Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-59/2026 21.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Ərizəçi Ərizəni verən şəxs ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Beyrək Abdinli tərəfindən icra sənədinin qaytarılması barədə ## #### 2025-ci il tarixli qərarın ləğv edilməsi və icra işinin yenidən icraata qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Rüstəm Alıyev) şikayət təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin *(***)****/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədi üzrə Salyan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərar dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan narazı qalan ərizəçi Ərizəni verən şəxs ## ##### 2026-cı il tarixində şikayətlə məhkəməyə müraciət edərək icra məmurunun qərarından şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, icra məmuru tərəfindən “icra sənədinin geri qaytarılması” barədə qərarı ona şəxsən təqdim edilməmişdir. Yalnız təsadüfən “mobil icra” tətbiqi vasitəsilə qərarla tanış olmuş və ## ###### 2026-cı il tarixində ərizə ilə həmin qərarın ləğv edilməsi və icra sənədinin icraya yönəldilməsi barədə məhkəməyə müraciət etmişdir. İcra məmuru tərəfindən “icra sənədinin geri qaytarılması” barədə qərar ona rəsmi qaydada təqdim edilmədiyindən həmin qərardan məhkəməyə şikayət vermə müddətini üzrlü səbəbdən ötürmüşdür. Buna görə də müddət üzrlü səbəbdən bərpa edilməli, icra məmurunun “icra sənədinin geri qaytarılması” barədə qərarı ləğv edilməli, icra işi yenidən icraata qaytarımalı və icrası davam etdirilməlidir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı digər qərardadı ilə şikayət təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin mülki işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi hesаb edir ki, ərizəçi Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilməlidir. Belə ki, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, həmin qərardaddan ərizəçi şikayət vermişdir. Lakin ərizəçi tərəfindən həmin qərardaddan şikayət verilərkən tələb hissəsində Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadını mübahisələndirməli olduğu halda icra məmuru tərəfindən Salyan Rayon Məhkəməsinin *(***)****/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədi üzrə ## #### 2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, həmin qərardaddan verilmiş şikayət iş ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ərizəçi tərəfindən verilmiş müraciət mahiyyətinə görə şikayət kimi qiymətləndirilə bilməz. Belə ki, ərizəçi formal olaraq şikayət başlığı ilə məhkəməyə müraciət etsə də, onun müraciətinin məzmunu və irəli sürdüyü tələblər göstərir ki, faktiki olaraq o, icra məmurunun qərarının qanuniliyinin yoxlanılmasını deyil, həmin qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin qeyd etdiyi hallardan açıq şəkildə görünür ki, o, icra məmurunun qərarından şikayət vermə müddətini ötürdüyünü qəbul edir və bu hal ilə razılaşır. O məhz həmin müddətin üzrlü səbəblərə görə bərpa olunmasını əsaslandırmağa çalışmış, lakin məhkəmə qərardadın özünün ləğvi ilə bağlı müstəqil və düzgün formalaşdırılmış şikayət tələbi irəli sürməmişdir. Bu isə onu göstərir ki, hazırkı müraciət prosessual baxımdan ayrıca şikayət kimi mövcud deyildir və yalnız müddətin bərpasına yönəlmiş prosessual vəsatət xarakteri daşımışdır. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin müraciətin şikayət kimi qəbul edilərək mahiyyəti üzrə baxılması və daha sonra apellyasiya instansiyasına göndərilməsi prosessual hüquq normalarına zidd olmuşdur. Çünki mövcud olmayan və ya düzgün formalaşdırılmamış şikayət üzrə mahiyyəti üzrə araşdırma aparılması yolverilməzdir. Əvvəlcə müraciətin hüquqi xarakteri düzgün müəyyən edilməli, onun müddətin bərpası barədə vəsatət olduğu nəzərə alınmalı, yalnız bu məsələ həll edildikdən sonra şikayət vermək hüququnun yaranıb-yaranmadığı qiymətləndirilməli idi. Birinci instansiya məhkəməsi isə bu ardıcıllığı pozaraq, müddətin bərpası məsələsini ayrıca həll etmədən və müvafiq hüquqi şərait formalaşmadan işi şikayət kimi araşdırmış və apellyasiya instansiyasına göndərmişdir. Bu isə məhkəmə icraatının düzgün aparılması qaydalarına zidd olmaqla qəbul edilmiş qərardadın qanuniliyini şübhə altına alır. Bundan əlavə, ərizəçinin müraciəti prosessual baxımdan şikayətin forma və məzmun tələblərinə də cavab vermir. Belə ki, şikayət verən şəxs mübahisələndirdiyi məhkəmə aktını aydın şəkildə göstərməli və həmin aktın ləğv edilməsini və ya dəyişdirilməsini açıq şəkildə xahiş etməlidir. Halbuki ərizəçi tərəfindən təqdim olunmuş müraciətdə birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsi barədə tələb irəli sürülməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayəti Mülki Prosessual Məcəllənin tələblərinin pozulmasına görə geri qaytarmalı olduğu halda, ##.##.2026-cı il tarixli qərardadı ilə Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardaddan verilmiş şikayət təmin edilməmiş və işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Belə bir pozuntu apellyasiya instansiya məhkəməsi üçün məlumatların çaşdırıcı təqdiminə səbəb olur və ümumi işin qanunauyğun araşdırılmasına mane olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır.269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə tərkibi hesаb edir ki, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərаrа аldı: Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilsin. İş materialları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Salyan Rayon Məhkəməsinə geri qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-9)-59/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-59/2026
21.05.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver