Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-51/2026 13.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Ərizəçi Tələbkar “məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının indeksasiya edilməsi” tələbinə dair ərizə ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği indeksasiya edilməklə borclu Borclu ##.##.2011-ci il təvəllüdlü X1 və ##.##.2014-cü il təvəllüdlü X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə (hakim Səlim Allahverdiyev) ərizə təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə Borclu hər ay hər uşaq tutulması qət edilmiş 100 manat sabit pul məbləğində aliment indeksasiya edilərək, Borclu qərardad qanuni qüvvəsini aldığı zamandan başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli miqdarında sabit pul məbləğində alimentin tutularaq Tələbkar verilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan borclu Borclu şikayətlə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı iş üzrə qərardadının ləğv edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin mülki işlə işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi hesаb edir ki, borclu Borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin : 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. İş materiallarına əsasən məlum olur ki, mübahisələndirilən qərardad ## ###### 2025-ci il tarixli məktubla borclu Borclu göndərilmişdir. Lakin iş materiallarında borclu Borclu həmin məktubu əldə edib-etməməsinə dair hər hansı bir sübut (xəbərnamə, zərf) yoxdur. Daha sonra borclu Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadından ## #### 2026-cı il tarixdə şikayət vermişdir. Borclu müvafiq şikayət təqdim etməklə yanaşı, “buraxılmış müddətin bərpası barədə” də ərizə təqdim etmişdir. Birinci instansiya məhkəməsi isə bu vəsatətə MPM-in 133.2-ci maddəsinin tələb etdiyi qaydada hüquqi qiymət verməmiş, vəsatəti ayrıca iclasda araşdırmamış, borclunun bu vəsatətinə hüquqi qiymət verməmiş, vəsatətlə bağlı heç bir mövqe bildirməmişdir. Bunun əvəzində, şikayəti təmin etməyərək mülki iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə tərkibi hesаb edir ki, Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə qeyrimümkün hesаb edilməlidir. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərаrа аldı: Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesаb edilsin. İş materialları Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Sabirabad Rayon Məhkəməsinə geri qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-9)-51/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-51/2026
13.05.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver