Məhkəmə qərarları › İş №8(3-9)-129/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-129/2026

16.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-129/2026 16.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, ödənilməli pul məbləğinin indeksasiyası barədə Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Neftçala Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ####### 2013-cü il tarixli məhkəmə əmrinə əsasən “Neftçala şəhəri, 6-cı məhəllədə yaşayan İsayev Tofiq Nəcəf oğlu və Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 15-də yaşayan İsayev Tural Əminağa oğlundan 1.117 (min yüz on yeddi) manat əsas borc borc və 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi, cəmi 1.137 (min yüz otuz yeddi) manat tutulub Ərizəni verən şəxs” ödənilməlidir. Məhkəmə əmri qüvvəyə minmiş və icraya yönəldilmişdir. Tələbkar Ərizəni verən şəxs ## ######## 2025-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək, göstərilən məhkəmə əmri üzrə ödənilməli olan pul məbləğinin indeksləşdirilməsini xahiş etmişdir. Ərizə məhkəmə əmri ilə müəyyən edilmiş pul məbləğinin borclular tərəfindən ödənilməməsi ilə əsaslandırılıb. Neftçala Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərardadı ilə Ərizəni verən şəxs ərizəsi qismən təmin olunmuş, *(***)-***/**** nömrəli iş üzrə ## ####### 2013-cü il tarixli məhkəmə əmrinə əsasən İsayev Tofiq Nəcəf oğlundan və İsayev Tural Əminağa oğlundan tutulmalı olan ümumi pul məbləği indeksləşdirilərək 2.355 (iki min üç yüz əlli beş) manat 86 (səksən altı) qəpik məbləğində müəyyən edilmişdir. Qərardaddan İsayev Tofiq Nəcəf oğlu ## ### 2026-cı ildə şikayət vermişdir. Şikayət onunla əsaslandırılır ki, ## ####### 2013-cü il tarixli məhkəmə əmrinə əsasən tutulmalı olan pul məbləği ## ###### 2021-ci il tarixinədək tələbkara tam olaraq ödənilib. Buna baxmayaraq, Neftçala Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərardadına əsasən tələbkarın xeyrinə yenə də pul tutulur. Neftçala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə borclunun şikayəti nəzərə alınaraq ## ####### 2025-ci il tarixli qərardad ləğv edilmiş və tələbkar Ərizəni verən şəxs indeksasiya tələbinə dair ərizəsinə yenidən baxılması qərara alınmışdır. Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə tələbkarın pul məbləğinin indeksasiyası barədə ərizəsi təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli iş üzrə ## ####### 2025-ci il tarixli qərardadının icrasında dönüş edilməklə, həmin qərardada əsasən tələbkar Ərizəni verən şəxs xeyrinə tutulmuş bütün pul məbləğinin borclu İsayev Tofiq Nəcəf oğluna qaytarılması qərara alınmışdır. Qərardaddan tələbkar Ərizəni verən şəxs şikayət vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə apellyasiya qeyrimümkün hesab edilmiş, Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından verilmiş şikayətə baxılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialları Neftçala Rayon Məhkəməsinə qaytarılmışdır. Neftçala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından verilmiş şikayətə baxılmış, şikayət baxılması üçün iş materialları birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri Tələbkar Ərizəni verən şəxs şikayətində Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı qərardadının ləğv edilərək, ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar şikayətində göstərmişdir ki, məhkəmə qərardadı qanuni və əsaslı deyildir. Belə ki, borclular tərəfindən təqdim edilən sübutlardan, o cümlədən “xxxx” MMC tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, 2013-cü il tarixli məhkəmə əmri üzrə ödənişlər ## ######## 2019cu ildən başlamış və ## ###### 2021-ci il tarixinədək davam edərək ümumilikdə 1.216,99 manat məbləğində icra olunmuşdur. Bu fakt, həmin məhkəmə əmri üzrə əsas borcun faktiki olaraq icra edildiyini göstərir. Bununla yanaşı, məhkəmə tərəfindən istinad edilən hal – yəni ##.##.2025-ci il tarixinə borcun olmaması – məhz mövcud icra materiallarının və icra icraatının vəziyyəti ilə ziddiyyət təşkil edir. Əgər icra işləri icra məmurunun icraatında açıq saxlanılmış və borcun tam ödənilməsi rəsmi icra sənədlərində düzgün əks olunmamışdırsa, bu hal borcun mövcudluğunu sübut edən fakt kimi qiymətləndirilə bilməz. Əksinə, icra orqanının məlumatlarının dəqiqləşdirilməsi və icra sənədlərinin düzgün rəsmiləşdirilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsi və onun icra mexanizminə dair müddəaları da təsdiq edir ki, icra sənədi üzrə hüquq münasibətlərinin düzgün həlli üçün icra icraatının real vəziyyəti həlledici əhəmiyyət kəsb edir. Əgər icra icraatı faktiki olaraq düzgün yekunlaşmamış və ya borcun bağlanması icra sənədlərində əks olunmamışdırsa, bu hal hüquqi qeyri -müəyyənlik yaradır və indeksasiya barədə nəticəyə birbaşa təsir edir. Həmçinin borclular tərəfindən təqdim edilən qəbzlər ödənişlərin mövcudluğunu formal olaraq göstərsə də, həmin ödənişlərin tələbkara tam şəkildə və real olaraq daxil olması icra materialları ilə təsdiq olunmur, yəni qəbzlər üzrə göstərilən məbləğlər tələbkarın bank hesabına və ya icra orqanı vasitəsilə faktiki olaraq tam həcmdə köçürülməmişdir; nəticə etibarilə təqdim olunan qəbzlər borcun tam və yekun şəkildə ödənildiyini sübut edən mötəbər və təkzibedilməz sübut kimi qiymətləndirilə bilməz. Prosessual məsələlər Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə tərəflərə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Apellyasiya məhkəməsinin mövqeyi Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Müəyyən olunur ki, Neftçala Rayon Məhkəməsinin ## ####### 2013-cü il tarixli məhkəmə əmrinə əsasən “Neftçala şəhəri, 6-cı məhəllədə yaşayan İsayev Tofiq Nəcəf oğlu və Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 15-də yaşayan İsayev Tural Əminağa oğlundan 1.117 (min yüz on yeddi) manat əsas borc və 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 1.137 (min yüz otuz yeddi) manat tutulub Ərizəni verən şəxs” ödənilməlidir. Məhkəmə əmri qüvvəyə minmiş və icraya yönəldilmişdir. MPM-in 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. Qərarda qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş olsa da, bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiq pul məbləğinin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə aktına münasibətdə tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə müvafiq olaraq məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən infilyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Borclu İsayev Tofiq Nəcəf oğlunun təqdim etdiyi çıxarışdan (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## ###### 2025-ci ildə 14-5-109/33/1/3-1-10870/2025 nömrəsi ilə elektron imza ilə imzalanmaqla verilib) görünür ki, o, Neftçala Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ####### 2013-cü il tarixli məhkəmə əmri ilə bağlı ödənişlərə ## ######## 2019-cu ildə başlamış və ## ###### 2021-ci il tarixinədək müvafiq məhkəmə əmri üzrə 1.216,99 manat məbləğində pul ödəmişdir. Təqdim edilmiş sənədlərə görə, ## ######## 2025-ci il tarixinə borclular İsayev Tofiq Nəcəf oğlunun və İsayev Tural Əminağa oğlunun Neftçala Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ####### 2013-cü il tarixli məhkəmə əmri üzrə heç bir borcları olmayıb. Ərizəçi tərəfindən borcun mövcudluğu ilə bağlı müvafiq sübut təqdim edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni rədd etməklə maddi və prosesual hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdiirlmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qərara aldı: Tələbkar Ərizəni verən şəxs şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar