Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-185/2026 05.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-495/2025 saylı qərardadına əsasən, Borclu məxsus “Hyundai Sonata” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-495/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “HYUNDAİ SONATA" markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-2161/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 18097,63 (on səkkiz min doxsan yeddi manat altmış üç qəpik) manat borc və ödənilmiş 147 (yüz qırx yeddi) manat dövlət rüsumu tutularaq tələbkar “Bank of Baku" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsində başlanılmış icraat zamanı tələbin borcluya məxsus əmlak hesabına ödənilməsinin təmin edilməsi məqsədilə Borclu adına qeydiyyatdan keçən “HYUNDAİ SONATA" markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması üçün təqdimatla məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-495/2025 nömrəli, xx.xx.2025- ci il tarixli qərardadı ilə sözügedən avtomobilin üzərinə həbs qoyulmuşdur. Daha sonra tələbkar "xxxx" ASC xx.xx.2026-cı il tarixli ərizə ilə şöbəyə müraciət edərək icra sənədini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2 3.1.1-ci maddəsinə əsasən məhkəməyə qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Tələbkar ASC-nin Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2026-cı il tarixli məktubunun surətindən görünür ki, Yasamal rayon Məhkəməsinin 2(004)-2161/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə qaytarılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2026-cı il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-2161/2025-018 saylı icra sənədinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun avtomobili üzərinə məhkəmənin qərarı ilə qoyulmuş həbsin saxlanılması üçün heç bir zərurət olmadığından, ərizə təmin olunmalı, icra sənədi üzrə Borclu məxsus “Hyundai Sonata” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Тəqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-495/2025 saylı qərardadı ilə Borclu mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(5-104)-185/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-185/2026
05.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver