Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-109/2026 21.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2097/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu MTK-nın mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2097/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu MTK 70000 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə müvafiq manatla) və 409 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İsmayıl İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, Borclu MTK-nın mülkiyyətində olan Göygöl şəhəri, R.Nəsibov məhəlləsi ünvanında 0.20 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2097/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu MTK 70000 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə müvafiq manatla) və 409 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu MTK-nın icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından və Dşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2026-cı il tarixli məktubundan müəyyən olunmuşdur ki, Borclu MTK-nın mülkiyyətində Göygöl şəhəri R.Nəsibov məhəlləsi ünvanında 0.20 ha torpaq sahəsi mövcuddur. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirdi ki, dəfələrlə MMC ilə danışıqlar aparsa da, aralarında heç bir razılıq olmamışdır. Ona verilən suallara cavab olaraq bildirdi ki, bugünə kimi heç bir ödəniş olunmamışdır. 2024-cü ilin icra sənədidir. Ödənilməli olan məbləğ 70000 ABŞ dollarıdır. Bildiyi qədəri ilə tələbkar hazırda fəaliyyət göstərir. Göstərilənlərə əsasən məhkəmədən təqdimatın təmin olunmasını xahiş etdi. İcra sənədi üzrə borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və borclu və icra məmuru gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borclunun və icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın izahatını dinləyib, icra işini araşdırıb, icraat üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, ödənilməli olan borcu nəzərə alaraq qeyd edir ki, təqdimat təmin edilməli, Borclu MTK-nın mülkiyyətində olan Göygöl şəhəri, R.Nəsibov məhəlləsi ünvanında 0.20 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2097/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu MTK 70000 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə müvafiq manatla) və 409 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin 23 aprel 2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2097/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş “tələbin könüllü icrası haqqında” 23 aprel 2025-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2097/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin Borclu MTK tərəfindən könüllü icra edilməsi xahiş edilmişdir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin borclunun bank hesablarına həbsin qoyulması haqqında xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2097/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu MTK-nın "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də, "xxxx" ASC-də və "xxxx" ASC-də olan bütün bank hesablarına 70000 ABŞ dolları (rəsmi məzənnəyə müvafiq manatla) və 409 manat həcmində həbs qoyulması və bank hesablaşma hesablarında olan pul vəsaitləri barədə şöbəyə məlumat verilməsi qərara alınmışdır. Təqdimata əlavə edilmiş "xxxx" ASC-nin Bakı şəhəri Yasamal rayon icra şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən Borclu MTK-nın adına bankda xx.xx.2025-ci il tarixə aktiv bank hesabı mövcud olmadığından tərəflərindən qərarın icrası mümkün olmamışdır. Təqdimata əlavə edilmiş "xxxx" ASC-nin Bakı şəhəri Yasamal rayon icra şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən Borclu MTK-nın bank hesabı üzərinə 70000 ABŞ dolları və 409 manat məbləğində həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş "xxxx" ASC-nin Bakı şəhəri Yasamal rayon icra şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən Borclu MTK-nın bankda hesablaşma hesabları bağlanmışdır. Təqdimata əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin Bakı şəhəri Yasamal rayon icra şöbəsinə ünvanladığı xx.xx.2026cı il tarixli əmlakın üzərinə həbsin qoyulması barədə məktubuna əsasən Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru X1 xx.xx.2025-ci il tarixi qərarının icra olunması barədə 3 saylı Gəncə Ərazi İdarəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli, e113988/2025-53-18 saylı müraciəti əsasında "xxxx" MTK-nın mülkiyyətində olan, Göygöl şəhəri, R.Nəsibov məhəlləsi ünvanında yerləşən, 0.20 ha torpaq sahəsi üzərində həbs qoyulmuşdur və Yasamal rayon İcra Şöbəsinə ünvanlanmış cavab məktubunda bu barədə məlumat verilmişdir. Əlavə olaraq bildiririk ki, "xxxx" MTK-nın keçmiş mülkiyyətində olan, Yeni qaydalarla: AZ 2501, ünvan 5 ünvanında yerləşən əmlakın digər fiziki şəxsə satıldığı müəyyən edilmişdir. Bu səbəbdən məktubda göstərilən ünvan 5 ünvanında yerləşən mənzil üzərinə həbs qoyulması tərəflərindən mümkün olmamışdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya məhkəmə əmrinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirə salınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmə borc ilə bağlı digər icra tədbirlərinin nəticə vermədiyini və görülən icra tədbirinin icra sənədinə mütənasibliyini nəzərə alaraq qeyd edir ki, təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2097/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün Borclu MTK-nın mülkiyyətində olan Göygöl şəhəri, R.Nəsibov məhəlləsi ünvanında yerləşən 0.20 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(5-104)-109/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-109/2026
21.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver