Məhkəmə qərarları › İş №8(5-103)-116/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(5-103)-116/2026

04.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-103)-116/2026 04.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Məmməd Əhməd oğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-5100/2025 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-5100/2025 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla Məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-5100/2025 nömrəli icra sənədinə əsasən Borclu hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Həmin icra sənədi xx.xx.2025-ci il tarixində Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icraatına daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borcluya göndərilmiş və icra sənədi üzrə tələbin könüllü icrası tələb olunmuşdur. Lakin bu müddət ərzində borclu tərəfindən tələb könüllü icra edilmədiyindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxtadək icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş icra sənədi üzrə tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Belə olan halda, məhkəmə təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimat və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimatdan və ona əlavə edilmiş sənədlərdən Borclu icra sənədi üzrə nə qədər borcunun olmasını müəyyən etmək mümkün olmur. Məhkəmə qeyd edir ki, borcun məbləği borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Bu halı müəyyən etmədən şəxsin sərbəst hərəkət etmək hüququnun məhdudlaşdırılması yolverilməzdir. Həmçinin, təqdimat və ona əlavə edilmiş sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyi, icra sənədi üzrə tələbin üzrlü olmayan hansı səbəblərdən icra edilməməsi, icra sənədi üzrə borclunun əmlakının axtarılması ilə bağlı görülmüş tədbirlər və bu tədbirlərin nəticə verməməsi təqdimatda əks olunmamış və bunu təsdiq edən sənədlər təqdimata əlavə edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Şəbnəm Qasımova tərəfindən verilmiş Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat əsaslı olmadığına görə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-5100/2025 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar