Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-148/2026 02.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Tələbkar, Borclu X6 iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2546/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Tələbkar “aliment məbləğinin indeksasiyası”na dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2546/2024 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X2 üçün hər ay, hər uşağa görə 235 manat olmaqla, iki uşaq üçün 470 manat sabit pul məbləğində aliment məbləğinin 2026-cı il tarixinə uyğun olaraq yenidən indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2546/2024 saylı qətnaməsi ilə Borclu ilə aralarında bağlanmış nikaha xitam verilməklə onların birgə nikahlarından anadan olmuş övladları xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X2 üçün hər ay, hər uşağa görə 235 manat olmaqla, iki uşaq üçün 470 manat sabit pul məbləğində alimentin Borclu alınaraq ona verilməsi qət edilmişdir. Qətnamənin icrası borclunun faktiki yaşadığı yer üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmuşdur. Hazırki vaxtda məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment uşaqların saxlanması üçün kifayət etmir. Onlar böyüdükcə maddi ehtiyaclarda gün-gündən artmaqdadır. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizənin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, borclu taksi fəaliyyəti ilə məşğul olur, klublarda işləyir. Uşaq autizimdir, həmçinin loqaped və psixoloq dəstəyi alır. Ona ekspertiza ilə bağlı məlumat verilməmişdir. Uşaq neyro-cərrahın icazəsi ilə karate ilə məşğul olur, xarici dil öyrənir. Qızına baxması üçün atası və qardaşı kömək edir. Məhkəmə iclasında iştirak edən borclu X9 ərizəyə etiraz edərək izahatında bildirmişdir ki, kəllə-beyin travmasına görə heç yerdə işləmir. Qarşı tərəfin qardaşları ona kəllə-beyin travması yaşatmışdırlar. Özü məhkəməyə gedə bilməmiş, vəkili gəlmişdir. Sonra Apellyasiya şikayəti vermişdir. Orada ekspertiza təyin edilmiş, lakin uşağı gətirməmişdirlər. Həmçinin, xəstəliklə bağlı sənəd verməlidirlər. Uşaq xəstə olsa, rəqsə, karateyə getməzdi. Atasının köməyi ilə alimenti ödəyir. 1 il 3 aydır övladını görmür. Hakim 1 dəfə dedikdən sonra 2-3 saatlıq uşağını görmüşdür. İndeksasiyaya etiraz edir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2546/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Borclu ilə Tələbkar arasında xx.xx.2015-ci il tarixdə Qobustan r/n İHB-nın Cəmcəmli kənd ərazi nümayəndəliyində 04 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəlüdlü X7 anası Tələbkar himayəsində saxlanılması, yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəlüdlü X1 üçün cavabdeh Borclu hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi,xx.xx.2018-ci il təvəllüdlü X8 xəstəliyi ilə əlaqədar əlavə xərclərdə iştirak məqsədilə hər ay 140 (yüz qırx) manat məbləğində pul vəsaiti cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması, qətnamənin alimentin tutulmasına münasibətdə dərhal icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(004)-379/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2(004)-2546/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2(004)-2546/2024 nömrəli qətnaməsi əlavə xərcin məbləği ilə bağlı hissədə dəyişdirilməsi, 09 mart 2018-ci il təvəllüdlü X6 xəstəliyi ilə əlaqədar əlavə xərclərdə iştirak məqsədilə hər ay 70 manat məbləğində pul vəsaiti cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi, Qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 549507 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Borclu ilə Tələbkar nikahları Yasamal Rayon Məhkəməsinin 2(004)-2546/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2025-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 476 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Şirinova soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarının: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2023-cü il tarixli Sərəncamının 1-ci bəndinə əsasən, Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci hissəsinə əsasən Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2546/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəlüdlü X1 üçün cavabdeh Borclu hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin tutulması müəyyən edilmişdir. Hazırda tələbkar Tapdıqova (Şirinova) Asya Uğur qızı alimentin indeksasiyasının həyata keçirilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ailə Məcəlləsinin tələbi və Ali Məhkəmənin mövqeyi nəzərə alınmaqla alimetin indeksasiyası ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməlidir. Hazırkı işin hallarından görünür ki, 2024-cü il ölkə üzrə minimum əmək haqqının məbləği 345 manat müəyyən edilmişdir. 235 manat sabit pul məbləğində aliment 2024-cü il üçün minimum əmək haqqının 0,68 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2546/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəlüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə cavabdeh X5 tutularaq iddiaçı Tələbkar ödənilməli olan alimentin məbləği 22 yanvar 2026-cı il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2546/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəlüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə cavabdeh X5 tutularaq iddiaçı Tələbkar ödənilməli olan alimentin məbləği 22 yanvar 2026-cı il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(5-104)-148/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-148/2026
02.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver