Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-57/2026 18.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)- ****/**** nömrəli, ##.##.2020-cı il tarixli icra sənədinin icrası məqsədi ilə ##.##.1975-ci il tarixdə Azərbaycan Respublikasında doğulmuş və Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən ## #### 2026-cı il tarixli qərarla icraata başladığı Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-****/**** nömrəli, ##.##.2020-cı il tarixli icra sənədinə əsasən ## ###### 2006-cı il tarixdə doğulmuş nümayəndə2 və ## ###### 2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ## ####### 2020-ci il tarixdən başlayaraq Borclu hər ay bir uşağa görə 120 manat olmaqla hər ay iki uşağa görə cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Tələbkar köçürülməlidir. Yuxarıda qeyd olunan icra sənədi ## #### 2026cü il tarixində Lənkəran rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Borclu göndərilmiş, borclu Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuş, izahatı alınmışdır. Borclu Borclu hal-hazıra qədər aliment borcunu tələbkarın hesabına ödəməmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclunun mütəmadi olaraq ölkə ərzaisini tərk etməsi və uzun müddət olaraq xaricdə yaşaması müəyyən edilmişdir. Borclunun ölkə ərazisini tərk etməsi ehtimalı olduğundan hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə təqdimat təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)- ****/**** nömrəli, ##.##.2020-cı il tarixli icra sənədinin icrası məqsədi ilə ##.##.1975-ci il tarixdə Azərbaycan Respublikasında doğulmuş və Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvafiq icra vərəqəsi tam icra edilənədək (yığılmış aliment borcu ödənilənədək) müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Borclu həmin qərardaddan şikayət verərək, Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv olunması və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə təqdimatın təmin edilməsini iş üzrə toplanmış sübutlarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası borclu Borclu şikayəti ilə əlaqədar iş materiallarını tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.2.-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. 9.3.6-ci maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yekun məhkəmə aktları icra olunmalıdır. İcra qanunvericiliyinin tələbinə görə məhkəmə qətnaməsinə əsasən verilmiş icra vərəqində göstərilmiş öhdəliklər borclu tərəfindən könüllü şəkildə yerinə yetirilmədikdə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi icra vərəqəsi üzrə öhdəliklərinin borclu tərəfindən lazımi və tam qaydada yerinə yetirilməsinə şərait yaratmaq, təsir göstərmək məqsədi daşıyır. İş materiallarının tədqiqi nəticəsində o da müəyyən olunmuşdur ki, tələbkar tərəfindən verilmiş ərizədə borclu Borclu 12120 manat aliment borcunun olduğu qeyd edilmiş, borclu isə həmin məbləğdən 3000 manat ödədiyini bildirmişdir. Kollegiya qeyd edir ki, aliment borcu ilə ödənilən məbləğ arasında fərq böyük olduğundan, həmin məbləğ təyinatına görə uşaqların mənafeyi ilə bağlı olduğundan hazırkı mərhələdə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının ləğv edilməsi üçün əsas yoxdur. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclu Borclu tərəfindən verilmiş şikayət əsassız hesab edilərək, təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasənapellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2- 402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(3-9)-57/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-57/2026
18.05.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver