Məhkəmə qərarları › İş №8(5-103)-58/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(5-103)-58/2026

10.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-103)-58/2026 10.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5023/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-5023/2025 saylı, xx.xx.2025-ci tarixli qətnamənin hər ay 150- 200 manat olmaqla hissə-hissə icra olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 ərizəni belə əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-5023/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən ondan 4199.91 manat məbləğində vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə qərarı qanuni qüvvəyə minəndən sonra icra vərəqəsi ilə icraya yönəldilmiş və qətnamə icra olunması üçün Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. Hal-hazırda qərarın icrası ilə bağlı icra işi Suraxanı rayon icra şöbəsindədir. Bundan sonra o, borcu könüllü icra etməsinə dair xəbərdarlıq edilsə də, həmin borcu bir dəfəyə ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Hal-hazırda heç bir yerdə işləmir, himayəcində 2 övladı var, həyat yoldaşı (əri) vəfat etmişdir. Ailəsi maddi cəhətdən ağır vəziyyətdədir. Çox çətinliklə dolanır. Anası onunla yaşayır onun pensiyası hesabına dolanırlar. O, borcunu ödəməkdən yayınmır, hər ay 170 manat anasının sayəsində ödəyə bilər. Borcluya və Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və işə iştirakları olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə ərizəyə borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə vurğulayır ki, borclu məhkəməyə onun borcunun hissə-hissə ödənilməsinə dair ərizə təqdim etməklə kifayətlənmiş, həmin borc məbləğinin birdəfəlik deyil, məhz onun bildirdiyi kimi icrasına möhlət verilərək, hissə-hissə ödənilməsinə əsas verən hallar barədə heç bir tutarlı dəlil məhkəməyə təqdim etməmişdir. Hazırda borclunun borcunun icrasına möhlət verilərək, hissə-hissə ödənilməsinə əsas verən hallar məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Odur ki, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-5023/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5023/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar