Məhkəmə qərarları › İş №8(3-9)-79/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-79/2026

09.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-79/2026 09.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından tələbkar xxxx ASCnin nümayəndəsi X1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Borclu Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin *(****-***/**** saylı. ## #### 2021-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Lənkəran Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli *(****-***/**** saylı qərardadı ilə ##.##.1961-ci il tarixdə Lənkəran rayonu. Tütəpeştə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan mənim, yəni Ərizəni verən şəxs Azərbaycan Respublikasından getməsinə qoyulmuş müvəqqəti məhdudiyyətin üzərindən götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş, *(***)-***/**** nömrəli, ## #### 2021-ci il tarixli icra sənədinə əsasən, ondan cəmi 8.322,67 manat pul tələbkar Tələbkar ASC-nin xeyrinə tutulmşdur. Həmin qətnamə üzrə verilmiş icra sənədi icra edilməsi üçün Lənkəran Rayon Icra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclu Ərizəni verən şəxs maddi imkanım olmadığı üçün həmin qətnamə üzrə icra sənədini icra edə bilmir. Buna görə də Lənkəran Rayon Icra və Probasiya Şöbəsi tərəfindən 2023-cü il tarixdə ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** saylı. ##.##.2023- cü il tarixli qərardadı ilə təqdimat təmin edilərək onun ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılmışdır. O, 2025-ci ilin yanvar ayında əmək pensiyasına çıxıb və artıq 2025-ci ilin aprel ayından 282 manat məbləğində pulun tutulması ilə bağlı əmək pensiyama yönləndirmə olmuşdur. Hazırda əmək pensiyasından hər ay 282 manat məbləğində pul tutularaq Tələbkar ASC-yə ödənilir. Yəni hazırda Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş, *(***)-***/**** nömrəli, ## #### 2021-ci il tarixli icra sənədi icra edilir. Özü yaşlı olmaqla səhətində də müəyyən xəstəlikləri var. Oğlu Rusiya Federasiyasında yaşayır. O, həm oğlunu görməyə, həm də ki, səhətinlə bağlı Rusiyaya getmək istəyir. Lakin, ölkədən getmək hüququ məhdudlaşdırıldığından ölkədən gedə bilmir. Ölkədən çıxışına qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi ilə bağlı Lənkəran Rayon Icra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edib. Lakin. Lənkəran Rayon Icra və Probasiya Şöbəsinin ona verdiyi ##.##.2026- cı il tarixli məktubunda göstərilmişdir ki, ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi Lənkəran Rayon Icra və Probasiya Şöbəsi tərəfindən mümkün olmadığından bununla bağlı Lənkəran Rayon Məhkəməsinə müraciət etməlidir. Onun ölkədən getmək hüququ Lənkəran Rayon Məhkəməsinin 8(049)- ***/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə məhdudlaşdırıldığından həmin məhdudiyyətin götürülməsi də məhkəmə qərarı ilə olmalıdır. Məhkəmə iclasında borclu Ərizəni verən şəxs ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, artıq 15 aydır ki, pensiyaya çıxmışdır və sözügedən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qərarı ilə hər ay onun pensiyasından 175 manat pul vəsaiti tutulur. Hazırda şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Bununla əlaqədar müalicə almaq məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə getmək istəyir. Onsuz da icra sənədi icrasız qalmamışdır. Lakin qeyd edilən vəsaiti birdəfəlik imkanı yoxdur. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Lənkəran rayon Icra və Probasiya Şöbəsinin və tələbkar Tələbkar ASC-nin nümayyəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tələbkar Tələbkar ASC-nin nümayyəndəsi “Elektron məhkəmə” Informasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə (Hakim Anar Pənahov) ərizənin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin *(****-***/**** saylı. ## #### 2021-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Lənkəran Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli *(***)-***/**** saylı qərardadı ilə borclu Ərizəni verən şəxs Azərbaycan Respublikasından getməsinə qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi, qərardadın icrasının Lənkəran rayon Icra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Tələbkar xxxx ASC-nin nümayəndəsi X1 həmin qərardaddan şikayət verərək, Lənkəran rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli Qərardadının ləğv edilməsini, borclu Ərizəni verən şəxs Azərbaycan Respublikasından getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyət barədə qərardadın qüvvədə saxlanılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə, şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə ərizənin təmin edilməsini iş üzrə toplanmış sübutlarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.2.-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. 9.3.6-ci maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yekun məhkəmə aktları icra olunmalıdır. Icra qanunvericiliyinin tələbinə görə məhkəmə qətnaməsinə əsasən verilmiş icra vərəqində göstərilmiş öhdəliklər borclu tərəfindən könüllü şəkildə yerinə yetirilmədikdə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi icra vərəqəsi üzrə öhdəliklərinin borclu tərəfindən lazımi və tam qaydada yerinə yetirilməsinə şərait yaratmaq, təsir göstərmək məqsədi daşıyır. Iş materiallarının tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədinə əsasən, Ərizəni verən şəxs cəmi 8.322,67 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq tələbkar Tələbkar ASC-nin hesabına ödənilməlidir. Lənkəran Rayon Məhkəməsi 8 (***)-***/**** saylı, ##.##.2023- cü il tarixli qərardadından görunur ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-***/**** nömrəli, ## #### 2021-ci il tarixli icra sənədinin icrası məqsədilə ##.##.1961-ci ıl təvəllüdlü, Lənkəran rayonu, Tütəpeştə kəndində qeydiyyatda olan və yaşayan borclu Ərizəni verən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Lənkəran rayon Icra və Porbasiya Şöbəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, borclu Ərizəni verən şəxs ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ərizəyə əlavə edilmiş Lənkəran rayon Icra və Porbasiya Şöbəsinin icra məmuru Vüsal Qasımov tərəfindən tərtib edilmiş “inkasso sərəncamları”ndan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-***/**** nömrəli, ## #### 2021-ci il tarixli icra sənədinin icrası məqsədilə borclu Ərizəni verən şəxs əmək pensiyasından hər ay 165 manat vəsait tələbkar Tələbkar ASC-nin xeyrinə tutulur Birinci instansiya məhkəməsi Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar tutmaların borclu Ərizəni verən şəxs əmək pensiyasına yönəldilməklə, icra sənədinin icra edilməsi qənaətinə gəlmişdir. Apellyasiya icraatı zamanı tələbkar Tələbkar ASC elektron kabinet vasitəsi ilə Lənkəran rayon Icra və Porbasiya Şöbəsinə göndərilmiş Arayışın surətini əlavə etmişdir. Həmin Arayışdan görünür ki, borclu Ərizəni verən şəxs bütün borcunu ödəmişdir. Odur ki, Icra Haqqında qanunun 20.1.5-ci maddəsinə əsasən icraata xitam verilməsi xahiş olunur. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə borclu Ərizəni verən şəxs tərəfindən icra edildiyindən və ölkədən çıxışına qoyulmuş məhdudiyyət üçün də əsaslar qalxdığından tələbkar xxxx ASC-nin nümayəndəsi X1 tərəfindən verilmiş şikayət əsassız hesab edilərək, təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasənapellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2- 402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Tələbkar Tələbkar ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar