Məhkəmə qərarları › İş №8(3-9)-145/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-145/2026

24.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-145/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), X1 və Əsədov Ilham Qoşunəli oğlundan ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından tələbkar tələbkar2 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Sabirabad rayon Icra şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş ##.##.2015-ci il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə qərara əsasən, Sabirabad Rayon Məhkəməsi tərəfindən verilmiş ##.##.2015-ci il tarixli, *(***)-****/**** saylı icra vərəqəsinin icrası mümkün olmayan icra sənədi kimi Sabirabad Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Tələbkarlar tələbkar2, tələbkar4, Nəsirova (Davudova) Pərvin Fəyyaz qızı ##.##.2026-cı il tarixində Sabirabad rayon Icra və Probasiya şöbəsinin ##.##.2015-ci il tarixli qərarından şikayət və şikayət vermə müddətinin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmişlər. Sabirabad rayon Icra və Probasiya şöbəsinin ##.##.2015-ci il tarixli qərarından şikayət vermə müddətinin bərpası barədə vəsatət onunla əsaslandırılmışdır ki, şikayətin məhkəməyə təqdim edilməməsi ondan asılı olmayan, ciddi və üzrlü səbəblərlə bağlı olmuşdur. Icra məmurunun ##.##.2015-ci il tarixli qərarı ona ##.##.2026-cı il tarixində rəsmi olaraq təqdim edilmişdir. Həmin tarixədək icra sənədinin məhkəməyə qaytarılması barədə məlumatı olmamışdır. Sənəd təqdim edildiyi və icraatla bağlı müraciət etmək istədiyi dövrdə oğlunun hərbi xidmətdə ciddi problemləri yaranmış, diqqətlərini və imkanlarını onun həllinə yönəltməli olmuşlar. Əlavə olaraq, şəxsi səhhətində ağır kəskinləşmə baş vermis, ona vərəm xəstəliyi diaqnozu qoyulmuş və müalicə olunmağa məcbur qalmışdır. Səhhətindəki bu ağır xəstəlik və oğlunun hərbi xidməti ilə bağlı yaranmış problemlər məhkəməyə vaxtında müraciət etməsinə fiziki və obyektiv imkan verməmişdir. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadına əsasən, Sabirabad rayon Icra və Probasiya şöbəsinin ##.##.2015-ci il tarixli qərarından şikayət vermə müddətinin bərpası barədə tələbkarlar tələbkar2, tələbkar4, Nəsirova (Davudova) Pərvin Fəyyaz qızının və tələbkar1 vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Tələbkarlar tələbkar2, tələbkar4, Nəsirova (Davudova) Pərvin Fəyyaz qızı və tələbkar1 Sabirabad rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qəradadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Sabirabad rayon Icra və Probasiya şöbəsinin ##.##.2015-ci il tarixli qərarından şikayət vermə müddətinin bərpası barədə vəsatətin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya müddətin bərpası barədə vəsatəti iş materialları ilə əlaqəli şərh edərək qeyd edir ki, vəsatətdə göstərilənlərlə hazırda tələbkarlardan tələbkar2 məhkəmə iclasında göstərdikləri bir-biri ilə ziddiyyət təşkil etməkdədir. Tələbkarlar vəsatətdə mübahisələndirilən qərarı ##.##.2026-cı il tarixində rəsmi olaraq əldə etdiklərini göstərsələr də, tələbkar2 göstərdiklərindən aydın olur ki, mübahisələndirilən qərar 2016-cı ilin əvvəllərində poçt xidməti vasitəsi ilə tələbkarlara təqdim edilmişdir. Göründüyü kimi, icra sənədinin məhkəməyə geri qaytarılmasından sonra, 10 ildən artıq keçən müddət ərzində tələbkarlar tərəfindən hər hansı mübahisələndirmə aparılmamışdır. Tələbkarlar müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi kimi oğlunun hərbi xidmətdə problemləri olması, müharibə dövrünün başlanmasını göstərmiş olsalar da, görünən odur ki, tələbkarladan olan tələbkar4 1985-ci il təvəllüdlüdür. Onun həqiqi hərbi xidmət dövrü isə məhkəmə qətnaməsinin icrası dövründən əvvəl olmuşdur. Oğlunun hərbi xidmətdə problemləri olmasının göstərilməsi müharibə dövrünə münasibətdə düşünülürsə isə, bu zaman o qeyd edilməlidir ki, məlum olduğu kimi Vətən müharibəsi 2020-ci ilin sentyabr ayında başlanmış, həmin ilin noyabr ayında da başa çatmışdır. Həmin dövrdən isə 5 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi ## ###### 2006- cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ### 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tələbkar tələbkar2 tərəfindən verilmiş şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdr. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirilmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Tələbkar tələbkar2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar