Məhkəmə qərarları › İş №8(3-9)-135/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-135/2026

10.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-135/2026 10.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Kürdəmir rayon Icra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-***/**** nömrəli, ##.##.2014-cü il tarixli icra sənədi üzrə borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Şirvan Inzibati- Iqtisadi Məhkəməsi tərəfindən verilmiş *-*(**)-***/**** nömrəli, ##.##.2014-cü il tarixli icra sənədinə əsasən, borclu Borclu 90965.56 manat pul vəsaiti tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi ##.##.2014-cü il tarixində Kürdəmir rayon Icra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlanılması üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Göstərilənlərə əsasən və "Icra haqqında" Azərbaycan Respublikası Qanununun 84.1-ci maddəsini rəhbər tutaraq, borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə uyğun hesab edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə Kürdəmir rayon Icra və probasiya şöbəsinin icra məmuru Hikmət Quliyevin təqdimatı təmin edilərək, Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-***/**** nömrəli, ## #### 2014-cı il tarixli icra sənədi üzrə ##.##.1962-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Kürdəmir şəhəri, R.Rza küçəsi 23də qeydiyyatda olan və yaşayan borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Borclu Borclu həmin qərardaddan şikayət verərək, Kürdəmir Rayon Məhkəməsinin *(*-***)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadının ləğv olunması və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə, şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə təqdimatın təmin edilməsini iş üzrə toplanmış sübutlarla əlaqələndirmişdir. Borclu Borclu vermiş olduğu şikayətində Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası borclu Borclu şikayəti ilə əlaqədar iş materiallarını tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.2.-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. 9.3.6-ci maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yekun məhkəmə aktları icra olunmalıdır. Icra qanunvericiliyinin tələbinə görə məhkəmə qətnaməsinə əsasən verilmiş icra vərəqində göstərilmiş öhdəliklər borclu tərəfindən könüllü şəkildə yerinə yetirilmədikdə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi icra vərəqəsi üzrə öhdəliklərinin borclu tərəfindən lazımi və tam qaydada yerinə yetirilməsinə şərait yaratmaq, təsir göstərmək məqsədi daşıyır. Iş materiallarının tədqiqi nəticəsində o da müəyyən olunmuşdur ki, borclu Borclu tərəfindən Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-***/**** nömrəli, ##.##.2014-cü il tarixli icra sənədi üzrə öhdəliklərini yerinə yetirilməsi ilə bağlı hər hansı sənəd əlavə edilməmişdir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclu Borclu tərəfindən verilmiş şikayət əsassız hesab edilərək, təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin *(*-***)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasənapellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2- 402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar