Məhkəmə qərarları › İş №8(3-9)-90/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-90/2026

27.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-90/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əsədli Mahir Abdulla oğlu (sədrlik edən, məruzəçi), İmanov Cahid Fehruz oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından tələbkar Tələbkar verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi MÜƏYYƏN ETDİ: Tələbkar Tələbkar “ödənilməli pul məbləğinin indeksasiya olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2019-cu il tarixli məhkəmə qərarı üzrə ödənilməmiş cəmi 370 pul məbləğinin indeksləşdirərək 2019-cu il aprel ayından 2026-cı il aprel ayınadək 153.40 faiz artımı (370 AZN x 153.40%=567,58 manat) nəzərə alaraq, cəmi 937.58 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Ramiz Nurullayev) ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Tələbkar Tələbkar həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsi indeksasiya institutunun məqsədinin məhkəmə qərarının icrası zamanı pul vəsaitinin inflyasiya nəticəsində itirdiyi alıcılıq qabiliyyətinin bərpası olduğunu müəyyən etmişdir. Birinci instansiya məhkəməsi həmin hüquqi mövqeni nəzərə almamış, indeksasiya hüququnun həyata keçirilməsini qanunda nəzərdə tutulmayan məhdudiyyətlərdən asılı vəziyyətə salmış və nəticədə hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə indeksasiya barədə ərizəyə əlavə sənədlərin təqdim edilməsini, icra sənədinin müəyyən vəziyyətdə olmasını və digər qanunda nəzərdə tutulmayan halları ərizəçinin üzərinə əlavə öhdəlik kimi qoymuş, həmin tələblərin yerinə yetirilməməsini isə ərizənin geri qaytarılmasına əsas hesab etmişdir. Belə ki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi iddia ərizəsinin forma və məzmununa dair tələbləri müəyyən edir. Hazırkı halda isə söhbət iddia icraatından deyil, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi əsasında verilmiş indeksasiya barədə ərizədən gedir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində indeksasiya barədə ərizənin məzmununa, ona əlavə edilməli sənədlərə və ya ərizəçinin təqdim etməli olduğu sübutlara dair hər hansı tələb müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin analogiya qaydasında tətbiq edilməsinə istinad ediləcəyi təqdirdə də belə yanaşma hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən qanunda birbaşa tənzimlənməyən münasibətlərə hüquq analogiyası və ya qanun analogiyası tətbiq edilə bilər. Lakin analogiyanın məqsədi qanunda mövcud olan boşluğun aradan qaldırılmasıdır. Analogiya tətbiq edilməklə qanunvericilikdə nəzərdə tutulmayan yeni öhdəliklərin yaradılması, şəxsin hüquqlarının məhdudlaşdırılması və ya onun üzərinə əlavə vəzifələrin qoyulması yolverilməzdir. Məhkəmə ərizəçinin məhkəmə qərarını və icra vəziyyətini təsdiq edən sənədləri təqdim etmədiyini göstərsə də, bu halın ərizənin geri qaytarılması üçün hansı hüquq normasına əsaslandığını göstərməmişdir. MPM-in 232-ci maddəsi məhkəməyə indeksasiya barədə ərizəyə baxmaq və zəruri hallarda işin düzgün həlli üçün lazım olan halları araşdırmaq səlahiyyəti verir. Məhkəmə ərizənin mahiyyəti üzrə araşdırılması üçün zəruri hesab etdiyi sənədlərin təqdim edilməsini təmin etmək və ya onların əldə olunması imkanlarını qiymətləndirmək əvəzinə, prosessual formalizmə üstünlük vermişdir. Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə tərkibi qeyd edir ki, MPM-in 232-ci maddəsi yalnız məhkəməyə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin indeksasiyasını həyata keçirmək səlahiyyəti verməklə həmin norma indeksasiyanın heç bir sübut araşdırılmadan tətbiq olunmasını nəzərdə tutmamışdır. Hər bir prosessual müraciətdə olduğu kimi, ərizəçi istinad etdiyi hüquqi nəticənin yaranmasına əsas verən faktiki halları məhkəməyə bildirməli və onların mövcudluğunu təsdiq edən ilkin sübutları təqdim etməlidir. Məhkəmənin indeksasiya barədə qərar qəbul etməsi üçün ilk növbədə müəyyən edilməlidir ki, hansı məhkəmə aktı üzrə, hansı məbləğ, hansı tarixədək ödənilməmiş qalmışdır, həmin qətnamə üzrə icra sənədi verilmişdirmi, icra sənədi icraya yönəldilmişdirmi, öhdəlik tam, qismən, yoxsa ümumiyyətlə icra edilməmişdir, icra hansı tarixdə başa çatmışdır və ya hazırda davam edirmi. Bundan başqa tələbkar hesab edir ki, məhkəmə icra sənədinin icra vəziyyətini özü araşdırmalı idi. Lakin məhkəmənin müəyyən sənədlərin tələb edilməsi və ya araşdırılması ilə bağlı səlahiyyəti yalnız tərəfin öz tələbini ilkin səviyyədə əsaslandırdığı hallarda yarana bilər. Hazırkı halda isə ərizəçi nə indeksasiya edilməsini istədiyi məhkəmə aktının surətini, nə həmin akt üzrə verilmiş icra sənədini, nə də icra vəziyyətini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etmişdir. Belə olan halda məhkəmənin ərizənin mahiyyəti üzrə araşdırmaya başlaması üçün zəruri prosessual baza mövcud olmamışdır. Birinci instansiya məhkəməsi tələbkarın üzərinə qanunda nəzərdə tutulmayan yeni öhdəlik qoymamış, yalnız onun irəli sürdüyü tələbin araşdırılması üçün zəruri olan minimum sənədlərin təqdim edilməsini tələb etmişdir. Məhkəmənin hansı məhkəmə aktının indeksasiya olunacağını, həmin akt üzrə öhdəliyin icra vəziyyətini və indeksasiya hesablamasının hansı dövrə aid olduğunu müəyyən etmədən mahiyyət üzrə qərar qəbul etməsi hüquqi müəyyənlik prinsipini pozmuş olardı. Nəzərə alınmalıdır ki, indeksasiya yalnız məhkəmə qətnaməsində müəyyən edilmiş pul öhdəliyinin icra edilmədiyi və ya gec icra edildiyi müddət üçün tətbiq oluna bilər. Hazırkı iş üzrə isə ərizəçi 2019-cu ilin aprel ayından 2026-cı ilin aprel ayınadək olan bütün dövr üzrə indeksasiya hesablaması aparmış, lakin həmin müddət ərzində qətnamənin tamamilə icra olunmadığını və ya hansı tarixədək icra edilmədiyini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi MPM-in 149.2.3-cü maddəsini indeksasiya institutuna birbaşa tətbiq etməmiş, ərizəçinin irəli sürdüyü tələbin faktiki əsaslarını və onları təsdiq edən zəruri məlumatların ümumiyyətlə təqdim edilmədiyini nəzərə almışdır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edilənlərə əsasən hesab edir ki, Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə tərkibi QƏRARA ALDI: Tələbkar Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar