Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-78/2026 09.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı iş üzrə, ## ##### 2026-cı il tarixli qərardadından ərizəçi Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Borclu Ərizəni verən şəxs Salyan rayon Icra və Probasiya şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayət ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək, Salyan rayon Icra və Probasiya şöbəsinin böyük icra məmuru X3 hərəkətlərinin qanunsuz hesab edilməsi, ******/****-**-*/** saylı, ##.##.2026-cı il tarixli Inkasso sərəncamının etibarsız hesab edilərək ləğv edilməsi, onun təqaüd vəsaitindən qanunsuz tutulmuş məbləğin tam həcmdə geri qaytarılmasının təmin edilməsini və cavabdeh quruma qanun pozuntularının aradan qaldırılması barədə xüsusi göstəriş verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin əsaslarına görə, Salyan rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli 2(057)- ****/**** saylı qətnaməsinə LPO (ləğv edilmiş bank) “xxxx” ASC-də “kredit borcunun tutulması" tələbinə dair ərizəsinə əsasən icra vərəqəsi Salyan rayon Icra və Probasiya şöbəsinə göndərilmişdir. Belə ki, 108.LN.3112.200815.R.***** saylı kredit müqaviləsinə əsasən ləğv prosesində olan "xxxx” ASC-də olan öhdəlik Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin ## ###### 2019-cu il tarixli Fərmanı ilə fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı Fərmanına əsasən restrukturizasiya olunduğundan icraata xitam verilmişdir. Lakin buna baxmayaraq Salyan rayon Icra və Probasiya şöbəsinin böyük icra məmuru X3 mənim təqaüd kartıma ##.##.2026-cü il tarixdən başlayaraq inkasso sərəncamı (№ ******/****-39-2/01) tətbiq etmişdir. Bir neçə dəfə icra şöbəsinə şifahi müraciət etməyimə baxmayaraq bu qanuna zidd hərəktələrə son qoyulmamışdır. Əgər icra işini Salyan RIPŞ icra etməyibsə nəyə əsasən mənim kartımdan pul tutulmalıdır? Bununla bağlı Əmanətlərin Sığortalanması Fondu Salyan RIPŞ-nə rəsmi xitam məktub göndərmişdir. Salyan rayon Icra və Probasiya şöbəsinin rəisi Orucov Şükürədə müraciət edərək bu qanuna uyğunsuzluğa görə iradımı bildirmişdir. Lakin şikayətinə baxılmır və yönəltməyə xitam verilmir. Şirvan Regional Ədliyyə Idarəsinin ##.##.2026-cı il ərizəmə rəsmi cavab verilmişdir. Lakin mənim təqaüd kartımdan tutulmanın - 7% 993.01 manatın heç bir əsas və sübut olmadan yönəltmənin tutulmasını qanuni hesab edir. Icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi, inkasso sərəncamının ləğvi və vəsaitin geri qaytarılması görə ##.##.2026-cı il tarixində Şirvan Inzibati məhkəməsinə iddia ərizəsi ilə müraciətim etmişdir. ##.##.2026-ci il tarixində məhkəmənin hakimi X4 Qərardadına (Iş № *-1(4-9)-1043/2026) əsasən bu iş mülki olduğu üçün vətəndaşın ümumi məhkəməyə müraciət olunma hüququnun olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının “Icra haqqında" Qanununun 6-cı maddəsi - icra yalnız qüvvədə olan və icrası mümkün olan icra sənədi əsasında həyata keçirilə bilər. Həmin icra məmuru icra sənədinin qanuniliyini və əsaslılığını Qanunun 14 və 15-ci maddələri yoxlamalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 2.2, 24 və 70-ci maddələri - inzibati orqanların qərarları qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və 38-ci maddələri - mülkiyyət və sosial təminat hüquqları qorunur. Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin ## ###### 2019-cu il tarixli Fərmanı - restrukturizasiya olunmuş borc üzrə əlavə icra tədbirlərinə yol verilmir. Fərmanın 8,10-cu bəndinə əsasən məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və "Icra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Konstitusiysının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Iş üzrə borclu Ərizəni verən şəxs şikayətinin məzmununa uyğun ifadə verərək, bildirmişdir ki, Salyan rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Salyan Rayon Icra və Probasiya Şöbəsinə göndərilmişdir. Cari ilin yanvar ayında X12 tərəfindən Salyan Icra və Probasiya Şöbəsinə məktub ünvanlanaraq, Salyan Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-****/**** saylı icra sənədi üzrə borclular Ərizəni verən şəxs və Cabbarov Yasən Komissar oğlunun 108.LN.3112.200815.R.***** saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan "xxxx" ASC qarşısında olan öhdəliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ## ###### 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunduğu üçün icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuş və müvafq icra işi üzrə icraata xitam verilmişdir. Lakin icra sənədi üzrə icraata məhz borc məbləğinin restrukturizasiya olunması səbəbindən xitam verilməsi nəzərə alınmayaraq, icra məmurunun qanunsuz inkasso sərəncamı ilə ondan 991.91 manat məbləğində pul vəsaiti tutulmuşdur. Qeyd olunan məbləğ birdəfəlik formada deyil, aylıq 247.75 manat məbləq olmaqla onun təqaüdündən tutulmuşdur. Qeyd olunanlara əsasən inkasso sərərncamı barədə icra məmurunun hərəkətləri qanusnuz hesab olunması və pul vəsaitinin onun hesabına qaytarılaraq, icra məmuru barədə müvafiq tədbirin görülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı iş üzrə, ## ##### 2026-cı il tarixli qərardadı ilə (Hakim Rüstəm Alıyev), borclu Ərizəni verən şəxs “Salyan Rayon Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə şikayəti təmin edilməmişdir. Qərardaddan narazı qalan ərizəçi Ərizəni verən şəxs şikayət vermişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı iş üzrə, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayət baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 hərəkətlərinin qanunsuz hesab edilməsi, ******/****-**- */** saylı, ##.##.2026-cı il tarixli Inkasso sərəncamının etibarsız hesab edilərək ləğv edilməsi, onun təqaüd vəsaitindən qanunsuz tutulmuş məbləğin tam həcmdə geri qaytarılmasının təmin edilməsi barədə ərizənin təmin edilməməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından olan Salyan rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsi ilə LPO (ləğv edilmiş bank) “xxxx” ASC-nin cavabdeh Ərizəni verən şəxs qarşı “kredit borcunun tutulması" tələbi təmin edilmiş, cavabdehlər Ərizəni verən şəxs və Cabbarov Yasən Komissar oğlundan müştərək qaydada 6923,38 ABŞ dolları əsas borc, 1403,60 ABŞ dolları faiz borcu, ümumi 8326,98 ABŞ dolları məbləğində pul ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, iddiaçı “xxxx” ASC-nin xeyrinə verilsin. Iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlərdən 30 manat məbləğində pul müştərək qaydada alınaraq, iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 160 manat cavabdeh Cabbarov Yasən Komissar oğluna aid edilsin. Cavabdeh Cabbarov Yasan Komissar oğlundan 160 manat alınaraq Dövlət nəfinə verilməsi qərara alınmışdır. Iş materiallarından olan Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Ərizəni verən şəxs və onun nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Salyan rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Iş materiallarından olan Azərbaycan Respublikası Ali Məhkəməsnin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qərarı ilə cavabdeh Ərizəni verən şəxs kassasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Iş materiallarından olan Salyan Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş *(***)-****/**** saylı, ##.##.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı “xxxx” ASC-nin cavabdehlər Ərizəni verən şəxs və Cabbarov Yasən Komissar oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə baxaraq qət etdi: Iddiaçı “xxxx” ASC-nin cavabdehlər Ərizəni verən şəxs və Cabbarov Yasən Komissar oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Ərizəni verən şəxs və Cabbarov Yasən Komissar oğlundan müştərək qaydada 6923,38 ABŞ dolları əsas borc, 1403,60 ABŞ dolları faiz borcu, ümumi 8326,98 ABŞ dolları məbləğində pul ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, iddiaçı «xxxx» ASC-nin xeyrinə verilsin. Iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlərdən 30 manat məbləğində pul müştərək qaydada alınaraq, iddiaçıya verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 160 manat cavabdeh Cabbarov Yasən Komissar oğluna aid edilsin. Cavabdeh Cabbarov Yasən Komissar oğlundan 160 manat alınaraq Dövlət nəfinə verilsin. "Icra Məmurları haqqında" Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Icra Məmuruna öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. Icra Məmurunun qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclunun adı, ünvanı, bankda hesablaşma hesabının No-si- ##.##.1959-cu il tarixdə ünvan 1 ünvanında yaşayan Ərizəni verən şəxs. Borclunun adı, ünvanı, bankda hesablaşma hesabının №si- ##.##.1984-cü il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Kəlbəcər rayonu, Əsrik kəndində qeydiyyatda olmaqla, Şamaxı rayonu, Çuxuryurd kəndində yaşayan Cabbarov Yasən Komissar oğlu. Tələbkarın adı, ünvanı, bankda hesablaşma hesabının №-si Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 102A ünvanında yerləşən «xxxx» ASC. Qətnamə qanuni qüvvəsini ## ######## 2018-ci il tarixdə almışdır. Icra vərəqəsi ## ####### 2018-ci il tarixdə verilmişdir. Iş materiallarından olan Salyan Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş *(***)-****/**** saylı, ##.##.2017-ci il tarixli icra vərəqəsi icra olunması üçün ##.##.2018-ci il tarixdə Salyan rayon Icra və Probasiya şöbəsinə göndərilmişdir. Iş materiallarından olan Salyan Rayon Icra və Probasiya Şöbəsinin ##.##.2018-ci il tarixli “icraata başlamaq haqqında” Qərarı ilə Salyan Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş *(***)- ****/**** saylı, ##.##.2017-ci il tarixli icra vərəqəsinə dair icra işi üzrə icraata başlanılmışdır. Bu barədə ##.##.2018-ci il tarixli ******/** saylı məktubla məhkəməyə məlumat verilmişdir. Iş materiallarından olan Salyan Rayon Icra və Probasiya Şöbəsinin icra məmuru trəfindən ******/** saylı, ##.##.2018-ci tarixli “tələbin könüllü icrası” haqqında Bildiriş borcluya göndərilmişdir. Iş materiallarından olan X12 Salyan Rayon Icra və Probasiya Şöbəsinə ünvanladığı **-*/*- ***/**** saylı, ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Salyan Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən LPO "xxxx" ASC-nin cavabdehlər Ərizəni verən şəxs və Cabbarov Yasən Komissar oğlundan "kredit borcunun tutulması" tələbinə dair ərizəsi təmin edilərək, cavabdehlərdən kredit borcunun tutulması qət edilmiş və icra vərəqəsi icra olunması üçün Salyan rayon Icra və Probasiya şöbəsinə göndərilmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-****/**** saylı icra sənədi üzrə borclular Ərizəni verən şəxs və Cabbarov Yasən Komissar oğlunun 108.LN.3112.200815.R.***** saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan "xxxx" ASC qarşısında olan öhdəliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ## ###### 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunduğu üçün icra sənədi üzrə icraata xitam verməyinizi xahiş edirik. Iş materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə Idarəsinin Ərizəni verən şəxs ünvanlanmış *-**-**/*-***-M-***-**** saylı, ##.##.2026-cı il tarixli məktubundan görünür ki, məhkəmə qərarının icrası ilə bağlı Ədliyyə Nazirliyinə olmuş müraciətiniz baxılması üçün Şirvan regional ədliyyə idarəsinə göndərilmiş və müraciətinizə qanunvericiliyin tələblərinə müvafiq qaydada baxılmışdır. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş məlumat əsasında məlum olmuşdur ki, Salyan rayon məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2017-ci il tarixli icra sənədinə əsasən sizdən və qeyrisindən müştərək qaydada cəmi 8326,98 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq "xxxx" ASC-nin xeyrinə verilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün ##.##.2018-ci il tarixdə Salyan rayon icra və probasiya şöbəsinə daxil olmuş və iş üzrə icraata başlanılmışdır. Icra tədbirləri zamanı tələbkar təşkilat Salyan rayon icra və probasiya şöbəsinə ##.##.2026-cı il tarixli, **-*/*-***/**** saylı məktubla müraciət edərək Salyan rayon məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2017-ci il tarixli icra sənədi üzrə sizin və digər borclu Cabbarov Yasən Komissar oğlunun 108.LN3112.*********** saylı kredit müqaviləniz üzrə ləğv prosesində olan "xxxx" ASC qarşısında olan öhdəliyi Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 'Azərbaycan Respublikasında fiziki şəxslərin preoblemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ## ###### 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunduğu üçün icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Icra sənədi üzrə göstərilən ümumi məbləğin 7%-həcmində olan məbləğ - 993,01 manat pensiyanıza yönəldilmişdir. Müraciətinizə baxılmasının nəticəsi olaraq izah edilir ki, müraciətdə göstərilən məsələ ilə yaranmış mübahisənin hüquq müstəvisində həllinə nail olmaq üçün qanunvericiliyə uyğun olaraq məhkəmə müdafiəsindən istifadə edə bilərsiniz. Iş materiallarından olan ******/****-**-*/** saylı, ##.##.2026-cı il tarixli Inkasso sərəncamından görünür ki, ödəyici Ərizəni verən şəxs tərəfindən vəsait alan Salyan Rayon Icra və Probasiya Şöbəsinə müvafiq hesab nömrəsinə Salyan Rayon Məhkəməsinin ******/****-**-* saylı, ##.##.2017-ci il üçün verilmiş icra sənədinə görə 990.91 (doqquz yüz doxsan manat doxsan bir qəpik) manat tutulmalı borc məbləği üzrə aylıq 247.75 (iki yüz qırx yeddi manat yetmiş beş qəpik) manat olmaqla tutulmalı olması barədə sərəncam verilmişdir. Iş materiallarından olan Şirvan Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qəraradı ilə Iddiaçı Ərizəni verən şəxs cavabdeh Şirvan Regional Ədliyyə Idarəsinə qarşı "Inkasso sərəncamlarının qanunsuz hesab edilməsi və tutulan vəsaitin geri qaytarılması" tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikasının “Icra haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra işi üzrə icraata xitam verilir. 20.2-ci maddəsinə əsasən, Icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən bu Qanunun 20.1-ci maddəsi ilə müəyyən edilən hallar aşkar edildiyi gündən 3 iş günü müddətində həmin hallara istinad edilməklə əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən 1 iş günü müddətində yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə həmin qərardan bu Qanunun 20.5-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti keçdikdən sonra icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3-cü maddəsinə əsasən, Icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4-cü maddəsinə əsasən, Icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5-ci maddəsinə əsasən, Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. 20.7-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara qaytarılır. 20.8-ci maddəsinə əsasən, Icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. (Köhnə redaksiyada) 78.1-ci maddəsinə əsasən, Icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyriəmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən yüz manat, borclu hüquqi şəxsdən isə beş yüz manat miqdarında icra ödənişi alınır. (Yeni redaksiyada ##.##.2025-ci il tarixdə) 78.1-ci maddəsinə əsasən, Icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 10 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən yüz manat, borclu hüquqi şəxsdən isə beş yüz manat miqdarında icra ödənişi alınır. 78.1-1-ci maddəsinə əsasən, Könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədi üzrə ödənilməli pul məbləği borclu tərəfindən qismən ödənildikdə icra ödənişi borcun qalan hissəsindən hesablanır. 78.2-ci maddəsinə əsasən, icra ödənişi icra sənədi ilk dəfə icraya yönəldilərkən alınır. Həmin icra sənədinin yenidən icraya yönəldilməsi zamanı icra ödənişi alınmır. 78.2-1-ci maddəsinə əsasən, Icra ödənişinin alınması barədə qərar onun qəbul edilməsinə səbəb olmuş icra sənədi üzrə icraat çərçivəsində icra olunur. Bu icraat çərçivəsində icra ödənişinin alınması barədə qərarın tam icrası mümkün olmadıqda, icra ödənişinin alınması barədə qərarın icrası müstəqil icraat çərçivəsində davam etdirilir. Icra ödənişinin alınması barədə qərarın müstəqil icraat çərçivəsində icrası zamanı həmin qərarın icrası ilə bağlı icra ödənişi tutulmur. 78.2-2-ci maddəsinə əsasən, Icra ödənişi borcludan tam və ya hissə-hissə tutula bilər. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, borcun hissə-hissə ödənilməsi hallarında, yaxud borcun qismən ödənilməsi mümkün olduqda icra ödənişi faktiki ödənilən məbləğə mütənasib olaraq hər bir ödəniş üzrə hesablanır və tutulur. 78.2-3-cü maddəsinə əsasən, Vaxtaşırı ödənişlər üzrə icra ödənişi yığılmış borc məbləği üzrə müəyyən edilməklə icra məmurunun icra ödənişinin alınması barədə qərarı əsasında və həmin qərarın qəbul edildiyi tarixə qədər yığılmış borc məbləğindən hesablanmaqla tutulur. 78.3-cü maddəsinə əsasən, Icra ödənişinin məbləğinin 25 faizi dövlət büdcəsinə, qalan hissəsi isə ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülür. 78.4-cü maddəsinə əsasən, Icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənəd ləğv edildikdə, icra ödənişi borcluya qaytarılır. 79.1-ci maddəsinə, Icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin, bu mümkün olmadıqda ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitləri hesabına ödənilir. 81.4-cü maddəsinə əsasən, Icra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir. 81.5-ci maddəsinə əsasən, tərəflər bu Qanunun 81.4-cü maddəsində nəzərdə tutulmuş qərarın surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Hazırkı ərizənin mahiyyətindən görünür ki, borclunun şikayəti icraata xitam verildikdən sonra icra ödənişinin tutulması məqsədilə icra məmuru tərəfindən qəbul edilmiş inkasso sərəncamının qanuniliyinə aiddir. Iş materialları ilə müəyyən edilir ki, icra sənədinin verilməsinə əsas olmuş Salyan Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qətnaməsi apellyasiya və kassasiya instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmış, qətnamə ##.##.2018-ci il tarixdə qanuni qüvvəyə minmiş və icrası üçün aidiyyəti üzrə göndərilmişdir. Bunun əsasında ##.##.2018-ci il tarixdə borclu Ərizəni verən şəxs münasibətdə icraata başlanılmış, ona könüllü icra müddəti verilmiş, lakin həmin müddətdə icra sənədi könüllü qaydada icra edilməmişdir. Iş materialları ilə müəyyən edilir ki, icra sənədinin verilməsinə əsas olmuş Salyan Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qətnaməsi apellyasiya və kassasiya instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmış, qətnamə ##.##.2018-ci il tarixdə qanuni qüvvəyə minmiş və icrası üçün aidiyyəti üzrə göndərilmişdir. Bunun əsasında ##.##.2018-ci il tarixdə borclu Ərizəni verən şəxs münasibətdə icraata başlanılmış, ona könüllü icra müddəti verilmiş, lakin həmin müddətdə icra sənədi könüllü qaydada icra edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, borclunun öhdəliyinin sonradan restrukturizasiya olunması və icraata xitam verilməsi onun könüllü icra müddətində məhkəmə aktını icra etmədiyi faktını aradan qaldırmır. “Icra haqqında” Qanunun 78.1-ci maddəsinə əsasən icra ödənişi borclunun icra sənədini könüllü icra üçün müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməməsinin hüquqi nəticəsi kimi tətbiq olunur. Həmin ödəniş əsas borcun tərkib hissəsi olmayıb, icra sənədinin vaxtında icrasını təmin etməyə yönəlmiş xüsusi icra-hüquqi tədbirdir. Normanın məzmununa görə icra ödənişinin tətbiqi üçün icra sənədinin icraya yönəldilməsi, borcluya könüllü icra müddətinin verilməsi və həmin müddətdə öhdəliyin icra edilməməsi kifayətdir. Hazırkı halda isə iş materialları ilə müəyyən edilir ki, borclu nə könüllü icra müddətində, nə də sonrakı dövrdə öhdəliyi könüllü qaydada icra etməmiş, borcun həlli yalnız sonradan normativ hüquqi akt əsasında aparılmış restrukturizasiya nəticəsində mümkün olmuşdur. Bu səbəbdən icra məmurunun icra ödənişinin tutulması barədə qərarı qanuni hesab edilməlidir. Məhkəmə həmçinin nəzərə alır ki, “Icra haqqında” Qanunun 78-ci maddəsinin icra münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına əsasən icra ödənişi tutulmalı məbləğin 7 faizi həcmində müəyyən edilirdi. “7 faizi” sözlərinin “10 faizi” sözləri ilə əvəz edilməsi isə sonradan — ##.##.2025-ci il tarixdə həyata keçirilmişdir. Hazırkı icra ödənişi 2018–2019-cu illərdə yaranmış icra münasibətlərindən irəli gəldiyindən, icra məmuru tərəfindən icra ödənişinin borcun 7 faizi həcmində hesablanaraq inkasso sərəncamı ilə tutulması qanunun zaman baxımından tətbiqi prinsipinə uyğun olmuşdur Kollegiya müvafiq icra sənədi üzrə aparılan icra hərəkətləri ilə bağlı qeyd etməyi və istinad etməyi zəruri hesab edir. Belə ki, “Cəfərov Azərbaycana qarşı” iş üzrə ##.##.2010- cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” ##.##.2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir, bu mənada, o, “məhkəmə hüququnu” ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın, Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X9 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. Həmçinin Insan Hüquqları üzrə Avropa Məhkəməsi Hornsby Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1- ci bəndində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ yalnız məhkəməyə müraciət və işə baxılması ilə məhdudlaşmır, eyni zamanda məhkəmə qərarlarının effektiv icrasını da əhatə edir. Əks yanaşma qəti və məcburi hüquqi qüvvəyə malik məhkəmə qərarlarının icrasız qalmasına şərait yaratmaqla məhkəməyə müraciət hüququnu formal və illüziya xarakterli hüquqa çevirərdi. Avropa Məhkəməsi vurğulamışdır ki, məhkəmə qərarının icrası “məhkəmə araşdırması” anlayışının ayrılmaz tərkib hissəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarının və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” qərarında da əks olunmuşdur. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə baxışının ağlabatan müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayaraq məhkəmə qərarının tam icrasına qədər olan dövrü əhatə edir və məhkəmələr məhkəmə aktlarının icrası ilə bağlı məsələlərə baxarkən Konvensiyanın tələblərini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası göstərilən hüquqi mövqelərdən çıxış edərək hesab edir ki, məhkəmə qərarlarının qanunsuz olaraq icra edilməməsi və ya əsassız gecikdirilməsi ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilməlidir. “Hüquqi müəyyənlik” prinsipi baxımından bütün şəxslər dövlətin məcburi gücü ilə təmin olunan və imperativ xarakter daşıyan məhkəmə aktlarına və hüquq normalarına riayət etməyə borcludurlar. “Hüquqi müəyyənlik” prinsipinin şərtləri əsas götürülməklə bütün subyektlər (fiziki şəxslər, hüquqi şəxslər, dövlət və bələdiyyələr) dövlətin məcburi gücü ilə təmin olunan imperativ şəkildə müəyyən edilmiş hüquq normalarına əməl etməyə borcludurlar Beləliklə qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “ərizənin rədd edilməsi” mövqeyi ilə razılaşır və hesab edir ki, ərizəçi Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı iş üzrə, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdr. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirilmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı iş üzrə, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(3-9)-78/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-78/2026
09.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver