Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-130/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından tələbkar Tələbkar verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı icra sənədinə əsasən “Mercedes Benz VİTO111 CDI minik” markalı nəqliyyat vasitəsinin dəyərinə, yəni 18000 (on səkkiz min) manat pula tərəflərin 1/2 hissədə payları müəyyən edilərək 9000 (doqquz min) manat pul Fərzəliyev İlvan Səyyar oğlundan alınaraq Tələbkar ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şıxəliyev Rüfət İkram oğlu təqdimatla məhkəməyə müraciət etmiş və təqdimatını onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı icra sənədinə əsasən “Mercedes Benz VİTO111 CDI minik” markalı nəqliyyat vasitəsinin dəyərinə, yəni 18000 (on səkkiz min) manat pula tərəflərin 1/2 hissədə payları müəyyən edilərək 9000 (doqquz min) manat pul Fərzəliyev İlvan Səyyar oğlundan alınaraq Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi ## ###### 2026-cı il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, lakin borclu tərəfindən könüllü qaydada tələb təmin edilməmişdir. Bu səbəbdən də, borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə elektron sorğular verilmiş və müəyyən edilmişdir ki, borclu Fərzəliyev İlvan Səyyar oğlunun digər şəxslə birlikdə ümumi paylı mülkiyyətində Saatlı rayonu Qırağlı kəndi ərazisində yerləşən 0.042 hektar torpaq sahəsi vardır. Ona görə də, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə borclu Fərzəliyev İlvan Səyyar oğlunun mülkiyyətində olan Saatlı rayonu Qırağlı kəndi ərazisində yerləşən 0.042 hektar torpaq sahəsinin 1/2 hissəsinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim İxtiyar Abuşov) təqdimatı təmin edilməmişdir. Qərardaddan tələbkar Tələbkar şikayət verərək qərardadın ləğv edilməsi, təqdimatın təmin edilməsi, borclu Fərzəliyev İlvan Səyyar oğlunun mülkiyyətində olan Saatlı rayonu Qırağlı kəndi ərazisində yerləşən 0.042 hektar torpaq sahəsinin 1/2 hissəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqdimata əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli çıxarışın surətindən görünür ki, Saatlı rayonu Qırağlı kəndi ərazisində yerləşən 0.042 hektar torpaq sahəsinin 1/2 hissəsi Fərzəliyev İlvan Səyyar oğlunun, 1/2 hissəsi isə Tələbkar paylı mülkiyyətindədir. Hakim qərardadda torpaq sahəsinin ümumi birgə mülkiyyət olmasının qeyd etməsi anlaşılan deyildir. Belə ki, təqdimata əlavə edilmiş yuxarıda qeyd edilən çıxarışdan da göründüyü kimi torpaq sahəsi ümumi birgə yox, paylı mülkiyyətdədir və borclu Fərzəliyev İlvan Səyyar oğlunun 1/2 hissədə payı müəyyən olunmuşdur. qanunvericilik, borclunun ümumi mülkiyyətdə olan payına belə tələbin yönəldilməsini müəyyən etmişdir. Lakin məhkəmə, hər hansı səbəbdən payı konkret olaraq müəyyən edilmiş Fərzəliyev İlvan Səyyar oğlunun payı üzərinə həbs qoymasından imtina etmişdir. Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinin tələbinə görə məcburi icra tədbirləri zamanı borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsinə yol verilir. 44.1.3-cü maddəsinin tələbinə görə könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. 45.6-cı maddəsinin tələbinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının vqanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Habelə, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” ## ###### 2024-cü il tarixli, **/**** saylı qərardadınının 36-cı bəndində göstərilir ki, borclunun barəsində çıxarılmış qətnamənin icrası qaydasında tələbin onun ümumi mülkiyyətdəki payına yönəldilməsi fərdi mülkiyyətində olan əşyasına yönəldilməsindən fərqli olaraq, kreditorun tələbi üzrə iddia icraatı qaydasında həll edilməli məsələ olmaqla “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 53-cü maddəsində nəzərdə tutulmuş qaydada qətnamənin icrası çərçivəsində həyata keçirilə bilməz. İşdən görünür ki, icra sənədi üzrə Fərzəliyev İlvan Səyyar oğlundan 9.000 manat məbləğində pulun Tələbkar xeyrinə tutulması müəyyən edilmiş, həmin tələb könüllü icra edilmədiyindən icra məmuru borclunun əmlak vəziyyətinin araşdırılması nəticəsində onun digər şəxslə ümumi paylı mülkiyyətində olan 0,042 hektar torpaq sahəsini müəyyən etmiş və borclunun həmin əmlakdakı 1/2 payına həbs qoyulmasını xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 45.6 və 50.2-ci maddələrinin məzmunundan müəyyən olunur ki, borclunun əmlakı üzərinə həbs qoyulması məcburi icra tədbirlərindən biridir. Lakin həmin tədbirin tətbiqi tələbin yönəldilməsi mümkün olan əmlaka münasibətdə həyata keçirilməlidir. Hazırkı halda həbs qoyulması tələb edilən əmlak borclunun fərdi mülkiyyətində olmayıb, onun digər şəxslə ümumi paylı mülkiyyətindədir. Borclunun həmin əmlakda 1/2 payının dövlət qeydiyyatında müəyyən edilməsi onun həmin paya mülkiyyət hüququnu təsdiq etsə də, icra sənədi üzrə tələbin həmin paya birbaşa icra icraatı çərçivəsində yönəldilməsi üçün kifayət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224-cü maddəsində ümumi mülkiyyətdə olan əşyadakı paya tutmanın yönəldilməsi üçün xüsusi hüquqi mexanizm müəyyən edilmişdir. Həmin normanın tətbiqi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2024cü il tarixli, **/**** saylı qərardadının 34-36-cı bəndlərində verilmiş hüquqi mövqeyə əsasən, borclunun ümumi mülkiyyətdəki payına tutmanın yönəldilməsi məsələsi kreditorun tələbi üzrə iddia icraatı qaydasında həll edilməlidir və belə tələb “İcra haqqında” Qanunun 53-cü maddəsində nəzərdə tutulmuş qaydada qətnamənin icrası çərçivəsində həyata keçirilə bilməz. Həmin hüquqi mövqedə ümumi mülkiyyətin paylı və ya birgə mülkiyyət formasında olması arasında fərq qoyulmamışdır. Buna görə də, hazırkı halda torpaq sahəsinin məhz ümumi paylı mülkiyyətdə olması və borclunun payının konkret olaraq 1/2 hissə müəyyən edilməsi fərqli hüquqi nəticəyə səbəb olmamışdır. Başqa sözlə, payın müəyyən edilmiş olması tələbin həmin paya icra qaydasında yönəldilməsinin mümkünlüyünü yarada bilməz. Beləliklə, təqdimatda göstərilən torpaq sahəsinin ümumi paylı mülkiyyətdə olması və borclunun həmin əmlakda müəyyən edilmiş payının mövcudluğu nəzərə alınmaqla, həmin paya icra sənədinin icrası qaydasında həbs qoyulması mümkün olmadığından, birinci instansiya məhkəməsinin təqdimatın təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi
qərara aldı:
Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.