Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-92/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünü yazılı icraat qaydasında yoxlayaraq müəyyən e t d i: Təqdimat verən orqannin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)- ***/**** nömrəli, ##.##.2014-cü il tarixli icra sənədi üzrə borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Muxtar Muxtarov) təqdimat təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin *- *(**)-***/**** nömrəli, ##.##.2014-cı il tarixli icra sənədi üzrə borclu, ##.##.1962-cı il təvəllüdlü, Kürdəmir şəhəri, R.Rza Küç, 23 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması, qərardadın dərhal icra edilməsi və icrasının Təqdimat verən orqan həvalə edilməsi qərara alınmışdır. Həmin qərardaddan olan borclu Borclu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət vermişdir. Məhkəmə tərkibi hesab edir ki, aşağıdakılara əsasən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, iş üzrə qəbul edilmiş qərardaddan verilmiş şikayətə birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi isə qərardaddan verilən şikayətə 3 gün müddətində yazılı icraat qaydasında baxaraq, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətləri yerinə yetirməli olduğu halda, bunu etməmiş, tərəfindən borclu Borclu tərəfindən verilmiş şikayətə hüquqi qiymət verilmədən baxılması üçün iş materialları ilə birlikdə birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, iş materialları qərardaddan verilmiş şikayətə MPM-in 269-cu maddəsinin tələblərinə müvafiq olaraq baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 269, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə tərkibi, qərara aldı: Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş borclu Borclu tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə müvafiq olaraq baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-9)-92/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-92/2026
23.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver