Məhkəmə qərarları › İş №8(5-104)-20/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-20/2026

04.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-20/2026 04.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Tələbkarın nümayəndəsi və vəkili Nümayəndə, Borclunun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5640/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Tələbkar “uşaqla ünsiyyətə dair məhkəmə qərarının icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə “uşaqla ünsiyyətə dair məhkəmə qərarının icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında” ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5640/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının uşaqla ünsiyyətə dair icra üsulunun və qaydasının dəyişdirilərək, xx.xx.2020-ci il təvəllüdlü X7 ilə atası Tələbkar ünsiyyətini təmin etmək üçün Borclu iştirakı olmadan hər həftənin çərşənbə axşamı və şənbə günləri saat 10:00-dan başlayaraq növbəti gün 10:00a kimi atanın yanında qalmaqla 24 saat ərzində, habelə rəsmi tətil və bayram günlərinin ilk yarısını atanın yanında qalmaqla, ünvan 1 ünvanından götürərək, həmin ünvanda təhvil verilməsi formasında ünsiyyətdə olma hüququnun həyata keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5640/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icra olunması üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra məmuru “icraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlamış və Borclu icranı könüllü icra etməsini təklif etməklə, həmin gün tərəflərə telefon vasitəsi ilə də məlumat vermişdir. Qərarın surəti və “tələbin könüllü icrası haqqında” bildiriş Borclu qeydiyyatda olduğu ünvan 2 ünvanında göndərilmişdir. Lakin borclu icra məmurunun qərar qəbul etdiyi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonunda olan yaşayış ünvanından qeydiyyatdan çıxıb, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73Z ünvanına qeydiyyata düşmüşdür. Borclunun qeydiyyata alındığı ünvanda başqa şəxslər olmamış, o, azyaşlı uşaqla birlikə həmin ünvana köçmüşdür. Bu barədə Borclu Yasamal Rayon İcra Şöbəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə məlumat verməklə yanaşı, icra sənədinin yeni yaşayış yeri üzrə Xəzər Rayon İcra şöbəsinə göndərilməsini xahiş etmişdir. Bundan sonra Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Ali Məhkəmənin icra sənədi Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Daha sonra icra işində olan sənədlərdən görünür ki, Xəzər rayon icra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə Ali Məhkəmənin icra sənədi Xətai Rayon icra şöbəsinə göndərilmişdir. Qərardan aydın olur ki, borclu Səbinə Borclu ünvan 6 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-155/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı “uşaqla ünsiyyətdə olmaq” tələbi barədə ilkin iddiasına dair iş üzrə icraata xitam verilmiş və iddiaçıya məhkəmə qərarlarının icrası qaydasında icra icraatı qaydasında qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizə vermək hüququ izah edilmişdir. Bildirir ki, icra sənədi üzrə Borclu qərarın icrasına problemlər yaradaraq, tələbkardan azyaşlı övladı ilə öz valideynlərinin evində görüşməsini tələb edir. O, son iki həftədə övladı ilə cavabdehin valideynlərinin yaşadıqları binanın həyətində görüşmüşdür. Çünki, cavabdehin özü və valideynləri ilə münasibətləri normal olmamaqla, gərgindir və xoşagəlməz hadisələrlə nəticələnə bilər. Artıq küləkli havada azyaşlı övladı ilə görüşməsi uşağının sağlamlığına zərər vura bilər. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tələbkar övladı ilə görüşə bilmir. Qarşı tərəf aliment tələb etməyib. Qətnamə artıq 5 ildir ki, icra olunmur. Tələbkar övladı ilə cəzalandırılır. Uşağın artıq 6 yaşı vardır. Ərizənin geri qaytarılmasına isə etiraz edir. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi və vəkili Vəkil ərizəni qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, uşaqla görüşə məhdudiyyət qoyulmayıb və borclu dayə ilə uşağı görüş üçün göndərir. Lakin, iddiaçı dayə ilə uşağın evdən çıxmasına icazə vermir. Həmçinin, iddiaçı Türkiyə Respublikasında yaşayır və məhkəmənin müəyyən etdiyi 5 saat görüş müddətində uşağı tələb etmir. Uşağın ad günündən 1 gün əvvəl Azərbaycana gəlir. Lakin, toy məclisinə gedir və uşağın ad günündə iştirak etmir. İddiaçı uşağa görə müəyyən edilən alimenti ödəmir. Məhkəmədən sonra isə uşaqla ilk görüşü cavabdeh könüllü təşkil edib. Qeyri-iş günü icra məmuru zəng edir ki, uşağı görüşə gətir. Lakin, həmin vaxt iddiaçı Azərbaycanda olmayıb. Dayə ilə bağlı məsələdə polisə müraciət edilib. Həmçinin qeyd etmişdir ki, ilkin iddia Yasamal Rayon Məhkəməsində edildiyinə görə hesab edir ki, burada baxıla bilər, lakin tələbkarın ərizəsinin geri qaytarılmasını məhkəmənin mülahizəsinə buraxır. İcra işi üzrə icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı Tələbkar cavabdeh X5 qarşı “nikahın pozulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6458/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, iddiaçı Tələbkar ilə cavabdeh X8 arasında xx.xx.2019-cu il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 122 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X7 cavabdeh X2 yanında saxlanması qət edilmişdir. İddiaçı Tələbkar cavabdeh X5 qarşı “uşaqla ünsiyyətdə olma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-198/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, iddiaçı Tələbkar övladı xx.xx.2020-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 15:00-dan saat 18:00-dək ananın iştirakı ilə ünsiyyətdə olmaq hüququ verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilmənəsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3451/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-198/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən - ünsiyyətin “ananın iştirakı ilə” verilməsi hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5640/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı iddiaçı Tələbkar kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli, 2(103)-3451/2022 saylı qətnaməsinə - ünsiyyət vaxtının müəyyən edilməsi hissəsində dəyişiklik edilməsi, iddiaçı Tələbkar 10 iyul 2020-ci il tarixdə doğulmuş övladı X7 ilə hər həftənin çərşənbə və bazar günləri saat 14:00 dan, saat 19:00 dək; uşağın ad günündə isə (hər il iyul ayının 10-da) saat 10:00-dan, saat 13:00-dək ünsiyyət hüququnun (vaxtı) verilməsi, qalan mübahisələndirilən hissədə qətnamənin tərəflərin kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-155/2025 saylı qətnaməsi ilə iddiaçılar X9 və X1 cavabdeh Borclu qarşı “uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi” barədə iddialarının qismən təmin edilməsi, iddiaçılar X9 və X1 nəvələri xx.xx.2020-ci il təvəllüdlü X7 ilə ünsiyyət hüququnun müəyyən edilməsi və ünsiyyət qaydasının Borclu iştirakı ilə hər həftənin bazar günü saat 11:00-dan 15:00-dək təyin edilməsi, iddiaçı Borclu cavabdeh Tələbkar qarşı “valideynlik hüququndan məhrumetmə” tələbi qarşılıqlı iddiasının təmin edilməsi, Tələbkar xx.xx.2020-ci il təvəllüdlü X3 üzərində olan valideynlik hüquqlarından məhrum edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2969/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçılar İ.S.Məhərrəmov və Z.İ.Məhərrəmova tərəfindən birgə, qarşılıqlı iddia üzrə cavabdeh Tələbkar tərəfindən isə ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin olunmaması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-155/2025 saylı qətnaməsinin mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2875/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdeh Tələbkar kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2969/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin qismən – qarşılıqlı iddianın təmin edilməsi, yəni Tələbkar xx.xx.2020-ci il təvəllüdlü X3 üzərində valideynlik hüquqlarından məhrum edilməsi hissəsində ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlara əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-308/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Tələbkar Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun qərarından verdiyi şikayətin təmin olunması, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5640/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Xərai rayon İcra şöbəsinin icra məmuru X4 xx.xx.2025-ci il tarixli “icraatın dayandırılması haqqında” qərarının ləğv edilməsi və müvafiq icra hərəkətlərinin davam etdirilməsinın Bakı şəhəri Xətai rayon icra şöbəsinə tapşırılması qərara alınmışdır. Sözügedən qərardaddan icra sənədi üzrə Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət verilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-308/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmənin 2(004)-308/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadının ləğv edilməsi, Tələbkar şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmçinin elektron məhkəmə informasiya sistemindən müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1120/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Tələbkar “uşaqla ünsiyyətə dair məhkəmə qərarının icra üsulunun və qaydasının dəyişdirilməsi barədə” ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, ərizəçiyə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikici dəfə aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Bakı şəhəri Xətai rayon İcra şöbəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2026-cı il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5640/2022 saylı, xx.xx.2022-ci il tarixli icra işinin materiallarını məhkəməyə göndərmişdir. Həmin icra işində olan: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5640/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması və borcluya tələbin könüllü təmin edilməsinin təklif olunması qərara alınmışdır. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarından görünür ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsi nin 2(102)-5640/2022-002 nömrəli, xx.xx.2022-ci il tarixli sənədi icra olunması üçün Xətai rayonu İcra Şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarın məzmunundan görünür ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5640/2022 nömrəli iş üzrə 22 noyabr 2022-ci il tarixli qərarı ilə Tələbkar kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 may 2022-ci il tarixli, 2(103)-3451/2022 saylı qətnaməsinə-Ünsiyyət vaxtının müəyyən edilməsi hissəsində dəyişiklik edilmiş, Tələbkar 10 iyul 2020-ci il tarixdə doğulmuş övladı X7 ilə hər həftənin çərşənbə və bazar günləri saat 14:00 dan, saat 19:00 dək; uşağın ad günündə isə (hər il iyul ayının 10-da) saat 10:00-dan, saat 13:00-dək ünsiyyət hüququ (vaxtı) verilmiş, qalan mübahisələndirilən hissədə qətnamə tərəflərin kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5640/2022-002 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu hal-hazırda Bakı şəhəri, Xətai rayonu, 239 ünvanında fəaliyyət göstərmir. Elektron İcra Sistemindən əldə olunmuş məlumata əsasən Borclu ünvan 9 ünvanında qeydiyyatdadır.” Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “icraatın dayandırılması haqqında” qərarına əsasən, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 5640/2022-002 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat dayandırılması qərara alınmışdır. Həmin qərarın məzmunundan görünür ki, “İcra sənədi üzrə Borclu tərəfindən tələbə dair iddia qaydasında mübahisə qaldırmışdır. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə ("İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla)" dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmalıdır.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti və ya məhkəmə aidiyyati üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarının: 2.2-ci bəndinə əsasən, “3.1. Məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. 3.2. Bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” İşin faktiki hallarından müəyyən olunur ki, ilkin olaraq ünsiyyət hüququ Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə uşaqla ünsiyyət qaydası müəyyən edilmiş, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5640/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, daha sonra icra sənədi aiddiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmiş və Bakı şəhəri Xəzər rayon İcra şöbəsin xx.xx.2024-cü il tarixli “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarına əsasən, Azərbaycan Respublikasının Ali Məhkəməsi nin 2(102)- 5640/2022-002 nömrəli, xx.xx.2022-ci il tarixli sənədi icra olunması üçün Xətai rayonu İcra Şöbəsinə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi hazırda icra sənədi Xətai rayonu İcra Şöbəsinin icraatındadır və icra hərəkətləri orada davam etdirilir. Belə olan halda uşaqla ünsiyyətə dair məhkəmə qərarının icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizə ilə ərazi aiddiyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməli idi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Tələbkar “uşaqla ünsiyyətə dair məhkəmə qərarının icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında” ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, tələbkara ərazi aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar “uşaqla ünsiyyətə dair məhkəmə qərarının icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında” ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Tələbkar ərazi aidiyyati üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi verildiyi gündən on gün (10) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar