Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-86/2026 14.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından Maraqlı şəxs icra məmuru X2 tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Tələbkar Ərizəni verən şəxs məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Maraqlı şəxs Böyük icra məmuru, R Dilqəm Mütəllimlinin icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə (hakim Aytəkin Əliyeva) ərizə təmin edilmiş, Maraqlı şəxs Böyük icra məmuru, R X2 icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və Biləsuvar Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı, icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Maraqlı şəxs icra məmuru X2 şikayət vermişdir. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, qərardadın dəyişdirilmədən saxlanılması və şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi hesаb edir ki, Maraqlı şəxs icra məmuru X2 tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilməlidir. İş materiallarından müəyyən оlunmuşdur ki, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməli olduğu halda, Maraqlı şəxs icra məmuru X2 tərəfindən şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsindən görünür ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən dəyişiklikləri nəzərə almadan, yuxarıda göstərilən halları araşdırmadan, şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə uyğun tərtib olunub-olunmamasını yoxlamadan, bir sözlə şikayətin MPM-ə uyğunluğunu yoxlamadan, verilmiş şikayəti geri qаytаrmаlı оlduğu hаldа, səhvə yоl verərək şikayəti icraata götürərək baxmış, eyni zamanda оnu bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə tərkibi hesаb edir ki, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından Maraqlı şəxs icra məmuru X2 tərəfindən verilmiş şikayət аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə qeyri-mümkün hesаb edilməlidir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərаrа аldı: Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından Maraqlı şəxs icra məmuru X2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesаb edilsin. İş materialları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinin yerinə yetirilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə geri qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-9)-86/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-86/2026
14.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver