Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-76/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əsədli Mahir Abdulla oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X2 ibarət məhkəmə tərkibində, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından tələbkar Tələbkar Ağadadaş qızı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən, cavabdeh Borclu ##.##.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşa çatandək saxlanması üçün hər ay 100 manat sabit məbləğdə alimentin tutularaq iddiaçı Əzizova (Cəfərova) Şahidə Ağadadaş qızının xeyrinə ödənilməsi, təyin edilmiş alimentin bu qaydada tutulması isə ## ###### 2022-ci il tarixdən hesablanması qət edilmişdir. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən himayəsində olan ##.##.2015ci il ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, cavabdeh Borclu onun xeyrinə tutulan 100 (bir yüz) manat sabit pul məbləğində alimentin hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 (bir) misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Azər İsmayılov) ərizə qismən təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən Borclu ##.##.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün qət edilmiş 100 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək, Borclu qərardad qanuni qüvvəsini aldığı zamandan başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,33 misli miqdarında sabit pul məbləğində alimentin tutularaq Cəfərova (Əzizova) Şahidə Ağadadaş qızına verilməsi qərara alınmışdır. Qərardaddan tələbkar Tələbkar Ağadadaş qızı şikayət verərək Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv edilməsini, ərizəsinin təmin edilməsini, Sabirabad Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)- ****/**** saylı qərardadı ilə müəyyən edilmiş 100 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək minimum əmək haqqının 0,80 misli miqdarında sabit pul məbləğində aliment məbləğinin müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2022-ci ildə ölkə üzrə minimum əmək haqqı-300 AZN, 2026-cı ildə isə 400 AZN müəyyən edilib. Minimum əmək haqqı sosial ödənişlərin hesablanmasında, həmçinin alimentin miqdarının müqayisəsində əsas göstəricisidir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş 100 AZN aliment məbləği 2026-cı ildə indeksasiya olunarsa ən azı 260 AZN-ə çatar. Bu məbləğ minimum əmək haqqının (400 AZN) təxminən 65%-i qədərdir (Ailə Məcələlsinin 78.2,78.3 və Əmək Məcə ləsinin 155-ci maddələri). Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı yaşayış minimumu haqqında Qanuna, eləcə də Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2005-ci il tarixli *** saylı qərarına ziddir. Həmin qərara əsasən ölkədə minimum istehlak səbətinin tərkibi (ərzaq məhsulları) Qeyri-ərzaq mallarının siyahısı, eləcə də xidmətlər müəyyən edilib. Məhkəmə 132 AZN məbləğində alimentlə uşağın saxlanması xərcini necə müəyyən etmişdir. Nəzərə alınsa ki, milli valyuta olan manat bahalaşma ilə əlaqədar çoxdan öz alıcılıq qabiliyyətini və dəyərini itirmişdir. Belə ki, yuxarıda şərh olunan qanunun tələblərinə görə istər ərzaq olsun, istər qeyri-ərzaq, istərsədə xidmət sahələri olsun, hər birinin öz illik normativ qaydaları vardır. Bu həm əhali üçün həm də uşaqlar üçün müəyyən edilmişdir, 132 AZN alimentlə uşaqın necə saxlamaq mümkün olması sualına məhkəmə öz qanunsuz qərardadında tam və ətraflı izah və hüquqi qiymət verə bilməmişdir. Belə ki, istehlak səbəti hər üç ildən bir yenilənir və Dövlət Statistika Komitəsi tərəfindən illik dəyəri dərc olunur. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən təyin edilmiş alimentin indeksasiya olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə tərkibi gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli, *-*/**** nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2-ci yarımbəndi əlavə edilmişdir. Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli Qərarının 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə tərkibi qeyd edir ki, minimum aylıq əmək haqqının məbləği qətnamə çıxarılan dövr üçün 300 manat olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamə çıxarılan dövr üçün minimum əmək haqqının 300 manat olmasını və Sabirabad Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə bir uşağa görə 100 manat məbləğində olmasını nəzərə alaraq, alimentin indeksasiyasını (100:300=0,33) minimum əmək haqqına uyğun olaraq hesablamış və yeni minimum əmək haqqına uyğun olaraq sonrakı artımları da nəzərə almışdır. Belə ki, tələbkar alimentin indeksasiyası zamanı aliment məbləğinin uşağın faktiki saxlanılma xərcləri, istehlak səbəti, yaşayış minimumu, inflyasiya və manatın alıcılıq qabiliyyəti nəzərə alınmaqla müəyyən edilməli olduğunu irəli sürsə də, bu dəlillər alimentin indeksasiyasını tənzimləyən hüquq normalarının məzmununa uyğun deyildir. Sabit pul məbləğində müəyyən edilmiş alimentin indeksasiyasının yeganə hüquqi meyarı qətnamə qəbul edilən tarixdə qüvvədə olmuş minimum aylıq əmək haqqı ilə həmin aliment məbləği arasındakı nisbətin müəyyən edilərək bu nisbətin sonradan qüvvədə olan minimum aylıq əmək haqqına tətbiq edilməsidir. Hazırkı iş üzrə də Sabirabad Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi qəbul edilərkən minimum aylıq əmək haqqı 300 manat olmuş, aliment isə 100 manat məbləğində müəyyən edilmişdir. Bu isə minimum aylıq əmək haqqının 0,33 mislini təşkil etdiyindən, birinci instansiya məhkəməsi həmin nisbəti düzgün müəyyən etmiş və alimentin gələcəkdə də minimum aylıq əmək haqqının 0,33 misli həddində tutulmasını qərara almaqla qanunun və Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinin tələblərinə tam uyğun hərəkət etmişdir. Çünki indeksasiya alimentin yenidən müəyyən edilməsi və ya artırılması mexanizmi olmayıb, yalnız əvvəllər müəyyən edilmiş aliment məbləğinin minimum aylıq əmək haqqına münasibətdə mövcud nisbətinin qorunmasına xidmət edir. Alimentin artırılması tələbi yalnız Ailə Məcəlləsində nəzərdə tutulmuş ayrıca iddia qaydasında irəli sürülə bilər və hazırkı icraatın predmeti belə bir tələb deyildir. Məhkəmə tərkibi onu da qeyd edir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Bu baxımdan, Tələbkar alimentin artırılması ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, tələbkar Tələbkar Ağadadaş qızı tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDI: Tələbkar Tələbkar Ağadadaş qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-9)-76/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-76/2026
16.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver