Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-47/2026 30.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Lerik Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından tələbkar “Ural-İ” MMC tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar “Ural-İ” MMC şikayət ərizə ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək Lerik rayon İcra şöbəsinin icra məmuru Nümayəndə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icra məmuruna borclunun əmək haqqından tutulma aparılması üçün məhkəməyə təqdimat verilməsi və digər icra tədbirlərinin görülməsi öhdəliyinin qoyulması, icra işinin faktiki icrasının təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi «Uralİ» MMCnin xeyrinə *(***)-****/**** saylı, ##.##.2020-ci il tarixli qətnamə qəbul edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icrası üçün Lerik rayon İcra şöbəsinə göndərilmişdir. ##.##.2025-ci il tarixində borclunun iş yerinə yönəltmə edilmiş, bununla bağlı poçt qəbzi mövcuddur. Borclu yeməkxanada barmen kimi işləyir və əmək haqqı əldə edir. Buna baxmayaraq, 5 ildən artıq müddət keçməsinə rəğmən icra məmuru tərəfindən borclunun əmək haqqından tutulma barədə məhkəməyə təqdimat verilməmiş, işəgötürən və ya mühasib barəsində icra tədbirləri görülməmiş, icra işi faktiki olaraq hərəkətsiz saxlanılmışdır. Daha sonra tələbkar “Ural-İ” MMC şikayət ərizəsinə dəqiqləşmə ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək Lerik rayon İcra şöbəsinin icra məmurunun icra işi üzrə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icra məmuruna borclunun əmək haqqından tutulmaların aparılması və digər zəruri icra tədbirlərinin görülməsi barədə öhdəlik qoyulması, məhkəmə qətnaməsinin faktiki icrasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən hərəkətlərindən şikayət olunan şəxs Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə şikayətə etiraz edərək izahatında bildirmişdir ki, hazırda icra şöbəsinin icraatında borclu Borclu barəsində 6-7 icra işi vardır. Həmin icra işləri üzrə borc məbləğlərindən ən az məbləğ “Ural-İ” MMC-yə olan borcudur. “Ural-İ” MMC-nin tələbkar olduğu iş üzrə əmək haqqının bölüşdürülməsi ilə borclunun əmək haqqına yönəltmə olmuşdur. Bir müddət sonra “Ural-İ” MMC tərəfindən şifahi qaydada borclu şəxsin əmək haqqından tutulmalar aparılmaması barədə icra şöbəsinə müraciət daxil olmuşdur. Daxil olmuş müraciət əsasında əmək haqqından tutulmalar aparılmadığından işəgötürən barəsində təqdimat tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadına əsasən təqdimatda nöqsanlar aşkarlandığından geri qaytarılmışdır. Daha sonra işəgötürən şəxs barəsində icra edilməyən işləri olduğu üçün barəsində axtarış qərarı qəbul edilmişdir. Həmçinin borclu şəxs barəsində də axtarış qərarı qəbul edilmiş və icra edilməsi üçün Lerik rayon Polis şöbəsinə göndərilmişdir. Borc məbləğindən tutulmalar olmadığı təqdirdə işəgötürən icra şöbəsinə gətirildikdən sonra barəsində protokol tərtib edilərək məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə təqdim olunacaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq tələbkar “Ural- İ” MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və şikayətin təmin edilməsini xahiş etmiş, borclu şəxs isə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lerik Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə tələbkar “Ural-İ” MMC tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Hazırda tələbkar “Ural-İ” MMC şikayət verərək Lerik Rayon Məhkəməsinin 8(5-143)- */**** saylı, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini, işə yenidən baxılaraq, Lerik Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə hərəkətsizliyinin qanunsuz hesab edilməsini, icra məmuruna borclu Borclu iş yeri (Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki iaşə obyekti) müəyyən edilərək, əmək haqqından tutulma aparılması üçün icra sənədlərinin iş yerinə göndərilməsi və digər zəruri icra tədbirlərinin görülməsi öhdəliyi qoyulmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə, Lerik Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından tələbkar “Ural-İ” MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün *(*-***)-*/**** saylı material ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə tələbkar “Ural-İ” MMC tərəfindən verilmiş şikayətə baxılarkən birinci instansiya məhkəməsi icra işini tələb etmədən şikayət göstərilən hallara ətraflı hüquqi qiymət verməmişdir. Kollegiya hesab edir ki, qərardad ləğv edilərək aşağıda qeyd edilən hallara hüquqi qiymət verilməsi üçün iş materialları Lerik Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Borclu 113 ABŞ dolları məbləğində əsas borc, 23 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 136 (bir yüz otuz atlı) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutularaq iddiaçı “Ural -İ” MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Lerik rayon İcra və Probasiya şöbəsinin icra sənədinin borclunun əmək haqqından tutulması barədə ##.##.2025-ci il tarixli qərarından görünür ki, borclu Borclu fərdi sahibkar X1 yanında işlədiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2020- ci il tarixli icra sənədinin icra olunması üçün fərdi sahibkar X1 göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Lerik rayon İcra və Probasiya şöbəsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, X1 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Lerik rayon İcra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Borclu barəsində axtarış elan edilmişdir İcra Haqqında Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir İş materiallarından görünür ki, cavabdeh Borclu 113 ABŞ dolları məbləğində əsas borc, 23 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 136 (bir yüz otuz atlı) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu məbləğində pulun tutularaq iddiaçı “Ural -İ” MMC-nin xeyrinə ödənilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı qətnaməsi ##.##.2020-ci il tarixdə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tələbkar tərəfindən verilmiş şikayətə baxarkən belə qənaətə gəlmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- ****/**** saylı, ##.##.2020-ci il tarixli icra sənədinə əsasən borclu Borclu 113 ABŞ dolları məbləğində əsas borc, 23 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 136 (bir yüz otuz atlı) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutularaq tələbkar “Ural -İ” MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi icra şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, zəruri icra tədbirləri görülmüş, borclunun əmlak vəziyyəti yoxlanılmış, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. İcra tədbirləri nəticəsində məlum olmuşdur ki, icra vərəqəsi üzrə borclu Borclu hazırda sahibkar X1 yanında işləməklə əmək haqqı alır. Lerik rayon İcra və Probasiya şöbəsi ##.##.2025-ci il tarixli qərarla borclu Borclu fərdi sahibkar X1 yanında işlədiyindən icra sənədi icra olunması üçün fərdi sahibkar X1 göndərilməsi qərara alınmışdır. Lakin borclu Borclu əmək haqqından tutulmalar aparılmadığından həm borclu Borclu barəsində, həm də X1 barəsində axtarış elan edilmişdir. Odur ki, məhkəmə şikayətin dəlillərini əsassız hesab edir və icra məmuru tərəfindən qəbul edilmiş qərarların qanuni və əsaslı olması nəticəsinə gəlir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə icra işini tələb etmədən icra məmuru tərəfindən 2020-ci ildə qəbul edilən qətnamə üzrə bu günə qədər hansı icra tədbirlərinin görüldüyünü, əgər görülmüşdürsə 5 il ərzində qətnamənin niyə icra edilmədiyini, icra məmuru tərəfindən ##.##.2020- ci il tarixli icra sənədinin niyə 5 il ərzində deyil 5 il keçdikdən sonra borclunun əmək haqqına yönəldilməsi barədə qərar qəbul edildiyini, həmin 5 il ərzində borclunun iş yerininin olub-olmamasının icra məmuru tərəfindən müəyyən edilibedilmədiyini, həmin dövr ərzində borclunun axtarışının elan edilib-edilmədiyini, hansı nəticələrin əldə edildiyini, başqa hansı icra tədbirlərinin həyata keçirilib-keçirilmədiyini müəyyən etmədən icra məmurunun hərəkətsizliyini qanuni hesab etmişdir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır Kollegiya qeyd edir ki, məhkəmə qətnaməsinin borclu tərəfindən icra edilib-edilməməsinə qiymət verilməsi üçün ilk öncə icra hərəkətləri və həmin hərəkətlərin görülməməsinin tələbkarın yaxud borclunun təqsiri ucbatından baş verib-verməməsinin müəyyən edilməsi hazırki ərizə üzrə mühüm əhəmiyyət daşıyır. Çünki öhdəliklər lazımi qaydada və vaxtında icra edilməlidir; öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə borclu məsuliyyət daşıyır, əgər icra edilməmənin onun iradəsindən asılı olmadığını sübut edə bilmirsə, yəni təqsirsizlik prezumpsiyası mövcuddur: borclu öz təqsirsizliyini sübut etməlidir. Burada önəm daşıyan hallardan biri borclunun yaxud tələbkarın icra sənədinin keçən bu vaxt ərzində icra etməməsinin müəyyən edilərək qiymət verilməsi ilə bağlı olmuşdur. Məhz bu səbəbdən də icra sənədinin ötən beş il ərzində icrasız qalmasının səbəbləri aydınlaşdırmadan yalnız formal müəyyən etməklə şikayətinin dəlillərinə hüquqi qiymət verilməsi nəticəsində icra məmurunun hərəkətinin qanuni olması qənaətinə gəlinə bilməz. Çünki bu hal iş üçün mühüm əhəmiyyətli hesab olunur. Göründüyü kimi birinci instansiya məhkəməsi hazırkı iş üzrə icra məmuru tərəfindən lazımı hərəkətlər aparılıb-aparılmaması, tələbin icra edilməməsinin (üzrlü və ya üzrsüz) səbəbləri formal müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə bütün yuxarıda qeyd olunanları nəzərə almamış, formal olaraq icra məmurunun hərəkətsizliyini qanuni hesab etmişdir. Halbuki məhkəmənin vəzifəsi idi ki, daxil olan şikayətdə göstərilən əsasları hər tərəfli araşdırmaq üçün zəruri olan icra tədbirləri barədə icra məmurunun qətnamənin icrası ilə bağlı görülmüş tədbirləri müəyyən etmək üçün icra sənədi sənədini tələb etmək və aparılmış icra hərəkətlərini müəyyən edərək icra məmurunun hərəkətsizliyinə qiymət vermək. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni olmamışdır. Belə olan təqdirdə kollegiya hesab edir ki, Lerik Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilməli, yuxarıda qeyd olunanlar üzrə yenidən araşdırılma aparılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Tələbkar “Ural-İ” MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilsin və hazırki qərardadla müəyyən edilmiş məsələlərə yenidən baxılması üçün iş materialları Lerik Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(3-9)-47/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-47/2026
30.04.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver