Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-139/2026 11.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X4 ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Ərizəçi (tələbkar) Tələbkar icra sənədi üzrə icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2024cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən hər həftənin şənbə və bazar günləri saat 10:00-dan saat 17:00-dək yetkinlik yaşına çatmayan ## ###### 2014-cü il tarixdə anadan olmuş X1 və ## #### 2017-ci il tarixdə anadan olmuş X3 ilə görüş və ünsiyyət hüququnun müddətinin artırılaraq dəyişdirilməsi, hər il avqust ayının 22-si və iyul ayının 6-sı uşaqların ad günündə saat 10:00-dan axşam saat 17:00-dək və hər il iyul ayının 16-sı onun ad günündə saat 10:00-dan axşam saat 17:00-dək görüşüb ünsiyyətdə olmaq və hər həftənin bazar günləri isə axşam saat 19:00-dan 20:00-dək (vatsap, zoom və s.) görüntülü danışmaq, Dünya azərbaycanlılarının Həmrəylik Günü dekabr ayının 31-i və Novruz bayramı ilə əlaqədar bayram günlərində bayram gününün 2-ci günü saat 10:00-dan axşam saat 17:00- dək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə dini bayram günlərində bayram günlərinin (yəni Qurban və Ramazan bayramının) 2-ci günü saat 10:00-dan axşam saat 17:00-dək görüş qaydasının müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi (tələbkar) Tələbkar nümayəndəsi nümayəndə2 məhkəməyə ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ##.##.2026-cı il tarixli ərizə ilə müraciət edərək, ərizəsində göstərdiyi tələblərlə yanaşı, ərizəçinin Naxçıvan Muxtar Respublikasında çalışması ilə əlaqədar, məhkəmənin müəyyən etdiyi vaxtda hər həftənin şənbə və bazar günləri saat 10:00-dan saat 17:00-dək uşaqlarla görüşmək üçün Bakı şəhərinə gələ bilməməsi halında, hər həftənin bazar günləri axşam saat 19:00-dan 20:00- dək (vatsap, zoom və s.) görüntülü ünsiyyətdə olması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə (Hakim Nəriman Alməmmədov) ərizənin qismən təmin edilməsi, Ağcabədi rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş ünsiyyət qaydasının dəyişdirilməsi, Tələbkar ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2017-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə və bazar günləri səhər saat 10:00-dan saat 17:00-dək, göstərilən görüş baş tutmadıqda isə hər həftənin bazar günü saat 19:00-dan 20:00-dək onlayn video zəng formatında, uşaqların doğum günlərində (hər il 22 avqust və 06 iyul tarixlərində) saat 10:00-dan 15:00-dək, Tələbkar doğum günündə (hər il 16 iyul tarixində) saat 10:00-dan 16:00-dək, iki gündən artıq davam edən bayramların (Ramazan, Qurban, Yeni il və Novruz) ikinci günü saat 10:00-dan 17:00-dək ünsiyyət hüququnun təmin edilməsi, ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2017-ci il təvəllüdlü X3 müəyyənləşdirilmiş ünsiyyət müddətinin əvvəlində onların yaşayış yeri üzrə Bakı şəhəri Nizami Rayon Icra və Probasiya Şöbəsinin qarşısında Borclu tərəfindən Tələbkar, ünsiyyət müddətinin sonunda isə Tələbkar tərəfindən Borclu təhvil verilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət verərək, Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin olunmaması, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarını riayət etməsini yoxlayır. 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Hazırki işdə ərizəçinin tələbi Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş ünsiyyət qaydasının dəyişdirilməsindən ibarətdir. Belə ki, həmin qətnamədən müəyyən edilir ki, iddiaçı Tələbkar ata kimi valideynlik hüquqlarını həyata keçirməkdən ötrü hər həftənin şənbə və bazar günləri səhər saat 10:00-dan saat 17:00-a kimi ##.##.2014-cü il tarixdə anadan olmuş X1 və ##.##.2017-ci il tarixdə anadan olmuş X2 ilə ünsiyyətdə olmaq üçün görüş verilmişdir. Ərizəçi Tələbkar qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizəsində (həmçinin ərizənin dəqiqləşdirilməsi barədə ərizədə) tələbini aşağıdakı formada göstərmişdir: - Şənbə və bazar günləri saat 10:00-dan saat 17:00-dək uşaqlarla görüşmək üçün Bakı şəhərinə gələ bilməməsi halında, hər həftənin bazar günləri axşam saat 19:00-dan 20:00dək (vatsap, zoom və s.) görüntülü ünsiyyətdə olması - Hər il avqust ayının 22-si və iyul ayının 6-sı uşaqların ad günündə saat 10:00-dan axşam saat 17:00-dək və hər il iyul ayının 16-sı özünün ad günündə saat 10:00-dan axşam saat 17:00-dək görüşüb ünsiyyətdə olması - Bayram günlərində bayram gününün 2-ci günü saat 10:00-dan axşam saat 17:00- dək ünsiyyətin müəyyən edilməsi Birinci instansiya məhkəməsi ərizəni qismən təmin edərək, hər həftənin şənbə və bazar günləri səhər saat 10:00-dan saat 17:00-dək, göstərilən görüş baş tutmadıqda isə hər həftənin bazar günü saat 19:00-dan 20:00-dək onlayn video zəng formatında, bundan əlavə uşaqların doğum günlərində (hər il 22 avqust və 06 iyul tarixlərində) saat 10:00-dan 15:00-dək, Tələbkar doğum günündə (hər il 16 iyul tarixində) saat 10:00-dan 16:00-dək, iki gündən artıq davam edən bayramların (Ramazan, Qurban, Yeni il və Novruz) ikinci günü saat 10:00-dan 17:00-dək ünsiyyət hüququnu təmin etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qətnamənin icra qaydasının dəyişdirilməsi barədə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edərək qeyd edir ki, məhkəmə qətnamənin icra qaydasını dəyişərkən yanlış olaraq ərizə göstərilən yeni tələblərə (hansı ki həmin tələblərə iddia icraatı qaydasında baxılmalıdır) qiymət verərək prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Kollegiya gəlinən nəticənin aydın və anlaşılan olması üçün aşağıdakıları qeyd edir. Əvvəla qeyd edilməlidir ki, MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair ## ### 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. Məhkəmə, qətnamənin icrasını müəyyən hadisənin gələcəkdə baş verməsi ilə əlaqələndirib, möhlət verərək qətnamənin müvafiq icra qaydasını müəyyən etmiş olur. Bu ardıcıllıqla icra hərəkətlərinin yerinə yetirilməsində çətinliklər yarandıqda həmin icra qaydasının dəyişdirilməsi zərurəti yarana bilər. Qeyd olunmalıdır ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. Qətnamənin icra qaydasının dəyişdirilməsinə gəldikdə qeyd olunmalıdır ki, bu məsələnin həlli qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra (hərəkətlərini) məsələlərini tənzimləyir. Qeyd edilənləri təhlil edən kollegiya belə qənaətə gəlir ki, qətnamənin icra qaydasının dəyişdirilməsi institutu məhkəmə aktının məzmununun tamamlanmasına, dəyişdirilməsinə və ya həmin aktla həll edilmiş məsələyə dair yeni hüquq və vəzifələrin müəyyən edilməsinə xidmət etmir. Bu institut yalnız qətnamə ilə artıq müəyyən edilmiş hüquq və vəzifələrin həyata keçirilməsinin mövcud şəraitdə mümkün və səmərəli təmin edilməsi məqsədilə onların icra mexanizminə, ardıcıllığına və həyata keçirilməsi şərtlərinə müdaxiləni nəzərdə tutur. Hazırkı halda ərizəçinin tələbinin bir hissəsinin təşkil edən videogörüntü vasitəsilə ünsiyyət əslində Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Belə ki, həmin qətnaməyə nəzər yetirdikdə görünür ki, iddiaçı Tələbkar iddia tələbində şənbə və bazar günləri videogörüntü vasitəsi ilə ünsiyyət saxlanılmasını da xahiş etmiş, məhkəmə tərəfindən iddia həmin hissədə rədd edilmişdir. Belə olan halda ərizəçinin indiki tələbi (videogörüntü ilə bağlı) əvvəlki qətnamədə müəyyən edilmiş görüş hüququnun başqa qaydada icrasından ibarət deyildir. Belə ünsiyyət forması əvvəlki qətnamə ilə müəyyən edilməmiş, əksinə, həmin məsələ üzrə iddia tələbi təmin edilməmişdir. Buna görə də videoünsiyyətin qətnamənin icra qaydasının dəyişdirilməsi qaydasında müəyyən edilməsi əvvəlki məhkəmə qətnaməsinin icra mexanizminin dəyişdirilməsi deyil, həmin qətnamənin məzmununun yeni hüquqla tamamlanması nəticəsini doğura bilər. Bu isə eyni tərəf, eyni predmet və eyni əsas üzrə qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halın yenidən müəyyən edilməsi deməkdir ki, bu da prosessual qanunvericiliyin tələbləri baxımından yol verilməzdir. Burdan belə qənaətə gəlmək olar ki, ərizəçi Tələbkar ərizəsində göstərdiyi digər tələblər də ümumiyyətlə Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş ünsiyyət qaydasının tərkib hissəsinə daxil deyildir. Mövcud prosessual qanunvericilikdə qətnamənin icra qaydasının dəyişdirilməsinə münasibətdə qanunvericinin mövqeyi ondan ibarətdir ki, məhkəmə ona məlum olan məsələ üzrə müəyyən edilmiş icra ilə bağlı dəyişiklik edə bilər, yəni iddiaçının tələbi üzrə məhkəmə gəldiyi nəticəyə əsasən qayda dəyişikliyi etməyə haqlıdır. Icra qaydasının dəyişdirilməsi adı altında əslində qətnamənin məzmununa yeni bir öhdəlik əlavə edilməsi prosessual baxımdan mümkün deyildir. Ümumiyyətlə qətnamənin icra qaydasının dəyişdirilməsi qətnamənin mahiyyətinin və ya tərəflərin müəyyən edilmiş hüquq və vəzifələrinin dəyişdirilməsi demək deyildir. Burada dəyişən yalnız qətnamənin artıq müəyyən etdiyi nəticənin həyata keçirilmə mexanizmi və ya ardıcıllığıdır. Qısaca hazırkı ərizə üzrə məhkəmənin gəldiyi nəticə icra hərəkətlərinin ardıcıllığının və ya texniki həyata keçirilmə şərtlərinin dəyişdirilməsindən daha çox, Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş ünsiyyət formasının genişləndirilməsidir. Məhkəmə icra qaydasını dəyişərkən əvvəlki qətnamənin hüdudları daxilində qalmalıdır. Belə olan halda kollegiya hesab edir ki, ərizəçi Tələbkar ərizəsində göstərilən ünsiyyət qaydasının dəyişdirilməsi ilə bağlı tələbləri Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş ünsiyyət qaydasının hüdudları çərçivəsində olub-olmamasının, yəni həmin tələblər əsasında ünsiyyət qaydasının dəyişdirilməsi məhkəmə qətnaməsinin məzmunun genişləndirilməsinə səbəb olub-olmamasının müəyyən edilməsindən ötrü Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ləğv edilməli, hazırkı qərardadla müəyyən edilmiş məsələlərə yenidən hüquqi qiymət verilməsi üçün iş materialları Ağcabədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ləğv edilsin və hazırki qərardadla müəyyən edilmiş məsələlərə yenidən baxılması üçün iş materialları Ağcabədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(3-9)-139/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-139/2026
11.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver