Azәrbaycan Respublikası adından Qərardad Şirvan şәhәri İş № 8(3-9)-94/2026 06.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr X5 (sәdrlik edәn vә mәruzәçi), X6 vә X8 ibarәt tәrkibdә, ödәnilmәli pul mәblәğinin indeksasiyası barәdә Lerik Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrardadından borclu maraqlı şәxs2 tәrәfindәn verilmiş şikayәtә yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Balayeva (Nәzәrova) Lalә Möhübbәt qızı әrizә ilә mәhkәmәyә müraciәt edәrәk Lerik Rayon Mәhkәmәsinin ## #### 2019-cu il tarixli, *(***)-**/**** saylı icra sәnәdinә әsasәn borclu maraqlı şәxs2 tutularaq tәlәbkara ödәnilmәli olan 85000 (sәksәn beş min) manat borc mәblәğinin indeksasiya edilmәsini xahiş etmişdir. Işin halları Ərizəçi tələbini aşağıdakı kimi əsaslandırmışdır: Lerik Rayon Mәhkәmәsinin *(***)-**/**** saylı, ##.##.2019-cu il tarixli icra sәnәdinә әsasәn borclu maraqlı şәxs2 cinayәt nәticәsindә vurmuş olduğu zәrәrin әvәzi olaraq 85000 (sәksәn beş min) manat mәblәğindә pul vәsaiti tutularaq xeyrinә ödәnilmәlidir. Icra sәnәdi üzrә ##.##.2019-cu il tarixdә Lerik rayon Icra vә probasiya şöbәsindә icra icraatına başlanılmış, borcluya hüquq vә vәzifәlәri izah edilәrәk ona tәlәbin könüllü icrası haqqında bildiriş verilmişdir. Borclu üzrsüz sәbәbdәn icra sәnәdini icra etmәdiyinә görә Lerik Rayon Mәhkәmәsinin ##.##.2020-ci il tarixli vә ##.##.2023-cü il tarixli inzibati xәta haqqında qәrarları ilә hәr dәfә 500 manat olmaqla inzibati qaydada cәrimә edilmişdir. Onun barәsindә Azәrbaycan Respublikası Ədliyyә Nazirliyinin Istintaq idarәsindә Cinayәt Mәcәllәsinin 306.1-ci maddәsinә әsasәn cinayәt işi başlanılmışdır. Başlanılmış icra icraat üzrә ötәn dövrdә qeyd olunan icra sәnәdinin icrası borclu maraqlı şәxs2 tәrәfindәn qәsdәn icra edilmәmiş vә nәticә etibarı ilә ötәn 5 il әrzindә xeyrinә ödәnilmәli olan 85000 (sәksәn beş min) manat mәblәğindә pul vәsaiti Azәrbaycan Respublikası Mәrkәzi Bankı tәrәfindәn müәyyәn edilәn illik inflyasiya dәrәcәlәri miqdarında dәyәrdәn düşmüşdür. Buna görә dә icra sәnәdi üzrә borclu maraqlı şәxs2 tutularaq xeyrinә ödәnilmәli olan 85000 (sәksәn beş min) manat mәblәğindә cinayәt nәticәsindә dәymiş zәrәrin әvәzi Azәrbaycan Respublikası Mәrkәzi Bankı tәrәfindәn müәyyәn edilәn 2019-2024-cü illәr üzrә müәyyәn edilmiş illik inflyasiya dәrәcәlәrinә uyğun indeksasiya edilmәlidir. Lerik Rayon Mәhkәmәsinin ## ### 2024-cü il tarixli *(***)-**/**** saylı qәrardadı ilә tәlәbkarın әrizәsi nәzәrә alınmış, Lerik Rayon Mәhkәmәsinin ## #### 2019-cu il tarixli icra sәnәdinә әsasәn maraqlı şәxs2 tutularaq tәlәbkara ödәnilmәli olan 85000 manat pulun indeksasiya mәblәği 32385 manat tәşkil etdiyi üçün maraqlı şәxs2 32385 manat pul vәsaitinin tutularaq Tәlәbkar ödәnilmәsi qәrara alınmışdır. Borclu maraqlı şәxs2 şikayәti әsasında işә baxılmış, Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının ## ####### 2024-cü il tarixli qәrardadı ilә Lerik Rayon Mәhkәmәsinin ## ### 2024-cü il tarixli qәrardadından maraqlı şәxs2 tәrәfindәn verilmiş şikayәt qeyri-mümkün hesab edilmiş vә iş materialı şikayәtә prosessual mәcәllәnin tәlәblәrinә uyğun yoxlanılaraq hüquqi qiymәt verilmәsi üçün Lerik Rayon Mәhkәmәsinә qaytarılmışdır. Lerik Rayon Mәhkәmәsinin ## ####### 2024-cü il tarixli qәrardadı ilә ## ### 2024-cü il tarixli qәrardaddan maraqlı şәxs2 tәrәfindәn verilmiş şikayәt geri qaytarılmışdır. maraqlı şәxs2 yenidәn şikayәt, eyni zamanda müddәtin bәrpasına dair әrizә verәrәk, Lerik Rayon Mәhkәmәsinin ## ### 2024-cü il tarixli qәrardadından şikayәt vermә müddәtinin bәrpa edilmәsini vә qәrardadın lәğv edilmәsini xahiş etmişdir. Lerik Rayon Mәhkәmәsinin ## ###### 2024-cü il tarixli qәrardadı ilә әrizә tәmin edilәrәk qәrardaddan maraqlı şәxs2 tәrәfindәn şikayәtin verilmәsi üçün qanunla müәyyәn edilmiş müddәtin buraxılması sәbәbi üzrlü hesab edilәrәk, buraxılmış müddәt bәrpa edilmişdir. Tәlәbkar nümayәndәsi vә vәkil Vәkil Lerik Rayon Mәhkәmәsinin ## ###### 2024-cü il tarixli qәrardadından şikayәt verәrәk qәrardadın lәğv edilmәsini, maraqlı şәxs2 buraxılmış müddәtin bәrpa edilmәsinә vә şikayәtinin icraata qәbul edilmәsinә dair әrizәsinin әsassız olduğundan tәmin edilmәmәsini xahiş etmişdir. Lerik Rayon Mәhkәmәsinin ## ###### 2024-cü il tarixli qәrardadı ilә Lerik Rayon Mәhkәmәsinin ## ###### 2024-cü il tarixli qәrardadından Tәlәbkar nümayәndәsi vәkil Vәkil tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmiş vә şikayәt baxılması üçün Şirvan Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qәrardadı ilә tәlәbkar Tәlәbkar tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmiş, Lerik Rayon Mәhkәmәsinin ##.##.2024-cü il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılmış vә sonrakı prosessual hәrәkәtlәrin edilmәsi üçün mülki iş Lerik Rayon Mәhkәmәsinә qaytarılmışdır. Lerik Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli qәrardadı ilә ## ### 2024-cü il tarixli qәrardaddan maraqlı şәxs2 tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmiş, şikayәt baxılması üçün Şirvan Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının (hakimlәr A.Novruzova, M.Əsәdli vә T.Heydәrov) ## ##### 2025-ci il tarixli 8(106)- **/**** saylı qәrardadı ilә şikayәt qismәn tәmin edilәrәk Lerik Rayon Mәhkәmәsinin ## ### 2024-cü il tarixli qәrardadı lәğv edilmiş, Tәlәbkar Lerik Rayon Mәhkәmәsinin ## #### 2019-cu il tarixli icra sәnәdinә әsasәn tutulmalı olan pul mәblәğinin indeksasiyanın hәyata keçirilmәsinә dair әrizәsinә yenidәn baxılması üçün iş Lerik Rayon Mәhkәmәsinә göndәrilmişdir. Lerik Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli qәrardadı ilә әrizә tәmin edilmiş, Lerik Rayon Mәhkәmәsinin ##.##.2019-cu il tarixli icra sәnәdinә әsasәn Tәlәbkar ödәnilmәli olan pul vәsaiti indeksasiya edilәrәk әlavә olaraq 20665 manat mәblәğindә pul vәsaitinin maraqlı şәxs2 alınaraq Tәlәbkar ödәnilmәsi qәrara alınmışdır. Borclu maraqlı şәxs2 şikayәti әsasında işә baxılmış, Lerik Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli qәrardadı ilә ## #### 2025-ci il tarixli qәrardaddan maraqlı şәxs2 tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmişdir. Bundan sonra Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli qәrardadı ilә Lerik Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli qәrardadından maraqlı şәxs2 tәrәfindәn verilmiş şikayәt qeyri-mümkün hesаb edilmiş, şikayәtin MPM-in tәlәblәrinә uyğunluğunun yoxlanılaraq ona hüquqi qiymәt verilmәsi üçün iş Lerik Rayon Mәhkәmәsinә qaytarılmışdır. Lerik Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli qәrardadı ilә maraqlı şәxs2 tәrәfindәn verilmiş şikayәt geri qaytarılmışdır. Borclu maraqlı şәxs2 yenidәn şikayәt vә müddәtin bәrpasına dair әrizә verәrәk Lerik Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli qәrardadından şikayәt vermә müddәtinin bәrpa edilmәsini xahiş etmişdir. Lerik Rayon Mәhkәmәsinin ## ####### 2025-ci il tarixli qәrardadı ilә әrizә tәmin edilmiş, Lerik Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli qәrardadından maraqlı şәxs2 tәrәfindәn şikayәtin verilmәsi üçün qanunla müәyyәn edilmiş müddәtin buraxılması sәbәbi üzrlü hesab edilәrәk buraxılmış müddәt bәrpa edilmişdir. Lerik Rayon Mәhkәmәsinin ## ####### 2025-ci il tarixli qәrardadı ilә Lerik Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli qәrardadından maraqlı şәxs2 tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmiş, işә baxılması üçün işin Şirvan Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Tәlәbkar nümayәndәsi vәkil Vәkil Lerik Rayon Mәhkәmәsinin ## ####### 2025-ci il tarixli qәrardadından şikayәt vermiş, Lerik Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli qәrardadı ilә Lerik Rayon Mәhkәmәsinin ## ####### 2025-ci il tarixli qәrardadından Tәlәbkar nümayәndәsi vәkil Vәkil tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmiş, baxılması üçün iş materialları ilә birlikdә Şirvan Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Şirvan Apellyasiya Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı qәrardadı ilә şikayәt tәmin edilmәdәn Lerik Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılmışdır. Bundan sonra ödәnilmәli pul mәblәğinin indeksasiyası barәdә iş üzrә Lerik Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** saylı qәrardadından şikayәtә baxılmış, Şirvan Apellyasiya Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli qәrardadı ilә borclu maraqlı şәxs2 tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilmiş, Lerik Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** saylı qәrardadı lәğv edilәrәk hazırkı qәrardadla müәyyәn edilmiş mәsәlәlәrә yenidәn baxılması üçün iş materialları Lerik Rayon Mәhkәmәsinә qaytarılmışdır. Lerik Rayon Mәhkәmәsindә işә yenidәn baxılarkәn borclu maraqlı şәxs2 vәsatәtlә müraciәt edәrәk bildirmişdir ki, hazırki iş üzrә icra vәrәqәsinin verilmәsinә әsas olmuş icra sәnәdi ilә bağlı iddiaçı X1 cavabdehlәr maraqlı şәxs2 vә Tәlәbkar qarşı әsassız varlanma nәticәsindә әldә olunmuş pul mәblәğinin geri qaytarılması tәlәbinә dair Lerik Rayon Mәhkәmәsinin icraatında mülki iş vardır. Ona görә borclu hazırkı tәlәbin әsasını tәşkil edәn icra sәnәdi mübahisәlәndirildiyi üçün mәhkәmәnin icraatında olan e-*-**/**** saylı mülki iş üzrә yekun mәhkәmә qәrarı qanuni qüvvәyә minәnәdәk hazırkı işin icraatının dayandırılmasını xahiş etmişdir. Lerik Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli *(***)-**/**** saylı qәrardadı ilә X1 X3 vә maraqlı şәxs2 qarşı әsassız varlanma nәticәsindә әldә edilmiş pul mәblәğinin geri qaytarılması tәlәbinә dair mülki iş üzrә yekun mәhkәmә aktı qәbul olunub qanuni qüvvәyә minәnәdәk, mәhkәmәnin icraatında olan hazırkı *(***)-**/**** saylı mülki iş üzrә icraat dayandırılmışdır. Qәrardaddan Tәlәbkar nümayәndәsi vәkil Vәkil şikayәt verәrәk onun lәğv edilmәsi vә iddia әrizәsinin icraata qәbul edilmәsini xahiş etmişdir. Şirvan Apellyasiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-*)-**/**** saylı qәrarı ilә Lerik Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli 8(048)-16/2025 iş üzrә qәrardad lәğv edilәrәk icraatın dayandırılmasının mümkünlüyü mәsәlәsinә yenidәn baxılması üçün işin materialları Lerik Rayon Mәhkәmәsinә qaytarılmışdır. Birinci instansiya mәhkәmәsindә icraat Lerik Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə tələbkarın ərizəsi təmin edilmiş, Lerik Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2019-cu il tarixli icra sənədinə əsasən Balayeva (Nəzərova) Lalə Möhübbət qızına ödənilməli olan pul vəsaiti indeksasiya edilərək əlavə olaraq 20665 (iyirmi min altı yüz altmış beş) manat məbləğində pul vəsaiti borclu maraqlı şəxs2 alınaraq Balayeva (Nəzərova) Lalə Möhübbət qızına ödənilməsi qərara alınmışdır. Qәrardaddan borclu maraqlı şәxs2 şikayәt vermişdir. ## #### 2026-cı il tarixli qәrardaddan verilmiş şikayәtә baxılmış, Lerik Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş, baxılması üçün iş materialları birlikdә Şirvan Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Şikayәtin dәlillәri Borclu şikayәtindә Lәnkәran Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrardadının lәğv edilәrәk, әrizәnin tәmin edilmәmәsi barәdә yeni qәrardad qәbul edilmәsini xahiş etmişdir. Prosessual mәsәlәlәr Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasında qәrardaddan verilmiş şikayәt üzrә işә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin (MPM) 397.2-ci maddәsinә әsasәn yazılı icraat qaydasında, yәni mәhkәmә iclası keçirilmәdәn vә dinlәnilmәk üçün tәrәflәr çağırılmadan apellyasiya qaydasında baxılacağı barәdә tәrәflәrә müvafiq bildiriş göndәrilmiş, şikayәtә qarşı әsaslandırılmış yazılı etiraz vә vәsatәtin Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasına göndәrmәk hüququnun olduğu qarşı tәrәfә bildirilmişdir. Müәyyәn edilmiş müddәt әrzindә şikayәtә qarşı yazılı etiraz vә ya vәsatәt mәhkәmәyә daxil olmamışdır. Apellyasiya mәhkәmәsinin mövqeyi Müәyyәn olunur ki, Lerik Rayon Mәhkәmәsinin ##.##.2019-cu il tarixli *(***)-**/**** saylı icra sәnәdinә әsasәn borclu maraqlı şәxs2 cinayәt nәticәsindә vurmuş olduğu zәrәrin әvәzi olaraq (mülki iddia tәmin olunmuş) 85000 (sәksәn beş min) manat mәblәğindә pul vәsaiti tutularaq Tәlәbkar xeyrinә ödәnilmәlidir. Hazırki müraciәtindә әrizәçi (tәlәbkar) mәhkәmә hökmü ilә müәyyәn edilmiş, borclunun cinayәt nәticәsindә vurduğu zәrәrin әvәzi olaraq 85000 (sәksәn beş min) manat mәblәğindә pul vәsaitinin ölkә üzrә müәyyәn edilmiş minimum әmәk haqqına uyğunlaşdırılmaqla indeksasiya edilmәsini xahiş etmişdir. Borclu şikayәtindә qәrardadının tam lәğv edilәrәk, әrizәnin tәmin edilmәmәsi barәdә yeni qәrardad qәbul edilmәsini xahiş etmişdir. Şikayәtlә bağlı Kollegiya aşağıdakıları qeyd edir: Azәrbaycan Respublikası MPM-nin 372.7-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. MPM-in 232.1-ci maddәsinә әsasәn, tәrәflәrin әrizәsi üzrә işә baxmış mәhkәmә qәtnamәnin icrası zamanı tutulmalı pul mәblәğlәrinin müvafiq indeksasiyasını hәyata keçirә bilәr. MPM-in 399-cu maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. “Azәrbaycan Respublikası Konstitusiyasının 60 vә 129-cu maddәlәrinin İ hissәlәri baxımından Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 232-ci maddәsinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2025-ci il tarixli Qәrarında göstәrilmişdir ki, Azәrbaycan Respublikası Konstitusiyasının 60 vә 129-cu maddәlәrinin İ hissәlәrindәn irәli gәlәrәk Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 232-ci maddәsi üzrә tәrәflәr mәhkәmә qәtnamәsi qanuni qüvvәyә mindikdәn sonra hәmin qәtnamә üzrә tutulmalı olan pul mәblәğinin, onun tam ödәnilmәsinәdәk olan müddәt әrzindә indeksasiyası ilә bağlı әrizә ilә mәhkәmәyә müraciәt edә bilәrlәr. Mәhkәmә qәtnamәsinin icrası zamanı tutulmalı pul mәblәğlәrinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azәrbaycan Respublikası Qanununda müәyyәn olunan indeksasiya qaydalarına uyğun olaraq hәyata keçirilmәlidir. Qәrarda qeyd edilir ki, Mülki Prosessual Mәcәllәnin 232-ci maddәsi işә baxmış mәhkәmә tәrәfindәn mәhz qәtnamәnin icrası zamanı tutulmalı pul mәblәğlәrinin müvafiq indeksasiyasının hәyata keçirilmәsini nәzәrdә tutmuş olsa da, bu tәsisat hüquqi mahiyyәti vә tәyinatı baxımından formasından (qәtnamә, qәrardad, qәrar vә ya әmr) asılı olmayaraq müvafiq pul mәblәğinin tutulmasını müәyyәn edәn, qanuni qüvvәyә minmiş istәnilәn mәhkәmә aktına münasibәtdә tәtbiq edilә bilәr. “Azәrbaycan Respublikasında vәtәndaşların pul gәlirlәrinin vә әmanәtlәrinin indekslәşdirilmәsi haqqında” Azәrbaycan Respublikasının Qanununun 4-cü maddәsinә әsasәn, әmәk haqqı vә tәqaüdlәr şәklindә vәtәndaşların pul gәlirlәri aşağıdakı qaydada indekslәşdirilmәlidir: aylıq minimum әmәk haqqının —istehlak qiymәtlәri indeksinin 100 hüdudlarında faizi hәcmindә aylıq minimum әmәk haqqının 1 —istehlak qiymәtlәri indeksinin 80 mislindәn 2 mislinәdәk faizi hәcmindә aylıq minimum әmәk haqqının 2 —istehlak qiymәtlәri indeksinin 60 mislindәn 3 mislinәdәk faizi hәcmindә aylıq minimum, әmәk haqqının 3 —istehlak qiymәtlәri indeksinin 40 mislindәn 4 mislinәdәk faizi hәcmindә Pul gәlirlәrinin aylıq minimum әmәk haqqının 4 mislindәn çox olan hissәsi indekslәşdirilmir. Kollegiya hesab edir ki, birinci instansiya mәhkәmәsi işә baxarkәn maddi vә prosesual hüquq normalarını pozmuş vә düzgün tәtbiq etmәmişdir. Işin hallarından görünür ki, birinci instansiya mәhkәmәsi ## #### 2019-cu il tarixli icra sәnәdinә әsasәn borclu maraqlı şәxs2 tutularaq tәlәbkara ödәnilmәli olan 85000 (sәksәn beş min) manat borc mәblәğini indeksasiya edәrәk hәmin mәblәğә әlavә olaraq 20665 (iyirmi min altı yüz altmış beş) manat pul vәsaitinin tutulmasını tәmin etmişdir. Mәhkәmә pul mәblәğinin indeksasiya edilmәsi mәsәlәsinә baxarkәn indeksasiya mәblәğini mәhkәmә aktı әsasında ödәnilmәli pul vәsaitinә әlavә faiz kimi hesablamışdır. Əvvәla, qeyd edilmәlidir ki, belә yanaşma, indeksasiya institutunun mahiyyәtinә ziddir. Indeksasiya - infilyasiya vә ya qiymәt artımı nәticәsindә ödәnilmәli mәblәğin alıcılıq qabiliyyәtini qorumaq mәqsәdilә həmin məbləğin yenidən hesablanmasıdır. Birinci instansiya mәhkәmәsinin hazırki qәrarı isә mәhkәmә qәrarı ilә ödәnilmәli әsas borcdan әlavә ikinci bir icra sәnәdinin verilmәsini nәzәrdә tutur. Bu sәnәddә әvvәlki icra sәnәdinin qüvvәdә olub-olmamasına qiymәt verilmәmişdir. Digәr tәrәfdәn, Azәrbaycan Respublikası Konstitusiyasının 129-cu maddәsinin İ hissәsinә müvafiq olaraq mәhkәmәnin qәbul etdiyi qәrarlar dövlәtin adından çıxarılır vә onların icrası mәcburidir. Indeksasiya institutu da qanuni qüvvәyә minmiş mәhkәmә aktlarının icra edilmәmәsi nәticәsindә baş verәn infilyasiya itkilәrinin kompensasiyasını, pulun alıcılıq qabiliyyәtinin bәrpasını tәmin edәn sәmәrәli hüquqi vasitә olmaqla mәhkәmә müdafiәsi hüququnun realizәsinin effektivliyi baxımından xüsusi әhәmiyyәt kәsb edir. Qәtnamәnin icrası zamanı tutulmalı pul mәblәğlәrinin müvafiq indeksasiyasının hәyata keçirilmәsi MPM-dә nәzәrdә tutulmuşdur. Lakin MPM-dә indeksasiyanın tәtbiq edilmәsi qaydaları vә mexanizmi tam olaraq tәnzimlәnmәmişdir. Bu halı nәzәrә alaraq hüquqi müәyyәnlik prinsipinә әsasәn Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi yuxarıda adı çәkilәn Qәrarda Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 232-ci maddәsi üzrә mәhkәmәlәr tәrәfindәn indeksasiyanın hәyata keçirilmәsi ilә bağlı münasibәtlәrin tәnzimlәnmәsinin tәkmillәşdirilmәsini Azәrbaycan Respublikasının Milli Mәclisinә tövsiyә etmişdir. Müvafiq qanun qәbul edilәnә qәdәr isә tutulmalı pul mәblәğlәrinin müvafiq indeksasiyası qanunun analogiyası üzrә “Azәrbaycan Respublikasında vәtәndaşların pul gәlirlәrinin vә әmanәtlәrinin indekslәşdirilmәsi haqqında” Azәrbaycan Respublikası Qanununda müәyyәn olunan indeksasiya qaydalarına uyğun olaraq hәyata keçirilmәlidir. (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2025-ci il tarixli Qәrarı). Kollegiya hesab edir ki, birinci instansiya mәhkәmәsi işә baxarkәn “Azәrbaycan Respublikasında vәtәndaşların pul gәlirlәrinin vә әmanәtlәrinin indekslәşdirilmәsi haqqında” Azәrbaycan Respublikası Qanununun müddәalarını düzgün tәtbiq etmәmişdir. Hәmin Qanunun 4-cü maddәsinin tәlәbinә görә, pul gәlirlәrinin aylıq minimum әmәk haqqının 4 mislindәn çox olan hissәsi indekslәşdirilmir. Birinci instansiya mәhkәmәsi bu halı nәzәrә almamış, ödәnilmәli pul mәblәğinә bütövlükdә artım hesablamışdır. Bundan başqa, işin hallarından görünür ki, borclu tәrәf hazırkı tәlәbin әsasını tәşkil edәn icra sәnәdi mübahisәlәndirildiyi üçün mәhkәmәnin icraatında olan e-*-**/**** saylı mülki iş üzrә yekun mәhkәmә qәrarı qanuni qüvvәyә minәnәdәk hazırkı işin icraatının dayandırılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrardadı ilә Lerik Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli qәrardadı lәğv edilәrәk icraatın dayandırılmasının mümkünlüyü mәsәlәsinә yenidәn baxılması üçün iş materialları Lerik Rayon Mәhkәmәsinә qaytarılmışdır. Qanunun tәlәbinә görә, apellyasiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Borclu maraqlı şәxs2 iş üzrә icraatın dayandırılması barәdә vәsatәti mәhkәmәnin icraatındadır. Birinci instansiya mәhkәmәsi MPM-in 399-cu maddәsinin tәlәblәrinә әsasәn, apellyasiya mәhkәmәsinin mәcburi göstәrişlәrinә uyğun olaraq hәmin vәsatәti tәrәflәrin iştirakı ilә müzakirә edib qәrar qәbul etmәk әvәzinә, vәsatәtә baxmadan iş üzrә mahiyyәti üzrә yekun qәrardad çıxarmış, bununla da mәhkәmә prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Göstәrilәnlәr onu demәyә әsas veri ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn işә baxılarkәn maddi vә prosessual hüquq normaları pozulmuş vә düzgün tәtbiq edilmәmişdir ki, bu da MPM-in 385.1.1-ci maddәsinә әsasәn mәhkәmә aktının apellyasiya qaydasında lәğv edilmәsi üçün әsasdır. Belәliklә, Kollegiya belә qәnaәtә gәlir ki, şikayәt tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin qәrardadı lәğv edilmәli vә hazırki qәrardadda şәrh olunmuş hüquqi mövqe nәzәrә alınmaqla işә yenidәn baxılması üçün iş materialları birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikasının MPM-nin 397, 398.0.2-ci maddәlәrini rәhbәr tutaraq, Mәhkәmә Kollegiyası qәrara aldı: Borclu maraqlı şәxs2 şikayәti tәmin edilsin. Lerik Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı qәrardadı lәğv edilsin vә işә yenidәn baxılması üçün iş materialları Lerik Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrardad qәbul edildiyi andan qanuni qüvvәyә minir vә ondan kassasiya şikayәti verilә bilmәz.
Məhkəmə qərarları › İş №8(3-9)-94/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-94/2026
06.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver