Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-3/2026 15.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, Tələbkar MMC-nin Yasamal rayon İcra şöbəsinin icra məmurunun 12 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Tələbkar MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-6240/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Borclu Tələbkar MMC-nin xeyrinə cəmi 504 manat məbləğində pulun tutulması qət edilmiş və məhkəmə qətnaməsi icra olunması üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq, Borclu həmin icra sənədini icra etməmişdir. Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2025-ci il tarixli qərarına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6240/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Yasamal rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlüyünə dair akt tələbkara təqdim edilmədən və akt barədə tələbkara məlumat verilmədən icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. İcra məmuru bu müddət ərzində borclunun əmlak və gəlirlərinin axtarışı məqsədilə lazımi bütün tədbirləri, habelə qanunvericiliklə müəyyən olunmuş digər məcburi icra tədbirlərini görməmişdir. Bununla yanaşı, icra məmuru “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən, tələbin icrasının mümkün olmadığını bildirsə də, bu haqda müvafiq akt tərtib etməmiş və tələbkara məlumat verməmişdir. Belə olan halda, icra edilməyən icra sənədinin qaytarılması iş üzrə tələbkarın hüquqlarını pozur. Həmçinin icra məmuru tərəfindən borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını, şikayətin dəlillərini, şikayətə əlavə olunmuş sənədləri, habelə icra işinin materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, şikayət əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 6240/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Borclu 431 manat məbləğində əsas borc, 43 manat məbləğində cərimə olmaqla, cəmi 474 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutularaq iddiaçı Tələbkar MMCyə ödənilməlidir. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarının surətindən görünür ki, icra sənədinin icrasının təmin olunması məqsədilə qanunamüvafiq tədbirlər görülmüş, lakin tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilmədiyindən, icra sənədinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 23.1.3-cü maddəsinə əsasən, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, icra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017ci il tarixli Qərarına əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, xx.xx.2025-ci il tarixli qərarda borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı zəruri olan bütün tədbirlərin görüldüyü kifayət qədər əsaslandırılmamış, hansı təşkilatlara sorğuların göndərildiyi, borclunun qazancının, eləcə də digər əmlakının ətraflı araşdırıldığı aydın göstərilməmişdir. Həmçinin, icra sənədi üzrə icraat başlanıldıqdan cəmi iyirmi gün sonra icra sənədi məhkəməyə geri qaytarılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, tələbkarın şikayəti təmin edilərək, xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərar ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 6240/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 268-269-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ləğv edilsin və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6240/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN : F. HÜSEYNOV
Məhkəmə qərarları › İş №8(5-104)-3/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-3/2026
15.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver