Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-17/2026 19.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, X1nun Yasamal rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X9 Xidməti” X8 Gəncə şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 334- K saylı əmrinin ləğv edilməsi, iddiaçı X3 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X9 Xidməti” X8 Gəncə şəhər Sukanal İdarəsinin ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər ödənilməmiş əmək haqqının cavabdeh “İri şəhərlərin X9 Xidməti” X7 tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Qətnamənin icrası üçün müvafiq icra sənədi Yasamal rayon İcra şöbəsinə göndərlmişdir. Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 "İcra sənədinin icraatına xitam verilməsi” haqqında qərarı ilə icra sənədi üzrə icraata xitam vermişdir. Qeyd edilən qərarı qanuni və əsaslı hesab etmir. Belə ki, icra məmuru birbaşa olaraq cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X9 Xidməti” X7 cavab almamışlar. Gəncə şəhər Sukanal İdarəsi isə vəzifəsinə laqeyd yanaşaraq onun əmək haqqını düzgün hesablamayıb, məcburi iş buraxdığı ayların əmək haqqısı 621 manat olub, amma Gəncə şəhər Sukanal İdarəsi ona əvvəlki ilin əmək haqqısını hesablayaraq 1000 manata qədər pulu az verib. Ona görə də qərarın ləğv edilməsini xahiş edir. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Yasamal rayon İcra şöbəsi və işdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş), səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını, şikayətin dəlillərini, şikayətə əlavə olunmuş sənədləri, habelə icra işinin materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, şikayət əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 734/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X9 Xidməti” X8 Gəncə şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 334-K saylı əmri ləğv edilməli, iddiaçı X6 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X9 Xidməti” X8 Gəncə şəhər Sukanal İdarəsinin ödənişin təşkili qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə bərpa edilməli, məcburi iş buraxmaya görə xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) cavabdeh “İri şəhərlərin X9 Xidməti” X7 tutularaq iddiaçı X4 ödənilməlidir. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X9 Xidməti” X8 Gəncə şəhər Sukanal İdarəsinin Yasamal rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-734/2025 nömrəli qətnaməsinə əsasən X6 xx.xx.2025-ci il tarixdə işə bərpa olunmuş, ona məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı ödənilmişdir. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin icra məmuru Samirə Mahmudovanın xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-734/2025 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən bu Qanunun 20.1-ci maddəsi ilə müəyyən edilən hallar aşkar edildiyi gündən 3 iş günü müddətində həmin hallara istinad edilməklə əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən 1 iş günü müddətində yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə həmin qərardan bu Qanunun 20.5-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti keçdikdən sonra icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 40.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, icra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017ci il tarixli Qərarına əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, icra sənədi üzrə əmək haqqının (əlavələr və mükafatlar daxil olmaqla) düzgün hesablanıbhesablanmadığı dəqiq araşdırılmadan, o cümlədən bu barədə tərəflər arasında mübahisə olduğu halda mütəxəssis cəlb olunmadan, həmçinin əmək haqqının tam ödənilməsi barədə cavabdeh hüquqi şəxsin deyil, onun regional idarəsinin məktubu əsas götürülməklə icra sənədi üzrə icraata xitam verilməsi qanuni və əsaslı olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, tələbkarın şikayəti təmin edilərək, xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-734/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icra hərəkətləri qanunamüvafiq qaydada davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 268-269-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Yasamal rayon İcra şöbəsinin icra məmuru Samirə Mahmudovanın xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ləğv edilsin və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-734/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN : F. HÜSEYNOV
Məhkəmə qərarları › İş №8(5-104)-17/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-17/2026
19.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver