Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-250/2026 19.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Tələbkar nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-96/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyev təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə borclu xx.xx.1993-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin hüquqi rəhbəri Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədinə əsasən borclu “FƏDƏK" MMC və icra məmuru tərəfindən təqdim edilmiş aşağıdakı siyahı üzrə əmlaklar "FƏDƏK” MMC-dən Tələbkar xeyrinə tutulmalıdır. İcraat dövründə icra sənədində qeyd olunan əmlakların qaytarılması mümkün olmadığından "X4"-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən həmin əmlakların dəyəri 117877 manat müəyyən olunmaqla "Fədək” MMC-dən tutularaq Tələbkar ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixində Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraat zamanı iş üzrə borclu "xxxx" MMC-nin hüquqi rəhbəri Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində əldə edilmiş şifahi məlumata əsasən "FƏDƏK” MMC-nin hüquqi rəhbəri Borclu ölkə hüdudlarından kənara çıxmağa hazırlaşır. Belə olan halda məhkəmə qərarlarıəsasında verilmiş icra sənədlərini icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edilir. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən Tələbkar nümayəndəsi X2 izahatında bildirmişdir ki, borclu icra sənədi üzrə borcdan heç bir ödəniş etməmişdir. Odur ki, təqdimatın təmin edilməsini xahiş etmişdir. Borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, icra işini və materialı araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, icra məmurunun təqdimatından görünür ki, icra sənədləri icraata qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu tərəfindən ödənilməli olan borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq Borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Qeyd olunan icra sənədi icra olunması üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-96/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh “FƏDƏK" MMC və icra məmuru tərəfindən təqdim edilmiş aşağıdakı siyahı üzrə əmlaklar “Fədək" MMC-dən iddiçı Tələbkar xeyrinə tutulsun: Qutu 1. Müxtəlif növ sənədlər, dəftərxana ləvazimatlar, foto şəkillər, şkatulka içərəsində müəyyən miqdarda özbək pulu, Manikür pedikür dəsti, Boş qutu, İçərisində ətri qutu, 2 ədəd boş üzük qutuları, Gümüşdən hazirlanmış firüzə qaşlı qol, Aqat daşlardsan hazırlanmış bijuteriya, Gün eynəyi, Bijuteriya sarı qutuda, Təsbeh, Müxtəlif növ dərmanlar, Fotoapparat Nikon qırmızı rəng, Sadə qadın saatı, Şkatulka içərəsində qadına aid qümüşdən hazırlanmış taxma əşyalar, 2 ədəd səbətdə müxtəlif formalı müxtəlif materiallardan hazırlanmış bijuteriya, 2 selofan torbada müxtəlif növ sənədlər Qutu 2. 2 ədəd paltar aşiqlanı, 2 ədəd ağ rənqli yay şalvarı, 1 ədəd qöy rənqli köynək, 13 ədəd kişi qalstuku müxtəlif, 2ədəd kişi pencəyi yay ucun, 2ədəd palto, karakul dərisindən hazirlanmiş qadın şubası, çanta qara rengli, 3 ədəd müxtəlif rengli köynək, penjama, 1 ədəd tişort qara reng, 1 ədəd tişort rəngli və 1 ədəd pencək ağ rəng Qutu 3. içində müxtəlif torbalar olan qırmızı çanta, qad'ya ətəyi qara, içində müxtəlif torbalar olan ağ canta, 1ədəd bənövşəyi rəngli kəlağayi, 2 ədəd kofta və 2 ədəd pencək, qadin paltari, ağ kofta və yaşil rəngli qadin don, ağ ustu gullu qadin pencəyi, kətandan hazirlanmiş boz qadin pencəyi, qara rəngli 1 ədəd, 2 ədəd bej və 1 ədəd boz rengli qadin koftaları və şalvari, dəridən hazirlanmiş qara rəngli frenc kurtka, qadin köynəyi, vellur materialdan hazirlanmiş boz rəngli kurtka, bej rəngli pencək, qara rəngli kofta və velur qara uzun pencək, benövşəyi boz və sarı rənglərdə 3 ədəd qadın köynəkləri, 4 ədəd ağ rengli müxtəlif plaşlar, bənövşəyi villur qadın pencəyi, hamam maçalkası Qutu 4. 2 ədəd mütəkkə, 2 ədəd mətbəx dəsmali aciq bej rəngli cərpayi örtuyu, 1 ədəd odeyal Qutu 5. 5 ədəd it qeyimi, 1 ədəd kişi papağı, 1ədəd ət cekən maşin siniq vəziyyətdə, 1ədəd torbada müxtəlif rənqli iplər, 1 ədəd torbada müxtəlif parça materialları, 1 ədəd ağ rənqli kapri qadin şalvarı, biskvit bişirmək ucun dəmir dəst, lədəd plastmas qab Qutu 6. 2 ədəd qara qadin ayyaqabisi, 1 dəst qəhvəyi qadin ayyaqabisinin 1 tayiyoxdur, əlcək və ip torbtsi. qara rənq qadi şortu, yaşil rənqli qadin maykasi, qara rənqli qadin şalvari, 3 ədəd ağ rənqli qadin şalvari, qəhvəyi və qara rənqli qadin şalvari, müxtəlif rənqli qadin koftalari,cins şalvar, ağ qadın maykası, ağ rənqli şort qizil renqli qadin kəməri Qutu 7. 1 ədəd torbada ,2 doşək uzu, 2 ədəd qətvə 1 ədəd balaca örtuk müxtəlif rənqlərdə mitəkkə uzluyu,1 ədəd qadın pencək dəsti, şort ağ rəng, sarf, mayka, 1 ədəd qadın donu, 1 ədəd qadın köynəyi, 2 rəngli parça materialları, bənövşəyi rəng qadın pencəyi, 1 ədəd qadın üçün yay ayaqqabısı Qutu 8. Müxtəlif kitablar və ailə şəkilləri Qutu 9. Müxtəlif kitablar və kartlar üçün qablar, zapilka, 3 ədəd oyun kartları Qutu
10. Mavi rəngli sınıq qadın heykəli farfordan hazırlanmış, ütü, qadın ayaqqabı formasında farfor heykəl, dəsman və yataq dəstləri, 3 ədəd tok uzadıcı, papaq, işlənmiş geyim dəstləi Qutu 11. Qab-qacaq dəsti, 12 nəfərli maddonna servis, 1 ədəd kofe dəsti (Delanghi firması), 1 ədəd şirəçəkən maşın, mətbəx əşyaları, qab-qacaq, sharp firmalı mikser Qutu
12. Müxtəlif kitablar Qutu 13. 1 ədəd divar çilçırağı, şəxsi tikiş əşyaları Qutu 14. Yataq dəstləri, hamam dəstləri Qutu 15. Şəxsi geyimlər, hamam dəstləri Qutu 16. Mətbəx ləvazimatları Qutu 17. Hamam əşya dəsti Qutu 18. Modonna servis-12 nəfərlik qab qacaq dəsti Qutu 19. Geyim əşyaları Qutu 20. Geyim və yataq dəstləri Qutu 21. Yataq dəsti Qutu
22. Müxtəlif növ parçalar Qutu 23. Müxtəlif növ şəxsi geyimlər Qutu 24. Tozlanmış vəziyyətdə şəxsi geyimlər. Qutu 25. Şəxsi əşyalar, 01 ədə TV pultQutu 26. Parçalar müxtəlif rəngli və formalı Qutu 27. 01 ədəd ütü, şəxsi geyimlər tozlanmış və qzilmiş pencək 1 ədəd korlanmış Qutu 28. Parçalar, 1 cüt ayaqqabı Qutu 29. Mətbəx əşyaları, 1 ədəd bakal sınmış formada Qutu 30. 1 ədəd pul qabı, parçalar Qutu 31. Pərdələr Qutu 32. Şəxsi geyimlər Qutu 33. Toxunma ipləri Qutu 34. 1 ədəd lampa plafonsuz, iplər, 1 ədəd üstü ulduzlu qab, 2 ədəd kurtka üst geyimi Qutu 35. Şəxsi geyimlər, 01 ədəd ətir qabə şeyx-içi boş Qutu 36. Mətbəx əşyaları, 8 hissədən ibarət madonna servis ( 5 ədəd desert nəlbəki2 ədəd sınıq vəziyyətdə), 01 ədəd saç feni, 3 ədəd fotoşəkillər, 2 ədəd doğrayıcı Qutu 37. Müxtəlif kitablar, yataq dəsti 1 ədəd Qutu 38. 1 ədəd yastıq, müxtəlif parçalanQutu 39. Müxtəlif geyimlər Qutu 40. Pərdələr, 01 ədəd qadın geyimi, parçalar,şəxsi geyimlər Qutu '
41. 1 ədəd servis dəsti, Edelstein Bavaria, 11 ədəd fincan (04 ədədi zədələnmiş formada), 11 ədəd nəlbəki, 10 ədəd 15 sm-lik tarelka Qutu 42. Şəxsi geyimlər, 1 ədəd yastıq Qutu 43. Mətbəx əşyaları, qazan və tava dəstləri Qutu 44. Elektriklə işləyən pizza bişirən aparan Qutu 45. Müxtəlif kitablar Qutu 46. Müxtəlif əşyalar Qutu 47. Müxtəlif jurnallar, kitablar, paltar, gül üçün torpaq Qutu 48. Müxtəlif jurnallar, paltarQutu 49. Roza servis alman istehsalı 1-ci qırıq fincan, 3 ədəd yoxdur. Xrustal meyvə vazası, gəmi və pişik formasında gecə işiği 2 ədəd, modonna servis bulut, likör, 1 ədəd yemək boşqabə Qutu 50. 4 ədəd müxtəlif ölçülü xrustal vaza-01 ədəd sınıq, madonna yumru-sarı 1ədəd bulud, madonna servis şorba qabı-qapağı yoxdur. Madonna sarı dərin boşqablar-06 ədəd, madonna sarı aş qabı dərin, maddona sarı salat qabı, xrustal tort altlığı qab, 1 ədəd xrustal fincan şəffaf, 14 ədədi yoxdur, madonna sarı süd qabı, 5 ədəd xrustal stəkan, 2 ədəd mürəbbə bankası Qutu 51. Müxtəlif geyimlər Qutu 52. Müxtəlif geyimlər, divan-kreslo örtükləri Qutu 53. 2 ədəd çanta içində müxtəlif rəngdə parçalar Qutu 54. Dəsmallar, yorğan-döşək üzlükləri Qutu 55. Kişi-qadın ayaqqabıları, yataq örtüyü, ev heyvanları üçün çanta, müxtəlif ev heyvanları üçün yeməklər Qutu 56. İki ədəd rəsm işi, 1 ədədinin çərçivəsi yoxdur. Qütu 57. Kitablar Qutu $8. İçərisində geyim əşyaları olan çantalar Qutu 59. Pivə bakalları və digər mətbəx əşyaları Qutu 60. Ayaqqabılar, mütəkkə, kalkulator, cins kurtka Qutu 61. Paltar, kompüter qulaqcığı, kitablar, elehqaz, video-kamera vizual sınığı yoxdur Qutu 62. Mövsümi qadın və nazik geyimlər Qutu 63. Babanın portret şəkli, təsbeh pişik gözü, ayaqqabı 1 cüt, səbət-qadın əşyaları, yataq örtüyü qırmızı Qutu 64. Çarpayı örtüyü, kitablar, 2 ədəd çay fincanı, 1 ədəd qu quşu formasında şüşədən heykəl, 4 ədəd ağ qab küp formasında Qutu
65. 2 ədəd qırmızı rəngli gecə işıqları, qadın-kişi paltarları Qutu 66. Madonna sarı-18 ədəd balaca desert tarelkası, 6 ədəd tarelka, 02 ədəd xrustal çay stekanı, 1 ədədi sınıq, 8 ədəd ağ xrustal çay fincanı, araq üçün yaşıl balaca qrafin-6 ədəd rumkası- qapağı yoxdur, şüşədən kvadrat sini güllü, 30 sm diametrli meyvə üçün xrustal vaza, 3 ədəd dondurma qabı qəhvəyi, 30 sm-likayaqlı meyvə qabı, 20 sm diametrli ayaqlı xrustal vaza, 20 sm-lik hündürlüklü xrustal güldan-2 ədəd 1 ədədi sınıq, 20 sm-lik hündürlüklü xrustal güldan, şüşə bakal, 3 ədəd çəkmə ftfrmalı qab, bakal dekorativ formada qəhvəyi rəngli 3 ədəd - 1 ədədi sınıq, qqafin insan formasında 5 ədəd rumkası ilə farfor Almaniya istehsalı, qrafin viski içmək üçün 6 rumkası ilə birlikdə atlığı daxil şəffaf şüşədən, mayaq formasında gecə işığı disklərlə birlikdə qabı Qutu 67. Ağ gecə işığı sınıq, müxtəlif ölçülü plov qazanları, mətbəx tərəzisi, istilik ölçən, qırmızı gildən vaza bulud Qutu 68. İynə-sap qabı, paltarlar qadın-kişi, suviner qlobus, əlcək qadın qara Qulu 69. KAHLA servis-üzərində balıq şəkli olan 11 ədəd tarelka 1 ədədində çat var. Roza servis iki ədəd ağ rəngli bulud, madonna sarı yemək qabı- 50 sm diametrdə, Madonna çin qadın şəkilli 30 sm diametrdə, qızıl xətli alma şəkilli 3ədəd qab meyvə üçün, 3 ədəd meyvə şəkilli sadə ağ rəngli meyvə qabı, 50 sm diametrli aş qabı Qutu 70. Sok çəkən maşın vizual sınıq yoxdur Qutu 71. Müxtəlif kitablar, şəkillər, sənədlər Qutu 72. Güzgülü gümüşü sini-dekorativ Qutu 73. Paltarlar, qadın çantaları, qadın əl çantaları, qadın əl çantası, göz muncuğu, taxta suviner heykəllər ağ qadın formasında, insan formasında Qutu 74. Qadın-kişi geyimləri, qadın kolfiləri Qutu 75. Toxumaq üçün iplər, mütəkkə, müxtəlif iplər parçalar Qutu 76. Yaşıl rəngli stolüstü lampa Qutu 77. Müxtəlif ölçülü çantalar və ruqzaqlar, tozsoran hissələri, katel telefon Qutu 78. Portfel içərisində sənədlərlə birlikdə, Makbook boş qutusu, qovluqlar, kitablar, qəbzlər Qutu 79. Dəsmallar, qrafin boz rəngli 6 rumkası ilə, balıqlı qırmızı limon farfor tarelka, 1 ədəd ağ modonna bulud, mavi rəngli plov qabı iki ədəd, mavi rəngli kobalt bulut, ləbləbi qabı 01 böyük, 17 ədəd kiçik ölçülü müxtəlif desenli, 02 ədəd səbət formasında böyük, 1 ədəd kiçik ölçüdə konfet qabı xrustal, 3 ədəd mürəbbə qabı razetka, 1 ədəd gəmi formalı xrustal konfet qabı, külqabə qəhvəyi, ayaqlı qəndqabı xrustal. 15 sm hündürlüklü xrustal güldan Qutu 80. Müxtəlif qadın-kişi paltarları Qutu 81. Müxtəlif qadın-kişi paltarlarıQutu 82.. Müxtəlif paltarlar, oyuncaq Qutu 83. Kompüter çantası, qadın ayaqqabıları, iplər parçalar Qutu 84. Yataq dəsti və yataq örtüyü Qutu 85. Divar şəkilləri, müxtəlif ölkələrin pul vahidləri, güzgü, mətbəx tərəzisi, dabankeş, müxtəlif paltarlar Qutu 86. Madonna sşrı-12 ədəd 25 sm diametrdə tarelka, 6 ədəd tovuzquşu şəkilli tarelka, 6 ədəd nəlbəki, 8 ədəd fincan, maddona sarı iki ədəd fincan, 1 ədəd balaca tarelka, 2 ədəd stolüstü forfor güldan, bagema şərab rumkaları, 6 ədəd qəhvəyi fincanı nəlbəkisi ilə birlikdə , ovçu şəkilli servis 2 fincan 1 ədəd süd qabı, qara madonna servis süd qabı çaynik, qrafin, müxtəlif formalı pivə bakalı 22 ədədi ədədi sınıq, forfor heykəl suviner Qutu 87. Qadın çantaları, paltarlar Qutu
88. 80 sm diametrli göy rəngli xrustal plata, ağ rəngli 30 sm diametrli xrustal ayaqlı tort altıqıraqları dairəvi xırda sınıqlarla, dəmir qoyun qulplu ağ sadə salat qabı qapağı ilə, 40 sm diametrli meyvə vazası qırmızı xrustal-bir neçə yerdə sınıqlarla, 1 ədəd 25 sm diametrli xrustal vaza, 30 sm hündürlüklü qırmızı xrustal vaza, 20 sm hündürlüklü qırmızı və ağ xətli xrustal vaza, 2 ədəd göy rengli güldap, forfor konfet qabı qızılı işləmələrlə qapaqsız, farfor güldan 2,0 sm hündürlüklü qızılı işləmələrlə ayağında sınıq, 5 ədəd farfor qadın heykəlləri antikvar 2 ədədində sınfq var, konfet qabı ayaqlı ağ mavi güllü sınıq, quş heykəli yaşıl rəngli farfor, İtaliyanın farfor xəritəsi suviner, statuetka farfor, ququşu qabı sadə,sadə ağ bulud, tül pərdə Qutu 89. İplər Qutu 90. 2 ədəd ayaqqabı formalı ağ-qırmızı güldan, alətlər dəst, labaratoriya əşyaları Qutu 91. Madonna sarı 40 sm və 25 sm diametrli 2 ədəd dərin bulud, gəmişəkilli alman istehsalı 2 ədəd vaza, madonna sarı çaynik, səbət formalı farfor konfet qabı 2 ədəd 1-i sınıq, gəmişəkilli almaniya şkatulka farfor, süd qCbı madonna sarı, çaynik qapağı, 1 ədəd madonna sarı fincan, farfor çini gecə işiğı, şamdan farfor Qutu 92. Tül pərdə, sap səbəti, kofe servizi qızılı qəhvəyi, paltarlar Qutu 93. Madonna sarı dərin 12 ədəd tarelka, roza madonna servis 24 ədəd tarelka, 12 ədəd nəlbəki, 1 'ədəd bulud, 1 ədəd çaydan, 1 ədəd çaynik, şəkərtozu qabı,12 ədəd fincan, 1 ədəd süd qabı, madonna sarı 9 ədəd fincan, çaynik, balaca tarelka, rus istehsalı kofe fıncanlı farfor-1-i sınıq, 1 ədəd nəlbəki, 6 ədəd kofe qabı, 6 ədəd nəlbəkisi ilə, yastıqQutu 94. Tovuz quşu farfor- 06 ədəd desert tarelka, 2 ədəd yumru bulud, 5 ədəd nəlbəki 2 çay fincanı, 2 şəkər tozu qabı, 2 ədəd süd qabı, ovçu dəsti yaşıl kofe çaynik, 6 ədəd tarelka, şəkər tozu qabı, 6 ədəd kofe fincanı, 6 ədəd nəlbəki süd qabı, ovçu dəst yaşıl çay dəsti- 2 ədəd tarelka, 12 ədəd nəlbəki, 2 çaynik - biri sınıq, 2 qənd qabı, 10 ədəd fincan, süd qabı, balaca farfor vaza, 10 sm hündürlükdə farfor heykəl, 2 ədəd dənizçi formasında qrafin ( 12 ədəd rumkaları il^). Qutu 95. Fotoaparat casio, möhürlər, şüşə vaza, disklər, ülgüc, batareya üçün enerji yığan. Qutu 96. Müxtəlif rəngli yataq örtükləri. Qutu 97. İplər. Qutu 98. Şüşə qab. Qutu 99. 2 ədəd 60 sm diametrli dəmir qazan. Qutu 100. Qazan və tava dəsti tam təzə. Qutu 101. Qadın saç feni, ütü, çantalar, qadın ayaqqabıları, fen daraq dəsti, masaj edən alət. Qutu 102. Mətbəx alətləri. Qutu 103. Parçalar, müxtəlif paltarlar. Qutu 104. Paltarlar, televizor ayaqları, qəlyan şlanqı, antikvar farfor vaza. Qutu 105. Ayaqqabılar, avtomobil üçün 2 ədəd çayniklər, disk çantası, tok uzadıcısı. Qutu 106. Müxtəlif qadın və kişi ayaqqabıları. Qutu
107. Kostyum qadın, Elena Mira firması, şuba əzik ləkələnmiş, palto çirkli, yataq örtükləri. Qutu 108. Roza serviz, 20 sm və 30 sm diametrli 2 ədəd bulud, 2 ədəd tarelka, 12 ədəd balıq şəkilli tarelka, roza şəkilli tarelka, 5 ədəd böyük roza şəkilli, 5 ədəd kiçik şəkilli roza, madonna sarı 6 ədəd kiçik tarelka, 3 ədəd sınıq tarelka, yağ qabı - 1 ədəd, madonna sarı 6 ədəd nəlbəki, 3 ədədi sınıq, 6 ədəd kiçik nəlbəki, roza serviz, 9 ədəd nəlbəki, 3 ədəd sınıq, roza serviz, 6 ədəd fincan, 2 ədəd sınıq, madonna sarı balıq qabı - 1 ədəd, roza Madonna serviz salat qabı böyük, 25 sm diametrli 2 ədəd, roza sen/is 6 ədəd fican, Madonna sarı 12 ədəd dərin şorba qabı, Madonna sarı bulud 2 ədəd - 1 ədədi qulplu, Madonna sarı 5 ədəd böyük tarelka, 4 ədəd balaca tarelka, Madonna sarı şorba qabı böyük, Madonna sarı 2 ədədmeyvə qabı böyük, roza serviz salat qabı 20 sm diametrli qulplu 2 ədəd, Madonna sarı yağ qabının qapağı 2 ədəd, bəzək stəkanı 2 ədəd zədəli, yataq örtüyü, roza serviz balıq qabı 1 ədəd, M.adonna sarı qırmızı xətli balıq qabı sınıq, şəkərtozu qabı qaşıqsız, Madonna sarı şəkartözu qabı sınıq qaşıqsız, 3 əd*əd desert tarelkası çəhrayı, roza servis nəlbəki 3 ədəd-1-i sınıq, modanna sarı süd qabı, şəkər tozu qabı böyük sınıq, 2 ədəd müxtəlif formalı xrustal vaza 15 sm hündürlüklü, 10 sm hündürlüklü-1-l sınıq, roza servissous qabə-2 ədəd-sınıq, çəkmə formalı vaza mavi rəngli, madonna sarı-qırmızı xətli duz qabı-1 -i sınıq, dekorativ vaza- 3 ədəd 1- i sınıq, likyor butulkası, roza servis 2 ədəd şorba qabının qapağı ^Qutu 109. Tozsoran Samsung firmalı qırmızı rəngli, 30*30 sm ölçülü mənzərə şəkil, güldan, ip,.jurnal stolunun örtüyü Qutu 110. Roza servis-şorba qabının qapağı, salat qabı 3 ədəd müxtəlif ölçülərdə, üstündə meyvə şəkli olan 45 sm diametrli bulud, madonna sarı 5 balaca tarelka, 6 ədəd desert tarelkası, roza servisi 12 ədəd dərin yemək qabı qırağı dalğalı, 12 ədəd dayaz yemək qabı qırağı dalğalı, 6 dərin yumru yemək qabı, 4 ədəd dayaz yumru böyük yemək qabı, 4 ədəd dayaz yumru tarelka Qutu 111, Mətbəx əşyaları Qutu 112. 2 ədəd kvadrat Rusiya istehsalı yolka şəkilli bulud, 3 ədəd oval şəkilli böyül rusiya istehsalı buludlar, yol üçün ütü, hind vazası 3 ədəd dəmir, 1 ədəd üçmərtəbə, 3 ədəd mavi ağ sadə salat qabı müxtəlif ölçüdə, yol oyuncaq və işıqları, təzyiqölçən Qutu 113. İplər Qutu 114.Dəri plaş, kaşmir palto cırılmış, gecə paltarı cırılmış, kişi pencək və köynəyi, ağ yaşıl rəngdə qadın paltosu, qırmızı rəngli qadın qısa paltosu, qara rəngli qadın paltosu Qutu 115. Parça, qadın əşyaları Qutu 116. Müxtəlif mövsümə uyğun qadın-kişi ayaqqabıları Qutu 117. Sentefon yataq ötrüyü, hərbi kitel Qutu 118. Parçalar Qutu 119. Qadın paltarları Qutu 120. Qadın çantası 2 ədəd, kişi paltarı, müxtəlif parçalar Qutu 121. Kişi paltarları, qadın çantası qara rəngli, qadın paltarları Qutu 122. Qadın paltarlarıQutu 123. Kitablar, qadın paltarları Qutu 124. Kəmər, çantalar, dəmir çaynik Qutu 125. 3 ədəd sentefon yastıq Qutu 126. Kitablar, jurnallar, iplər Qutu 127. Müxtəlif rəngli işlər və parçalar Qutu 128. Kitablar, qəzetlər, jurnallar, nərd fil sümüyündən Qutu 129, Kitablar, jurnallar Qutu 130. Parçalar Qutu 131. Çantalar, portfellər Qutu 132. Parçalar, qadın-kişi paltarları Qutu 133. Yorğan-döşək üzlükləri Qutu 134. Kitablar Qutu
135. İplər, kitablar Qutu 136. Hamam əşyalar Qutu 137. 2 ədəd səyahət çantaları Qutu
138. 1 ədəd pambıq və ədəd dəvə tükündən yorğan Qutu 139. Qadın kurtkası, yastıq ötrükləri, qadın paltarları Qutu 140. Qadın-kişi paltarları Samsung-diamond 6 kq-lıq paltaryuyan maşın, vizual sınığı yoxdur. Flaskback ağ rəngli hündürlüyü 120 sm olan soyuducu, yazı stolu 1 qırmızı rəngli, qara xətləri və ayaqları olan DVP materialdan, ayaqlarında sınıq, şkaf 1 və 2 qırmızı rəngli, DVP materialdan hazırlanmış ikigözlü şkaflar, üst şkafları, tərəfləri və qıraqları yoxdur, hər iki arxa tərəfi qırıq, 2 ədəd alçipan yemək stolları mavi və çəhrayı rəngdə, 1 ədəd sentefon yorğan, 2 ədəd səbət, 2 ədəd çətir, 1 ədəd səbət, pişik gəzdirilməsi üçün plastmasdan qab-2 ədəd,: 186 sm‘24 sm çarpayının arxa ayağı 3 ədəd, 200*25 sm çarpayının yan taxtası (zədələnmiş) 6 ədəd, 40*55*152 ölçüdə paltar şkafının üst gözləri tərəflər və qapıları yoxdur, alt tərəflər sınıq 2 ədəd, 54*48 sm şkafların tərəfləri 06 ədəd zədələnmiş, 100*45*88 sm ölçüdə kamot qıraqları zədələnmiş, işi boş 4 ədəd, 90*75 sm ölçüdə mebel güzgüsü, 50*141 4 ədəd mebel qapıları zədələnmiş, 50*40 sm ölçüdə şkaf qapıları, 100*56 sm ölçüdə şkaf tərəfi-lampası ilə birlikdə 2 ədəd, stol-2 yazı stolu qırmızı ayaqlar və qıraqlarıqara rəngli DVP material sınıq, 45*54 sm ölçüdə yalı dolabça (tumbuçka), 6 ədəd, zədələnmiş 1 ədədinin qapısı sınıq, 100*180sm DVP taxta çarpayı içliyi 6 ədəd, DVP materialından 1 ədəd çarpayı başlığı, 40*182 DVP çarpayı taxtası,40*209 sm ölçüdə güzgülü şkaf qapısı 2 ədəd, 100*221 sm ölçüdə güzgülü şkaf qapısı 1 ədəd, 40*75 sm kitab şkafının qapısı 2 ədəd, üçmərtəbəli ayaqqabı tərəyi, Samsung TV 105 sm dioqanal qara rəngli vizual sınığı yoxdur, sharp tv 90 sm dioqanal albalı rəngli 2 TV-nin pultları yoxdur, vizual sınığı yoxdur, 200*185 sm ölçüdə sentefon çarpayı döşəyi, 56*100 sm ölçüdə ağ rəngli DVP material mebel hissələri 10 ədəd zədələnmiş, qırılmış, 36*76 sm ölçüdə iki ədəd ağ rəngli mebel hissəsi zədələnmiş, qırılmış, 56*222 sm ölçüdə ağ rəngli, DVP material mebel hissəsi zədələnmiş, qırılmış, 225*67 sm ölçüdə qəhvəyi rəngli DVP materiallı mebel hissəsi 2 ədəd sınmış-zədələnmiş, 192*88 sm ölçüdə qırmızı DVP material zədələnmiş sınmış, 3 ədəd çarpayının orta ayaqları, 150 sm taxta reyka 4 ədəd, 1 ədəd dəmir, 4 ədəd müxtəlif rəngli, müxtəlif ölçülü mebel hissələri zədələnmiş, sökülmüş, 2 ədəd müxtəlif ölçülü sökülmüş mebel hissələri, 47*200 sm ölçüdə palıdı rəngli şkaf qapısı qırılmış, zədələnmiş 1 ədəd, 5 ədəd müxtəlif ölçül şkaf hissələri, 1 ədəd kupe şkafın üst tərəfi sökülmüş zədələnmiş, bir ədəd ağ rəngli ikilampalı ayaqüstü lampa, 3 ədəd müxtəlif ölçülü şkafın arxa fanerkası 1 ədəd əlavə, 100*212 sm ölçüdə kupe şkaf qapısı 2 ədəd, bergman qaranje markalı iki ədəd kondisoner, ağ rəngli bergmarf markalı kondisonerin komressoru var, digəri yoxdur, shark markalı arxa hissəsi sınıq ağ dondurucu üzərində müxtəlif yapışkanh ABŞ istehsalı, simfer-dvofka ağ rəngli 1 ədəd, LG markalı mikrovalnofka-duxofka vizual sınıq yoxdur, LG markalı ağ rəngli qaz sobası vizual baxışda ayaqları qırılmış, Tv altı boz rəngli, şüşəsi sınıq, İndesit markalı 2 mərtəbəli ağ rəngli soyuducu vizual sınığı yoxdur, əziyi var, 60*185 sm ölçüdə ağ rəngli DVP material şkaf üstü sınıq zədələnmiş, 2 ədəd qoz ağacından ev qapısı şüşəli, 2 ədəd yum materialdan hazırlanmış xalçalar, LG markalı star markalı 32 sm dioqanalı TV, RONİSH markalı 1875- ci il istehsalı olan ağ rəngli sökülmüş və zədəli vəziyyətdə olan Royal. xx.xx.2021-ci il tarixli aktda öz əksini tapan və icra məmuru tərəfindən siyahıda olmayan 01 ədəd kondisoner və 01 ədəd soyuducu. Tutulması qət edilmiş əmlaklar icra zamanı müəyyən olunmadıqda və ya yararsız olması aşkar olunduqda onların qətnamənin təsviri-əsaslandırıcı hissəsində qeyd edilmiş ekspert rəyində göstərilənlər dəyərləri "xxxx" MMC-dən alınıb iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Qiymətləri müəyyən olunmayan əşyalar icra mərhələsində qiymətləndirilməlidir. "xxxx" MMC-dən iddiaçı Tələbkar xeyrinə 2000 manat məbləğində mənəvi ziyan əvəzi tutulmalıdır. "xxxx" MMC-dən iddiaçı Tələbkar xeyrinə 2021-ci ilin mart ayından hesablanaraq qətnamə icra olunan tarixədək hər ay üçün 500 manat kirayə haqqı tutulmalıdır. "xxxx" MMC-dən iddiaçı Tələbkar xeyrinə 2021-ci ilin yanvar və fevral ayları üçün ödənilmiş 1995 manat mehmanxana xərcləri tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli İcraata başlamaq haqqında qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 96/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən borclu “FƏDƏK" MMC-dən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 96/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. İş materiallarında olan sistemdən əldə edilmiş məlumatdan görünür ki, “FƏDƏK" MTKnın rəhbəri Borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 231.3-1-ci maddəsinə əsasən məhkəmə borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.2-ci maddəsinə əsasən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” xx.xx.2023-cü il tarixli qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş məbləği nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-96/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu–xx.xx.1993-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMCnin hüquqi rəhbəri Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal qüvvəyə minir. Qərardadın icrası Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Kərim Xudayev