Məhkəmə qərarları › İş №8(3-9)-136/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-136/2026

10.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-136/2026 10.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Borclu Ərizəni verən şəxs Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- **/**** saylı icra sənədinin icrasına möhlət verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Muxtar Muxtarov) ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan borclu Ərizəni verən şəxs ##.##.2026-cı il tarixdə şikayət ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı qərardadı ilə şikayət elektron formada olmadığından qeyri-mümkün hesаb edilmiş, iş materialları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinin yerinə yetirilməsi üçün Kürdəmir Rayon Məhkəməsinə geri qaytarılmışdır. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ##.##.2026-cı il tarixdə borclu Ərizəni verən şəxs Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından yenidən şikayət vermişdir. Qərardaddan verilmiş şikayət müşayiət məktubu ilə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi hesаb edir ki, borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarından müəyyən olunur ki, mübahisələndirilən qərardad ## #### 2026-cı il tarixdə borcluya rəsmi qaydada təqdim edilmişdir. Borclu tərəfindən həmin qərardaddan ilk dəfə ## #### 2026-cı il tarixdə qanunda nəzərdə tutulmuş 10 günlük müddət ərzində şikayət verilsə də, şikayət prosessual tələblərə uyğun olmadığından apellyasiya instansiyası məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Bununla belə, həmin şikayətin vaxtında verilməsi sonradan veriləcək şikayət üçün yeni prosessual müddətin başlanmasına əsas vermədiyindən, borclu tərəfindən ## ######## 2026-cı il tarixdə elektron qaydada verilmiş şikayət qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət ötürüldükdən sonra təqdim edilmişdir. Eyni zamanda, borclu Ərizəni verən şəxs tərəfindən ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair vəsatət də verilməmişdir. Habelə, apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayət qeyri-mümkün hesab edilərək iş materialları birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra birinci instansiya məhkəməsi tərəfindən şikayət geri qaytarılmamış, sonradan verilmiş şikayətə münasibətdə isə müvafiq şikayətin verilmə müdətinin ötürülməsinə hüquqi qiymət verməmiş, bununla bağlı heç bir mövqe bildirməmişdir. Göründüyü kimi məhkəmə şikayətin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan, onu geri qaytarmalı olduğu halda, prosessual qanunvericiliyin tələblərini pozaraq səhv nəticəyə gəlmiş və şikayəti baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə tərkibi hesаb edir ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə qeyri-mümkün hesаb edilməlidir. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərаrа аldı: Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət qeyri-mümkün hesаb edilsin. İş materialları Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Kürdəmir Rayon Məhkəməsinə geri qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar