Məhkəmə qərarları › İş №8(3-9)-133/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-133/2026

24.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-133/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəni verən şəxs Şirvan Apellyasiya Məhkəməsi tərəfindən təqdim edilən ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinin geri qaytarılması haqqında Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmurunun ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin icra sənədinin yenidən icraya yönəldilməsi haqqında qərardad qəbul edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Adil Vəliyev) şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Tələbkar Ərizəni verən şəxs həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin (şikayətin) mahiyyəti üzrə baxılması istiqamətində növbəti prosessual hərəkətlərin həyata keçirilməsi haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, icra məmurunun hərəkət və hərəkətsizliyindən, habelə qəbul edilmiş qərarlarından elektron qaydada şikayət verilməsi üçün mexanizm mövcud deyil. Belə ki, “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə yalnız iddia ərizələri, kiçik iddialara dair işlər üzrə iddia ərizələri, məhkəmə əmri haqqında ərizələr və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizələrin verilməsi mümkündür. Bundan başqa, icra məmurları tərəfindən icra sənədi ilə bağlı qəbul olunan qərarlar “Elektron məhkəmə informasiya sistemi”ndə əks olunmadığından belə qərarlardan elektron qaydada şikayət verilməsi mümkün deyil. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, həmin şikayətin 07 (yeddi) gün müddətində mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi şikayəti hazırkı əsasla geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi ərizəni geri qaytararkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şikayət ərizəsi məhkəməyə elektron qaydada deyil, kağız daşıyıcıda daxil olmuşdur. MPM-də icra məmurunun qərarından verilmiş şikayətin geri qaytarılmasını birbaşa tənzimləyən norma nəzərdə tutulmamışdır. Bu səbəbdən yaranmış boşluğun aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsində nəzərdə tutulmuş qanunun analogiyası qaydasının tətbiqi zəruridir. Belə ki, həmin normanın məzmununa görə, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə tərkibi bu mövqe ilə razılaşmayaraq qeyd edir ki, icra məmurunun qərarından şikayətin məhz elektron formada verilməsini məcburi edən, habelə həmin şikayətin kağız daşıyıcıda təqdim edilməsini yolverilməz hesab edən hər hansı prosessual norma mövcud olmamışdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Lakin qanunun analogiyasının tətbiqi üçün ilk növbədə konkret hüquq münasibətini tənzimləyən normanın mövcud olmaması ilə yanaşı, həmin boşluğun analoji münasibəti tənzimləyən norma vasitəsilə aradan qaldırılmasının zəruriliyi mövcud olmalıdır. Hazırkı halda isə belə zərurət yoxdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsində icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkarın və ya borclunun müvafiq məhkəməyə şikayət verə bilməsi nəzərdə tutulmuş, lakin həmin şikayətin yalnız elektron formada verilməsinə dair hər hansı tələb müəyyən edilməmişdir. Eyni zamanda, prosessual qanunvericilikdə müəyyən prosessual müraciətlərin elektron qaydada təqdim edilməsi imkanının nəzərdə tutulması digər müraciətlərin kağız daşıyıcıda verilməsini istisna edən və ya belə müraciətləri yolverilməz edən ümumi qaydanın mövcudluğu kimi qəbul edilə bilməz. Elektron məhkəmə informasiya sisteminin tətbiqi prosessual sənədlərin təqdim edilməsi üçün əlavə elektron mexanizm yaratmaqla, qanunla açıq şəkildə başqa hal müəyyən edilmədiyi təqdirdə, məhkəməyə müraciətin kağız daşıyıcıda həyata keçirilməsini istisna etməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin şikayətin kağız daşıyıcıda təqdim edilməsini prosessual tələbə zidd hesab etməsi üçün konkret hüquqi əsas göstərilməmişdir. Başqa sözlə, qanunvericilikdə şikayətin verilmə forması ilə bağlı məcburi elektron forma müəyyən edilmədiyi halda, belə bir tələb analoji normanın tətbiqi yolu ilə müəyyən edilə bilməz. Əksinə, qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə şikayət vermək hüququnun həyata keçirilməsini təmin etmək məhkəmənin vəzifələrindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verildiyi, Mülki Prosessual Məcəllənin 4.1ci maddəsində isə fiziki və hüquqi şəxslərin qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olduqları təsbit edilmişdir. Ərizənin (şikayətin) hazırkı əsasla geri qaytarılması məhkəməyə müraciət edən şəxsin konstitusion hüquqlarını məhdudlaşdırır və prosessual qənaət prinsipi ilə ziddiyət təşkil edir. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı şikayəti geri qaytarmaq əvəzinə məhkəməyə müraciət edən şəxsin məhkəməyə əlçatanlılıq imkanın realizə edilməsi, habelə prosessual qənaət prinsipini nəzərə alaraq işin icraata götürülməsi barədə məsələyə baxa bilərdi. Belə olan halda məhkəməyə müraciət edən şəxsə məhkəmə müdafiəsi hüququnun realizəsi baxımından geniş imkanlar yaranmış olar, habelə şəxsdə məhkəmə hakimiyyətinə olan inam və etimadın daha da möhkəmlənməsinə yol açmış olardı. Konstitusiya Məhkəməsinin Plenumu “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il # ####### tarixli Qərarında göstərmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X3rşı iş üzrə 1975-ci il ## ###### tarixli Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36). Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (X6rşı iş üzrə 1985-ci il ## ### tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X2rşı iş üzrə 1994-cü il ## ######## §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il # ###### tarixli §31 Qərarlar). Ona görə də məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməli, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Salyan Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə tərkibi QƏRARA ALDI: Tələbkar Ərizəni verən şəxs şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Salyan Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar