Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-69/2026 16.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu Hümmətov İslam Əflat oğlu tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlu ##.##.2026-cı il tarixli təqdimatla məhkəməyə müraciət edərək, borclu Hümmətov İslam Əflat oğlunun mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə tələb həcmində həbs qoyulması və həmin avtonəqliyyat vasitəsinin DYP-nin mühafizə olunan dayanacağına yerləşdirilməsi məsələsinə baxılmasını xahiş etmişdir Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Rüstəm Alıyev) təqdimat təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)- ****/**** nömrəli, ##.##.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Hümmətov İslam Əflat oğluna məxsus **-HE-*** qeydiyyat nişanlı, “Mercedes-Benz ATEGO 1222L yük” markalı və **-CJ-*** qeydiyyat nişanlı, “Mercedes-Benz GL 550 minik" markalı nəqliyyat vasitələri üzərinə həbs qoyulmuş və təqdimat qalan hissədə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan borclu Hümmətov İslam Əflat oğlu şikayətlə müraciət edərək, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv edilməsini və ona məxsus 77- HE-552 qeydiyyat nişanlı, “Mercedes-Benz ATEGO 1222L yük” markalı və **-CJ-*** qeydiyyat nişanlı, “Mercedes- Benz GL 550 minik" markalı avtomobillərin üzərindən həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 8(5-152) - ***/**** saylı, ## ##### 2026cı il tarixli qərardadının qüvvəsində saxlanılması və həmin qərardaddan verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi hesаb edir ki, borclu Hümmətov İslam Əflat oğlu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından müəyyən оlunmuşdur ki, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməli olduğu halda, borclu Hümmətov İslam Əflat oğlu tərəfindən şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsindən görünür ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən dəyişiklikləri nəzərə almadan, yuxarıda göstərilən halları araşdırmadan, şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə uyğun tərtib olunub-olunmamasını yoxlamadan, bir sözlə şikayətin MPM-ə uyğunluğunu yoxlamadan, verilmiş şikayəti geri qаytаrmаlı оlduğu hаldа, səhvə yоl verərək şikayəti icraata götürərək baxmış, eyni zamanda оnu bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə tərkibi hesаb edir ki, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu Hümmətov İslam Əflat oğlu tərəfindən verilmiş şikayət аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə qeyri-mümkün hesаb edilməlidir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərаrа аldı: Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu Hümmətov İslam Əflat oğlu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesаb edilsin. İş materialları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinin yerinə yetirilməsi üçün Salyan Rayon Məhkəməsinə geri qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-9)-69/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-69/2026
16.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver