Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-103)-46/2026 09.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X11 qızının katibliyi Borclu iştirakı ilə, Ərizəçi (tələbkar) Tələbkar alimentin indeksasiyası barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (tələbkar) Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon Məhkəməsinin 2(010)-3942/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qətanməsinin icrası zamanı tutulmalı aliment məbləğinin müvafiq indeksasiyasını həyata keçirilməsi və Suraxanı rayon Məhkəməsinin 2(010)-3942/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qətanməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 235 manat alimentin məbləği sonrakı artımlarda nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğinə uyğunlaşdırmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı saylı, 02 oktyabr 2024-cü il tarixli qətanməsi ilə Cavabdeh Borclu Cavanşır oğlundan 15 oktyabr 2020-ci il təvəllüdlü X2 və 14 fevral 2023-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İlk zamanlar tutulan aliment məbləği ilə uşaqlarını çətinliklə də olsa saxlaya bilirdi, indi isə uşaqlar böyüdükcə həmin miqdarda olan pul vəsaiti ilə onları saxlamaq və artan təlabatlarını ödəmək çox çətindir. Cavabdehin isə imkanı çatır ki, alimenti artıq miqdarda ödəsin. Tələbkar məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclasında iştirak edən Borclu bildirmişdir ki, işsizdir. Qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iş materiallarına nəzər salaraq, hesab edir ki, alimentin indeksasiyası barədə ərizə təmin edilməlidir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3942/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X8 ilə Borclu arasında xx.xx.2020-ci il tarixdə 4 saylı Bakı "Asan xidmət" mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X7 anası X4 yanında qalması, Borclu xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq X5 verilməsi və s. qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 5 yanvar 2023-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, tələb “alimentin artırılması” formasında deyil, “tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası” formasında olmalıdır. Həmin tələb iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alimetin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2024-cü ildə qüvvəyə minmişdir. Həmin qətnamə ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin il AR Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 345 manat idi. Belə ki, mislini hesabladıqda – təyin olunmuş alimentin məbləği (235 manat) minimum əmək haqqına (345 manat) bölünməlidir (235/345=0.68). Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3942/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Belə ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3942/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment X4 xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3942/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment X4 xeyrinə tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №8(5-103)-46/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(5-103)-46/2026
09.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver