Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-53/2026 14.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Beyləqan Rayon Məhkəməsinin 13.*4.2*26-cı il tarixli, 8(5-113)-7*/2*26 saylı qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Tələbkar (Sunny Electronics mağazası) ərizə ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin 2(*2*)-933/2*13 saylı, *4 oktyabr 2*13-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 1232 manat pul məbləğinin indeksləşdirilərək 2*13-cü il oktyabr ayından 2*26-cı ilin yanvar ayınadək 215,1* faiz artımı (1232AZNx215,1*=265*,*3 AZN) nəzərə alaraq, cəmi 3882,*3 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Beyləqan Rayon Məhkəməsinin 13.*4.2*26-cı il tarixli, 8(5-113)-7*/2*26 saylı qərardadı ilə (hakim Tamerlan İslamov) ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan tələbkar Tələbkar şikayətlə müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin 13.*4.2*26-cı il tarixli, 8(5-113)-7*/2*26 saylı iş üzrə qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin *1.*5.2*26-cı il tarixli, 8(5-113)-7*/2*26 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin mülki işlə işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi hesаb edir ki, tələbkar Tələbkar tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində verilir. 13*.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 13*.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarına əsasən məlum olur ki, mübahisələndirilən qərardad 19 aprel 2*26-cı il tarixdə tələbkar Tələbkar elektron kabinetinə yerləşdirilmişdir. Daha sonra tələbkar Beyləqan Rayon Məhkəməsinin 13.*4.2*26-cı il tarixli, 8(5-113)-7*/2*26 saylı qərardadından 3* aprel 2*26-cı il tarixdə şikayət vermişdir. Göründüyü kimi, qərardadın surəti tələbkar Tələbkar 19 aprel 2*26-cı il tarixdə çatdırıldığına görə, şikayətin verilmə müddəti həmin tarixdən, yəni 19 aprel 2*26-cı il tarixdən hesablanmalı idi. Belə olduqda müəyyən edilir ki, şikayətin verilməsi üçün nəzərdə tutulmuş 1* günlük müddət ötürülmüşdür. Eyni zamanda, tələbkar Tələbkar tərəfindən məhkəməyə müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Birinci instansiya məhkəməsi isə müvafiq şikayətin verilmə müdətinin ötürülməsinə hüquqi qiymət verməmiş, bununla bağlı heç bir mövqe bildirməmişdir. Bunun əvəzində, şikayəti təmin etməyərək mülki iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə tərkibi hesаb edir ki, Beyləqan Rayon Məhkəməsinin 13.*4.2*26-cı il tarixli, 8(5-113)-7*/2*26 saylı qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayət аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə qeyrimümkün hesаb edilməlidir. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 4**-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 4*2-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 4*2.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 4*2.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 4*2.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 4*2.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 4*2.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 4*2.2.5. bu Məcəllənin 384.*.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.*.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 4*2.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 4**, 4*3-4*7-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərаrа аldı: Beyləqan Rayon Məhkəməsinin 13.*4.2*26-cı il tarixli, 8(5-113)-7*/2*26 saylı qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayət qeyri-mümkün hesаb edilsin. İş materialları Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Beyləqan Rayon Məhkəməsinə geri qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-9)-53/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-53/2026
14.05.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver