Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-103)-108/2026 13.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İcra sənədi üzrə Tələbkar, İcra sənədi üzrə Borclu iştirakları ilə İcra sənədi üzrə Tələbkar tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə Tələbkar aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X1 üçün 193 manat sabit pul məbləğində alimentin gələcək artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.68 mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə tələbkar ərizəni onunla əsaslandırmışdır ki, Borclu ilə aralarında olan nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 4381/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur. Məhkəmənin qəbul etdiyi qətnaməyə əsasən, xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 193 manat alimentin ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən birgə nikahdan olan övladının saxlanması üçün ödənilən aliment məbləği övladına baxması, eyni zamanda onun artan sosial və digər xərcləri üçün kifayət etmir. Hal-hazırda övladını təkbaşına böyüdür. Belə ki, övladı böyüdükcə xərcləri də ona uyğun olaraq artır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4381/2022 nömrəli qətnaməsi ilə sabit pul məbləğində müəyyən edilən alimentin ölkə üzrə müəyyən olunan minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində hesablanmasının övladının həyat şəraitinin yaxşılaşdırılması və mənafeyi baxımından vacib olduğu qənaətindədir. Məhkəmə baxış iclasında iştirak edən icra sənədi üzrə Tələbkar ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən icra sənədi üzrə Borclu ərizəni qəbul edərək, ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə baxış iclasında bilavasitə tədqiq edilməklə elektron məhkəmə icraatı materiallarına əlavə olunan: xx.xx.2022-ci il tarixli, AZ-İV seriyalı, 689116 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 (atası Borclu, anası X5) xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4381/2022 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X3 cavabdeh Borclu qarşı nikahın pozulması, uşağın ananın yanında qalması, aliment və əlavə xərc tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında xx.xx.2020-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 802 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2021-ci il təvəllüdlü X6 anası X3 yanında qalması, Borclu xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi, doğum və müayinə xərclərinin yarısı – 778 manat məbləğində pul vəsaitinin Borclu tutularaq X4 ödənilməsi, Borclu xx.xx.2021-ci il təvəllüdlü X6 3 (üç) yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 50 manat məbləğində pul vəsaitinin tutularaq X4 verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli, AZ-İ seriyalı, 446441 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Borclu və X5 arasında olan nikah pozulmuş, nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 209 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra kişiyə Paşayev, qadına Əhmədova soyadı verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 1098/2023 nömrəli icra vərəqəsindən müəyyən olunur ki, nikah pozulduqdan sonra xx.xx.2021-ci il təvəllüdlü X6 anası X3 yanında qalması, Borclu xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi, Borclu xx.xx.2021-ci il təvəllüdlü X6 3 (üç) yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 50 manat məbləğində pul vəsaitinin tutularaq X4 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyası Maddə 3.Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər Maddə 5.Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27.Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 3051 nömrəli sərəncamı (xx.xx.2022 – xx.xx.2023-cü il tarixləri arasında qüvvədə olmuşdur)
1. Minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilsin. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 110.2. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə aliment məbləğinin indeksasiyasına dair ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafelərinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülür. Beləliklə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual mexanizmdir. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması uşaqların üstün mənafelərinin qorunmasına yönəldilmişdir. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. İş materialları ilə müəyyən olunur ki, tərəflərin birgə nikahından 1 uşaq anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 4381/2022 nömrəli qətnaməsinə əsasən, iddiaçı X3 cavabdeh Borclu qarşı nikahın pozulması, uşağın ananın yanında qalması, aliment və əlavə xərc tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında xx.xx.2020-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 802 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2021-ci il təvəllüdlü X6 anası X3 yanında qalması, Borclu xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi, doğum və müayinə xərclərinin yarısı – 778 manat məbləğində pul vəsaitinin Borclu tutularaq X4 ödənilməsi, Borclu xx.xx.2021-ci il təvəllüdlü X6 3 (üç) yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 50 manat məbləğində pul vəsaitinin tutularaq X4 verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1098/2023 nömrəli icra vərəqəsinə əsasən, nikah pozulduqdan sonra xx.xx.2021-ci il təvəllüdlü X6 anası X3 yanında qalması, Borclu xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi, Borclu xx.xx.2021-ci il təvəllüdlü X6 3 (üç) yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 50 manat məbləğində pul vəsaitinin tutularaq X4 verilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün müvafiq məhkəmə qətnaməsi qət edilən zaman ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin cari il üzrə artımı alimentin miqdarının indeksasiyası üçün yeganə meyar kimi qəbul edilməlidir. Hazırkı şəraitdə ayda 193 manat təyin olunmuş alimentlə uşağın artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. Belə olan halda, uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması, həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaradılmasına nail olmaq üçün aliment məbləği indeksasiya olunmalıdır. Aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt (2022-ci il) tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.643 misli həddində (193:300=0.643) indeksasiya olunması şəklində qeyd olunmalıdır. Mahiyyət etibarı ilə aliment məbləğinin indeksasiyası qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində tutulması qət edilən aliment məbləğinin konkret rəqəmlə ifadə edildiyi hallarda maraqlı şəxsin (xeyrinə aliment tutulması qət edilən) ərizəsi əsasında müvafiq aliment məbləğinin tutulmasına dair məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt qüvvədə olan minimum əmək haqqının cari il üzrə artımına mütənasib şəkildə həmin aliment məbləğinin indeksləşdirilməsindən, yəni xeyrinə aliment tutulan şəxsin uşağın saxlanılması üçün məhkəmə qətnaməsi əsasında tələb etməyə haqqı çatdığı pul vəsaitinin (aliment məbləğinin) inflyasiya proseslərinin mənfi təsirlərindən qorunmasından, pulun alıcılıq qabiliyyətinin stabil vəziyyətdə saxlanılmasından ibarətdir. Bir sözlə, aliment məbləğinin tutulmasına dair bu və ya digər qanuni qüvvəyə minmiş qətnamənin mövcudluğu və həmin qətnamədə tutulması qət edilən aliment məbləğinin konkret rəqəmlə ifadə edilmiş olması həmin alimentin icra icraatı qaydasında təqdim edilən ərizə(lər) əsasında indeksləşdirilməsini şərtləndirir. Həmçinin, bu qaydada indeksasiyanın həyata keçirilməsi qanunvericilik səviyyəsində hər hansı əlavə şərtdən asılı edilmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4381/2022 nömrəli qətnaməsi əsasında tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.643 misli həddində (193:300=0.643) sabit pul məbləğində indeksasiya edilməklə Borclu tutularaq Tələbkar ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232,263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Ərizə təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4381/2022 nömrəli qətnaməsi əsasında tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.643 misli həddində (193:300=0.643) sabit pul məbləğində indeksasiya edilməklə Borclu tutularaq Tələbkar ödənilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.