sabirabad Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından ##.##.2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ##.##.2018-ci il tarixindən başlayaraq Borclu hər ay 150 manat miqdarında alimentin tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2.-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 110.1.-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli, ** nömrəli Qərarı ilə «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarında dəyişikliklər edilmiş, 8-ci bənd üzrə 8.4-1, 8.4-2 və 8.4.3-cü yarımbəndlər əlavə edilmişdir. Qeyd olunan 8.4-2-ci yarımbəndə qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əmək haqqının artırılması” ##.##.2017ci il tarixli Sərəncamına əsasən, minimum əmək haqqı # ###### 2018-ci ildən 130 manat müəyyən edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, 2018-ci ildə minimum əmək haqqı 130 manat təşkil etdiyindən indeksləşdirmə nəticəsində bundan sonra 1 uşağa görə tutulmalı olan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş miniumum əmək haqqının 1 mislindən artıq olması, lakin ərizəçinin tələbinin ölkə üzrə müəyyən olunmuş miniumum əmək haqqının 1 misli həddində olması və MPM-nin 218.3-cü maddəsinin tələbləri, yəni tələbdən kənara çıxılmasının yolverilməzliyi nəzərə alınmaqla, Sabirabad Rayon Məhkəməsinin 2(056)- ****/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər ay 1 uşaq üçün tutulması qət edilmiş 130 manat sabit pul məbləğində aliment indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli miqdarında sabit pul məbləğində aliment tutularaq ərizəçi Tələbkar verilməlidır. Kollegiya iş materiallarını və təqdim olunan dəlilləri təhlil edərək müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Sabirabad Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya məsələsinə baxmış, alimentin miqdarının dəyişdirilməsi ilə bağlı mübahisəni araşdırmamışdır. Qanunvericiliyə əsasən, aliment məbləğinin indeksasiyası onun miqdarına yenidən baxılması ilə eyni hüquqi mahiyyət daşımır və müvafiq prosessual çərçivədə həll edilməlidir. Belə ki, indeksasiya aliment məbləğinin artırılması və ya azaldılması məsələsindən fərqli olaraq, yalnız məhkəmə qərarında nəzərdə tutulmuş mexanizmə uyğun olaraq həyata keçirilir və ayrıca iddia predmeti kimi qiymətləndirilə bilməz. Bu baxımdan, birinci instansiya məhkəməsinin ərizəni təmin etməsi hüquqi cəhətdən əsaslı və qanunauyğun hesab edilir. Odur ki, şikayətin dəlilləri əsassızdır. Bundan başqa, borclunun 150 manatın 130 manat kimi qəbul edilməsi barədə dəlili qərardadda olan texniki yanlışlığı göstərsə də, həmin dəlil qərardadın nəticə hissəsində ərizəçinin tələb etdiyindən artıq məbləğ müəyyən edildiyini təsdiq etmir. Əksinə, şikayətçinin göstərdiyi 150/130 nisbətinin tətbiqi ərizəçinin tələb etdiyi bir misildən daha yüksək məbləğə gətirib çıxarardı. Buna görə də həmin texniki səhvə istinad edilməsi borclunun tələb etdiyi qərardadın ləğvini əsaslandırmır. Kollegiya onu da qeyd edir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Bu baxımdan, borclunun alimentin azaldılması ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququ istisna olunmur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263- 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar