Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-25/2026 23.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi Almasova Aytən Asəf qızının katibliyi ilə, X1 “icra məmurunun hərəkətsizliyindən” şikayət ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra X8in hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon məhkəməsi 2(012)- 4278/2019 saylı, xx.xx.2019-cu il tarixli (hakim:C.Səfiyeva) qətnamə ilə onun cavabdehlər: "xxxx"MMC-nə,Borclu2 və Borclu3 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsii qismən təmin edərək: ”Avro-Qrand” MMC, Borclu2 və X3 müştərək qaydada 69.920 manat məbləğində pulun tutulub ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və xx.xx.2019-cu ildə İcra vərəqəsi verilərək icra edilməsi üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. -İcra işi Qaradağ İcra Şöbəsinə göndərilmiş Qaradağ rayon məhkəməsi 8(002)-246/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə Abşeron rayon məhkəməsinin 2(012)-4278/2019saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu3 mülkiyyətində olan “Hyundai Grandeur” minik markalı, **-EU-***dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. -Qaradağ rayon məhkəməsinin 8(002)-466/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu3 ölkədən getmək hüququ müvvəqqəti olaraq məhdudlaşdırılmışdır. xx.xx.2021-ci il tarixdə Yasamal rayon İcra Şöbəsinin İcra X8 icraata başlamaq haqqında qərar qəbul etmişdir. - İcra məmuru 2022-ci ilin dekabır ayının 03-də Yasamal rayon məhkəməsinə təqdimat verərək Borclu3 Azərbaycan Respublikası İXM-in 528.1.-ci maddəsinə əsasən cəzalandırılmasını xahiş etmişdir. -Yasamal rayon məhkəməsi (hakim:R.Cavadzadə) xx.xx.2022-ci il tarixdə Borclu3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 500 manat miqdarında inzibati qaydada cərimə etmişdir. Bununla da Yasamal rayonn İcra Şöbəsinin İcra X8 İcra işi üzrə heç bir hərəkət etməmiş, İcra İşi bu günədək tam hərəkətsiz saxlanılır, heç bir təsirli tədbirlər görülmür. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, şikayəti, icra işini nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi təmin edilməməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4278/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlər "xxxx"MMC, Borclu2 və Borclu3 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, ”Avro-Qrand” MMC, Borclu2 və X3 müştərək qaydada 69.920 manat məbləğində pulun tutulub X5 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almaqla icraya yönəldilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Bağırovun xx.xx.2020-ci il tarixli İcraata başlamaq haqqında Qərarına əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-4278/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən Borclu3 Abşeron Rayon Məhkəməsinin 2(012)-4278/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi barədə xəbərdarlıq edilmişdir. Bildiriş borclunun qeydiyyat ünvanına göndərilmişdir. İş materiallarında olan Qaradağ rayon məhkəməsinin 8(002)-466/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu3 ölkədən getmək hüququ müvvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarında olan Qaradağ rayon məhkəməsi 8(002)-246/2021 nömrəli xx.xx.2021ci il tarixli qərardadı ilə Abşeron rayon məhkəməsinin 2(012)-4278/2019saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu3 mülkiyyətində olan “Hyundai Grandeur” minik markalı, **- EU-***dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Yasamal rayon məhkəməsi (hakim:R.Cavadzadə) xx.xx.2022-ci il tarixdə Borclu3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 500 manat miqdarında inzibati qaydada cərimə etmişdir. Göründüyü kimi, icra məmuru tərəfindən icra sənədinin icrasının təmin etmək məqsədilə zəruri icra tədbirləri həyata keçirilmişdir. Belə ki, borclunun mülkiyyətində olan əmlakın üzərinə həbsin qoyulmuş, ölkədən getmək hüququ müvvəqqəti olaraq məhdudlaşdırılmış, borclu barəsində inzibati qaydada protokol tərtib edilməklə, baxılması üçün məhkəməyə göndərilmiş, Məhkəmə tərəfindən Borclu3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 500 manat miqdarında inzibati qaydada cərimə etmişdir. Yasamal Rayon İcra Şöbəsi tərəfindən borcluya AR Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmiş, icra sənədinin icrasından yayınması ilə bağlı xx.xx.2024-cü il tarixdə izahatı da alınmışdır. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, görülən tədbirlərin tarixinə nəzər yetirməklə müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra X8 yuxarıda sadalanan icra tədbirlərini X2 onun hərəkətsizliyi barəsində məhkəməyə şikayət verməzdən əvvəl etmişdir. Odur ki, Abşeron rayon məhkəməsi 2(012)-4278/2019 saylı,xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra X8 tərəfindən icra tədbirləri həyata keçirilmiş və həyata keçirilməkdə də davam etməkdədir. Ona görə də, şikayət əsassız olduğu üçün rədd edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsinə əsasən Məcburi icra tədbirləri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsindən ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 44-cü maddəsinə əsasən Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin qanunun 44.2-ci maddəsinə əsasən Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin qanunun 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron rayon məhkəməsi 2(012)-4278/2019 saylı,xx.xx.2019-cu il tarixli qətnaməsinin icra edilməməsinin qanunsuz hesab edilməsi barədə X2nın şikayət ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 “icra məmurunun hərəkətsizliyindən” şikayət təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(5-104)-25/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-25/2026
23.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver