Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-88/2026 30.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X3 və X6 ibarət tərkibdə, tələbkar Ərizəni verən şəxs Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icra sənədinin qaytarılması barədə qərarından verilmiş şikayətinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Salyan Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2023-cü il tarixli icra sənədinə əsasən X2 3426 manat məbləğində pul vəsaiti və 54,3 manat dövlət rüsumunun əvəzi tutularaq tələbkar Ərizəni verən şəxs xeyrinə ödənilməlidir. Salyan Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun İsmayılov Coşqun Əhəd oğlu ##.##.2025-ci il tarixli qərarı ilə tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar edilməməsi səbəbindən icra sənədi geri qaytarılmışdır. Salyan Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun ##.##.2025-ci il tarixli qərarı qərarından tələbkar Ərizəni verən şəxs ##.##.2026-cı il tarixdə məhkəməyə şikayətlə müraciət etmiş, şikayətində Salyan Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2023cü il tarixli icra sənədinin geri qaytarılması barədə Salyan rayon İcra və Probasiya Şöbəsinin ## ##### 2025-ci il tarixli qərarının qanunsuz olduğunu göstərərək ləğv edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət müddət ötürülməklə verildiyindən və müddətin bərpasına dair ərizə verilmədiyindən geri qaytarılmışdır. Qərardaddan tələbkar şikayət verərək qərardadının ləğv edilməsini xahiş etmişdir. Tələbkar şikayətində göstərmişdir ki, icra məmurunun ## ##### 2025-ci il tarixli qərarı ona rəsmi qaydada təqdim edilməmişdir. O, qərarın mövcudluğunu yalnız sonradan öyrənmiş və bundan dərhal sonra məhkəməyə müraciət etmişdir. Buna görə də "İcra haqqında" Qanunun 23.7-ci maddəsində nəzərdə tutulmuş müddətin başlanğıcı barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz olmuşdur. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətlərlə bağlı aşağıdakıları bildirir. "İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Qanunun tələbinə görə, icra sənədinin icra edilməsini təmin etmək məqsədi ilə borclu barəsində icra məmuru tərəfindən görülmüş bütün tədbirlər nəticə vermədiyi hallarda icra sənədi qaytarıla bilər. "İcra haqqında” Qanunun 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Salyan Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” Qərardan görünür ki, borclu X2 icra sənədində qeyd olunan ünvan 1 ünvanında olmuş, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamışdır və bu barədə akt tərtib olunmuşdur. Bu əsasla icra sənədi Salyan Rayon Məhkəməsinə qaytarılmışdır. Tələbkar Salyan Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun ##.##.2025-ci il tarixli qərarından təxminən 1 il 1 aydan artıq vaxt keçdikdən sonra şikayət vermişdir. Tələbkar, qərarın ona hansı vaxtdan təqdim edilməsini göstərməmiş, eyni zamanda müddətin bərpasına dair vəsatət verməmişdir. Göründüyü kimi, məhkəmə icraçısının qərarından şikayəti vermək hüququnun həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici 30 günlük müddət müəyyən etmişdir. Bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını mülki prosessual qanunvericilk istisna etmir. Hüquqi müəyyənlik prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna məhkəmə aktlarının icrası qaydaları da daxildir. Azərbaycan Respublikasının MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ itirilir. MPM-nin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilmədikdə müddət keçdikdən sonra verilmiş şikayətlərə baxılmır və onlar şikayət verən şəxsə qaytarılır. Kollegiya hesab edir ki, şikayətdə göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərardadının qanunsuz hesab edilməsi və ləğv edilməsi üçün əsas vermir. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kolegiya onu da qeyd edir ki, icra sənədinin qaytarılması icra üzrə icraata tamam xitam verilməsi deyil. “İcra haqqında” Qanunun tələbinə görə, həmin Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-9)-88/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-88/2026
30.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver