Məhkəmə qərarları › İş №8(3-9)-4/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-4/2026

29.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(3-9)-4/2026 29.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(048)-44/2025 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: 1 ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 6 xx.xx.2024-cü il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtləri nəzərə alınmaqla, Lerik Rayon Məhkəməsinin 1(048)- 23/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü əsasında verilən icra vərəqəsinin icra qaydası dəyişdirilməklə Borclu 85000 (səksən beş min) manat məbləğində pulun tutulması ilə bağlı tələbkar qismində onun tanınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. erik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(048)-44/2025 saylı qərardadı ilə (hakim Yusif Zeynalov) ərizə təmin edilməmişdir. ərardaddan narazı qalan X1 şikayət verərək Lerik Rayon Məhkəməsininxx.xx.2025-ci il tarixli, 8(048)- 44/2025 saylı qəradadının ləğv olunmaqla ərizənin təmin ediməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir kayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən səthi araşdırma aparılaraq və qanunvericiliyin tələblərinə əməl edilməyərək, icra qaydası düzgün müəyyən olunmayan qərardan tələbkarın sui-istifadə etməsi ilə bağlı hazırkı işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Həmin cinayət əməli nəticəsində ona məxsus evə ümumilikdə təqribən 30.000 manat ziyan dəymişdir. Həmin ziyan inandırıcı olduğundan məhz sığorta tərəfindən də həmin rəqəmə uyğun olaraq 27.300 manat sığorta pulu ödənilmişdir. Bundan bir müddət sonra, X3 ilə ailə münasibətləri pozulmuş, tələbkar ona qarşı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. İddianın predmetinə həmçinin yanğının baş verdiyi Lerik rayonu, C.Şahıyev küçəsi 48 ünvanında yerləşən fərdi yaşayış evinin bölünməsi də daxil edilmişdir. Həmin mülki iş üzrə aralarında razılıq əldə olunmuş və barışıq sazişi bağlanmışdır. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-634/2024 saylı qərardadı ilə barışıq sazişi təsdiq edilmişdir. Həmin barışıq sazişində qeyd olunur ki, 1. Cavabdeh X8 birgə nikah dövründə əldə edilmiş və hazırda iddiaçı Tələbkar adında qeydiyyatdan keçən ünvan 1 ünvanında yerləşən mənzildə ½ hissədə pay hūququndan Tələbkar Möhübət qızının xeyrinə imtina edir, gələcəkdə həmin mənzil ilə bağlı iddiaçı Tələbkar qarşı heç bir tələb irəli sürməyəcəkdir. 2. Cavabdeh X8 6 ay ərzində Tələbkar Möhübət qızına 100000 (yüz min manat) məbləğində pul vəsaitini və ya həmin müddət ərzində Bakı şəhəri Xətai rayon Əhmədli qəsəbəsində yeni tikili binalardan birində 100 kvadrat metr sahəyə malik 3 otaqlı mənzil almağı öz öhdəsinə götürür. 3. İddiaçı Tələbkar Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatında olan 2(004)-634/2024 saylı mülki iş üzrə bütün cavabdehlərə münasibətdə iddia tələbindən tam həcmdə imtina edir və gələcək iddia ərizəsində göstərilən əmlaklarla bağlı cavabdehlərə qarşı hər hansı bir tələb irəli sürməyəcəkdir. Bu saziş üzrə öhdəliklərin icrası istisna olmaqla tərəflər, yəni X8 və Tələbkar əlavə olaraq birgə nikah dövründə əldə olunmuş daşınar və dașınmaz əmlaklarla bağlı, birgə borclarla bağlı bir-birilərinə qarș iddia sürməyəcəklərinə dair öz üzərlərinə öhdəlik götürürlər. Göründüyü kimi qeyd olunan barışıq sazişi ilə Tələbkar göstərilən əmlakları qəbul etməklə ona qarşı olan bütün əmlak hüquqlarından, o cümlədən Lerik rayonu, C.Şahıyev küçəsi 48 ünvanında yerləşən fərdi yaşayış evindən onun xeyrinə imtina etmişdir. Hazırda barışıq sazişi üzrə bütün öhdəliklər tərəfindən icra olunmuşdur. Lakin barışıq sazişi tərəfindən icra olunmasına baxmayaraq, xx.xx.2019-cü il tarixli, 1(048)-23/2019 saylı hökmü əsasında verilən icra vərəqəsi üzrə X3 85.000 (səksən beş min) manat məbləğində pulun Borclu tutulması hissəsində hələdə tələbkar qismində qalmaqda davam edir. Halbuki, o, yuxarıda qeyd olunan barışıq sazişi ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair bütün hüquqlarından onun xeyrinə imtina etmiş və bunu öz iradə ifadəsi əsasında məhkəməyə bildirmiş, məhkəmə tərəfindən bütün bu hallar qərardadla təsdiq edilmişdir. Hazırda həmin qərardad qüvvədədir. Yuxarıda sadalanan barışıq sazişin həm maddi, həm də ki prosessual mahiyyətindən aydın şəkildə görünür ki, barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olan bütün halları əhatə edir. Göründüyü kimi X3 tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair bütün hüquqlarından onun xeyrinə imtina edilərkən buna dair bütün iddialar ona məlum olmuş, könüllü şəkildə və öz iradə ifadəsi ilə barışıq sazişini imzalamış, hər hansı iradə zədələnməsi baş verməmişdir. Aydın şəkildə görünür ki, onların bağladıqları müqavilənin şərtləri müqavilə bağlanana qədər yaranmış münasibətlərini də əhatə etməklə onlara da tətbiq edilməlidir. Nəzərə alınmalıdır ki, faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. erik Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(048)-44/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün 8(048)-44/2025 saylı material ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(048)-44/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. İş materiallarına əlavə olunmuş Lerik Rayon Məhkəməsinin 1(048)-23/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Borclu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Borclu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməsi və ona 2 (iki) il sınaq müddəti təyin edilməklə hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsi, sınaq müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Borclu üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, onun davranışı üzərində nəzarət daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Lerik Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə mülki iddianın tam təmin edilməsi, Borclu 85000 (səksən beş min) manat məbləğində pulun tutularaq mülki iddiaçı X2 verilməsi, iş üzrə müəyyən edilmiş 294 manat ekspertiza xərci təqsirləndirlən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış və Lerik RPŞ-nin əşyalan saxlama kamerasında saxlanılan hadisə yerindən götürülmüş yanğından sonrakı nümünələr, qızıl-zinət əşyalarının ərimiş və kömürləşmiş hissələrinin mülki iddiaçı X2 geri qaytarılması hökm edilmişdir İş materiallarında olan ünvan 6 xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Tələbkar ("xxxx" ASC, "xxxx" ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti maraqlı şəxslər qismində cəlb edilməklə) cavabdehlər X8, X4, Borclu, X6, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Lerik rayon Dövlət Notariat ofisi, Astara rayon Dövlət Notariat ofisi, Lerik rayon Qeydiyyat şöbəsi, "xxxx" MTK-ya qarşı “ümumi birgə mülkiyyətdə olan daşınar və daşınmaz əmlaklara, habelə pul vəsaitlərinə münasibətdə payın müəyyən edilməsi, cehiz əmlakların geri alınması, mənzil tikinti müqaviləsinin, maliyyə arayışının, ipotekaya qoyulmağa razılıq verilməsinə dair ərizələrin, kredit, ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış olan aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh X8 birgə nikah dövründə əldə edilmiş və hazırda iddiaçı Tələbkar adında qeydiyyatdan keçən Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzildə ½ hissədə pay hüququndan Tələbkar Möhübət qızının xeyrinə imtina edir, gələcəkdə həmin mənzil ilə bağlı iddiaçı Tələbkar qarşı heç bir tələb irəli sürməyəcəkdir.

2. Cavabdeh X8 6 ay ərzində Tələbkar Möhübət qızına 100000 (yüz min) manat məbləğində pul vəsaitini və ya həmin müddət ərzində Bakı şəhəri Xətai rayon Əhmədli qəsəbəsində yeni tikili binalardan birində 100 kvadrat metr sahəyə malik 3 otaqlı mənzil almağı öz öhdəsinə götürür.

3. İddiaçı Tələbkar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)- 634/2024 saylı mülki iş üzrə bütün cavabdehlərə münasibətdə iddia tələbindən tam həcmdə imtina edir və gələcək iddia ərizəsində göstərilən əmlaklarla bağlı cavabdehlərə qarşı hər hansı bir tələb irəli sürməyəcəkdir.

4. Bu saziş üzrə öhdəliklərin icrası istisna olmaqla tərəflər, yəni X8 və Tələbkar əlavə olaraq birgə nikah dövründə əldə olunmuş daşınar və daşınmaz əmlaklarla bağlı, birgə borclarla bağlı bir - birilərinə qarşı iddia sürməyəcəklərinə dair öz üzərlərinə öhdəlik götürürlər. İddiaçı Tələbkar ("xxxx" ASC, "xxxx" ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti maraqlı şəxslər qismində cəlb edilməklə) cavabdehlər X8, X4, Borclu. X6, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Lerik rayon Dövlət Notariat ofisi, Astara rayon Dövlət Notariat ofisi, Lerik rayon Qeydiyyat şöbəsi, "xxxx" MTK-ya qarşı “ümumi birgə mülkiyyətdə olan daşınar və daşınmaz əmlaklara, habelə pul vəsaitlərinə münasibətdə payın müəyyən edilməsi, cehiz əmlakların geri alınması, mənzil tikinti müqav ləsinin, maliyyə arayışının, ipotekaya qoyulmağa razılıq verilməsinə dair ərizələrin, kredit, ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair 2(004)-634/2024 nömrəli mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Tələbkar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsindən və ünvan 6 xx.xx.2024-cü il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişindən görünür ki, iddiaçı (tələbkar) Tələbkar Lerik rayonu, C.Şahiyev küçəsi 48A saylı fərdi yaşayış evinə münasibətdə birgə nikah dövründə əldə olunmuş əmlak kimi pay hüququndan imtina etmiş, həmin qərardadla təsdiq edilmiş barışıq sazişində iddiaçı (tələbkar) Tələbkar Lerik Rayon Məhkəməsinin 1(048)-23/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Lerik rayonu, C.Şahiyev küçəsi 48A saylı fərdi yaşayış evinə vurulmuş ziyana görə Borclu 85000 (səksən beş min) manat məbləğində pulun tutularaq mülki iddiaçı kimi ona verilməsi hissəsindən imtina etməsi öz əksini tapmamışdır. Həmçinin iş materiallarında olan Lerik Rayon Məhkəməsinin 1(048)-23/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Borclu tərəfindən törədilmiş cinayət əməli nəticəsində yaşayış evi yandırılmış, bunun nəticəsində daşınar və daşınmaz əmlaka real maddi ziyan vurulmuşdur. Hökm əsasında tutulan 85.000 manat məbləğ əmlaka vurulmuş maddi ziyanın əvəzi olmuşdur. Qeyd edilməlidir ki, bu hal hər hansı mülkiyyət hüququnun bölgüsü və ya ailə-nikah münasibətlərindən irəli gələn tələb olmamışdır. Ərizəçi faktiki olaraq barışıq sazişinə istinad etməklə cinayət hökmü ilə müəyyən edilmiş mülki iddia üzrə icra öhdəliyindən yayınmaq, habelə özünü süni şəkildə tələbkar qismində tanıtdırmaq niyyətində olmuşdur. Halbuki barışıq sazişi ailə-nikah münasibətlərindən irəli gələn əmlak bölgüsünü tənzimləməklə cinayət hökmü ilə müəyyən edilmiş zərərin əvəzinin ödənilməsi öhdəliyinə şamil edilmir. Bu səbəbdən, barışıq sazişinə əsaslanaraq hökmün icrasından azad olunmaq və ya tələbkarın dəyişdirilməsinə nail olmaq cəhdi hüquqi mahiyyətinə görə yolverilməzdir və belə müraciət icra hüququndan suiistifadə hesab edilməlidir. Odur ki, şikayətin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(048)- 44/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı:

Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(048)-44/2025 saylı qərardadından X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(048)-44/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar