Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-81/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Tələbkar Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qərarından şikayət ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək, Salyan rayon İcra və Probasiya Şöbəsinin *(***)-****/**** saylı, ## ###### 2021-ci il tarixli icra sənədinin qaytarılması haqqında ## #### 2025-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan ərizəçi ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə şikayət verərək, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə həmin məhkəmənin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından ərizəçi Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərardad qüvvəsində saxlanılaraq həmin qərardaddan verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-**/**** saylı, ##.##.2026cı il tarixli qərardadı ilə Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərardadından ərizəçi Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, iş materialları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Salyan Rayon Məhkəməsinə geri qaytarılmışdır. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan narazı qalan ərizəçi Ərizəni verən şəxs şikayət verərək qərardadın ləğv edilərək apellyasiya şikayətinin mümkün hesab edilərək işin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə icra məmurunun ##.##.2025-ci il tarixli qərarından verdiyi şikayət müddətin ötürülməsi əsası ilə baxılmamış saxlanılmışdır. Həmin qərardaddan verdiyi apellyasiya şikayəti isə Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə geri qaytarılmışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, guya təqdim etdiyi müraciətdə ##.##.2026-cı il tarixli qərardadın ləğv edilməsi barədə tələb irəli sürülməmişdir. Hesab edir ki, həmin qərardad əsassızdır. Belə ki, onun təqdim etdiyi apellyasiya şikayətinin məzmunundan açıq şəkildə görünür ki, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə razı olmamış və həmin qərardadın dəyişdirilməsinə nail olmağa çalışmışdır. Şikayətdə icra məmurunun qərarının ona təqdim edilməməsi, icra məmurunun qərarından yalnız sonradan xəbər tutmağı və şikayət vermə müddətinin üzrlü səbəbdən ötürülməsi ətraflı göstərilmişdir. İcra məmurunun ##.##.2025-cı il tarixli qərarında açıq şəkildə qeyd edilmişdir ki, həmin qərardan onun surəti alındıqdan sonra 30 gün müddətində məhkəməyə şikayət verilə bilər. Lakin həmin qərarın surəti ona təqdim edilməmişdir. Qərarın ona poçt vasitəsilə göndərildiyini, elektron qaydada çatdırıldığını və ya şəxsən təqdim edildiyini təsdiq edən hər hansı sübut mövcud deyildir. Onun apellyasiya şikayətinə məhiyyəti üzrə baxılmamış, yalnız formal səbəblərə görə geri qaytarılmışdır. Halbuki iş üzrə əsas mübahisə qərarın ona təqdim olunmaması və bunun nəticəsində şikayət müddətinin hesablanmasının mümkün olub-olmaması məsələsidir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 361.1.3. Barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində göstərilməlidir. 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Belə ki, iş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026cı il tarixli qərardadı ilə ərizəçinin təqdim etdiyi müraciət üzrə apellyasiya icraatının mümkün olmadığı müəyyən edilərək iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Həmin qərardadda göstərilmişdir ki, ərizəçinin təqdim etdiyi müraciət prosessual baxımdan apellyasiya şikayətinin forma və məzmun tələblərinə cavab vermir, çünki müraciətdə mübahisələndirilən məhkəmə aktının ləğv edilməsi və ya dəyişdirilməsi barədə aydın tələb irəli sürülməmişdir. Eyni zamanda apellyasiya instansiyası qeyd etmişdir ki, ərizəçinin müraciətinin hüquqi mahiyyəti ilk növbədə müddətin bərpasına dair vəsatət kimi qiymətləndirilməli, həmin məsələ həll edildikdən sonra şikayət vermək hüququnun yaranıb-yaranmadığı müəyyən edilməli idi. Belə olan halda, iş birinci instansiya məhkəməsinə məhz apellyasiya instansiyasının göstərdiyi prosessual çatışmazlıqların aradan qaldırılması məqsədilə qaytarılmışdır. Birinci instansiya məhkəməsi də apellyasiya instansiyasının məcburi xarakter daşıyan hüquqi göstərişlərinə uyğun olaraq təqdim edilmiş müraciətin apellyasiya şikayəti kimi qəbul edilə bilməyəcəyi nəticəsinə gələrək onu geri qaytarmışdır. Məhkəmə yeni hüquqi qiymətləndirmə aparmamış, yalnız apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi prosessual pozuntuların nəticəsini həyata keçirmişdir. Ərizəçinin hazırkı şikayətində göstərdiyi hallar isə əslində Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadında verilmiş hüquqi qiymətləndirmə ilə razılaşmamasından ibarətdir. Halbuki həmin qərardad qanunvericiliyə uyğun olaraq qəti xarakter daşıyır və ondan ayrıca şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Bu səbəbdən ərizəçi apellyasiya instansiyasının hüquqi mövqeyini dolayısı ilə birinci instansiya məhkəməsinin sonrakı qərardadından şikayət verməklə mübahisələndirə bilməz. Bundan başqa apellyasiya instansiyası məhkəməsi ərizəçini məhkəmə müdafiəsi hüququndan məhrum etməmişdir, qərardadda göstərilmişdir ki, ərizəçi prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə, yəni müddətin bərpasına dair əsaslandırılmış vəsatətlə və ya qanunun tələblərinə cavab verən, mübahisələndirdiyi məhkəmə aktının ləğv edilməsini və ya dəyişdirilməsini açıq şəkildə ehtiva edən şikayət ilə yenidən məhkəməyə müraciət edə bilərdi. Lakin ərizəçi həmin prosessual imkandan istifadə etmək əvəzinə, apellyasiya instansiyasının göstərişlərinin icrası nəticəsində qəbul edilmiş qərardaddan şikayət vermişdir ki, bu da qanunvericiliyin tələblərinə uyğun müdafiə üsulu hesab edilə bilməz. Məhkəmə tərkibi hesab edir ki, Salyan Rayon Məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinin hüquqi göstərişlərinə uyğun hərəkət etmiş, prosessual qanun normalarını düzgün tətbiq etmiş və şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 8(5-152)-108/2026 tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qərara aldı: Ərizəçi Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 8(5-152)-108/2026 tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-9)-81/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-81/2026
27.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver