Məhkəmə qərarları › İş №8(5-104)-313/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-313/2026

05.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-313/2026 05.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi (borclu) X2, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyevin iştirakları ilə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin “icra ödənişinin alınması haqqında” xx.xx.2025-ci il tarixli qərarından ərizəçi (borclu) X7 tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-103/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X1 6862,70 manat (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) icra ödənişinin tutulması, icra ödənişi məbləğinin 25%-i dövlət büdcəsinə, qalan hissəsinin isə icra məmurlarının xüsusi fonduna köçürülməsi qərara alınmışdır. Ərizəçi (borclu) X7 məhkəməyə ərizə verərək, icra ödənişinin alınması barədə 05 dekabr 2025-ci il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 6 fevral 2026-ci il tarixdə tərəfindən Yasamal Rayon İcra şöbəsindən rəsmi olaraq, xx.xx.2025-ci il tarixli icra ödənişin alınması barədə qərar qəbul edilmişdir. Həmin qərardan ona məlum olmuşdur ki, icra sənədi üzrə onun xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsi üzrə 51668,84 manat əsas, 16505,32 manat faiz borcu olmaqla cəmi 68.174,16 manat və ödənilmiş 413 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum ləğv prosesində olan Tələbkar Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulmuşdur. Tutma ona məxsus və ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvana yönəldilmişdir. Buna dair xx.xx.2025-ci il tarixli icra ödənişin alınması barədə qərarla qərara alınmışdır ki, ondan 6862,70 manat məbləğində pul vəsaiti icra ödənişi üçün tutulsun. İcra ödənişi məbləğinin 25%-i dövlət büdcəsinə, qalan hissəsi isə icra məmurlarının xüsusi fonduna köçürülsün. Qeyd etmişdir ki, tərəfindən tələbkarla razılığa gələrək, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 27 yanvar 2026-ci il tarixdə 12-5/2-1175/2026 saylı məktub Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərərək, həmin məktubda bildirilmişdir ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılmasına dair qərar qəbul edilsin və X6 icra məmuru tərəfindən verilmiş sifariş ləğv edilsin. Lakin tələbkarın məktubu Yasamal Rayon İcra Şöbəsi tərəfindən qəbul edilməsinə baxmayaraq, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Emil Abiyev tərəfindən icraatın dayandırılmasına imtina edilmişdir. Əsas ondan ibarət idi ki, icra ödənişinin alınması barədə qərara əsasən tərəfindən mütləq qaydada 6872,70 manat məbləğində pul vəsaiti icra şöbəsinə ödənilməlidir. Bunuda bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra ödənişi yalnız icraatın tam yerinə yetirilməsi və ya icra işinin geri qaytarılması nəticəsində ödənilməlidir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən isə icra sənədi üzrə icraatın dayandırılması barədə müraciət olunmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi (borclu) X7 ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırda ödənişləri etməyə imkanı yoxdur. Göstərilənlərə əsasən məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyev ərizəyə etiraz edərək, izahatında bildirdi ki, icra işi 2024-cü il tarixində icraatına daxil olub. Göstərilənlərə əsasən məhkəmədən ərizənin təmin olunmamasını xahiş etdi. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Tələbkarın məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni, icra işini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-103/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən iddia təmin edilərək, cavabdeh X8 xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsi üzrə 51.668,84 manat əsas borc, 16.505,32 manat faiz borcu olmaqlacəmi 68.174,16 (altmış səkkiz min bir yüz yetmiş dörd manat on altı qəpik) manat məbləğində borc, 413 (dörd yüzon üç) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsum ləğv prosesində olan Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın cavabdeh X4 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 84 ünvanında yerləşən, ümumi sahəsi 134.2 kv.m olan 109 saylı mənzil (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bey Zərdabi prospekti 146, M7, mənzil 1) yönəldilsin və mənzilin ilkin satış qiyməti 270 000 (iki yüz yetmiş min manat müəyyən edilməklə açıq hərraccfa satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi ipoteka qoyana qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği cavabdeh X3 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 (bir) ay sonra boşaldılması qət edilmişdir. - Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin xx.xx.2024cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-103/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 103/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin borclu X7 tərəfindən könüllü icra edilməsi xahiş edilmişdir. - Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin xx.xx.2024cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-103/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 84 ünvanında yerləşən, ümumi sahəsi 134,2 kv.m. olan 109 saylı mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. - Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin xx.xx.2025ci il tarixli qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında qeydiyyatda olan borclu X7 haqqında Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlmədiyi halda onun məcburi qaydada şöbəyə gətirilməsi barədə məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. - Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin xx.xx.2025ci il tarixli qərarına əsasən borclu xx.xx.1959-cu il təvəllüdlü Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında qeydiyyatda olan X7 barəsində axtarış elan edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-795/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-103/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.1959-cu il təvəllüdlü Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında qeydiyyatda olan X2 məcburi qaydada Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gətirilməsi qərara alınmışdır. - Bakı şəhəri Yasamal Rayon İcra X5 Portalına ünvanladığı xx.xx.2025-ci il tarixli sifariş məktubuna (icra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması ilə bağlı) əsasən bu sifariş icra sənədlərinin icrası məqsədilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsinin müddəaları nəzərə alınmaqla hazırlanmışdır. Qanunvericiliyə əsasən hərraclar açıq auksion formasında elektron keçirilməlidir. Hərracın keçirilməsi üçün sifarişin verilməsinə əsas: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-103/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X8 xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsi üzrə 51.668,84 manat əsas borc, 16505,32 manat faiz borcu olmaqla cəmi 68174,16 (altmış səkkiz min bir yüz yetmiş dörd manat on altı qəpik) manat məbləğində borc, 413 (dörd yüzon üç) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsum ləğv prosesində olan Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma cavabdeh X4 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 84 ünvanında yerləşən, ümumi sahəsi 134.2 kv.m olan 109 saylı mənzil (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bey Zərdabi prospekti 146, M7, mənzil 1) önəldilsin və mənzilin ilkin satış qiyməti 270000 (iki yüz yetmiş min manat müəyyən edilməklə açıq hərraccfa satış yolu ilə realizə edilsin. Satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi ipoteka qoyana qaytarılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği cavabdeh X3 tutulsun. İpoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 (bir) ay sonra boşaldılmalıdır. - Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin xx.xx.2025ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-103/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X1 6862,70 manat (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) icra ödənişinin tutulması, icra ödənişi məbləğinin 25%-i dövlət büdcəsinə, qalan hissəsinin isə icra məmurlarının xüsusi fonduna köçürülməsi qərara alınmışdır. - Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı 27 yanvar 2026-cı il tarixli məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-103/2024 saylı qətnaməsinə əsasən X1 cəmi 68174,16 (altmış səkkiz min yüz yetmiş dörd manat, 16 qəpik) manat tutularaq ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə tutulmalı, tələb üzrə tutma X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 84 ünvanında yerləşən, ümumi sahəsi 134,2 kv.m. olan 109 saylı mənzilə (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 146, M7, mənzil 1) yönəlməlidir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli xx/xx-306838/2024-24 saylı sifariş məktubuna əsasən ipoteka predmetinin satışına dair açıq hərrac xx.xx.2026-ci il tarixə təyin edilmişdir. Bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsinə əsasən tələbkarın müvafiq xahişi olduqda icraatın dayandırılması məcburidir. Həmin Qanunun 62.21-ci maddəsi ilə bu Qanunun 17.1.10-cu maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılması və ya bu Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin qaytarılması barədə tələbkarın müvafiq xahişi (ərizəsi) təqdim olunduğu vaxt borclunun tələb yönəldilmiş əmlakının hərracda satılması üçün sifariş formalaşdırıldığı halda, bu Qanunun 19.2-1-ci və 23.3-1-ci maddələri nəzərə alınmaqla sifariş ləğv edilməlidir. Qeyd olunanları nəzərə alaraq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsinə əsasən sözügedən icra sənədi üzrə icraatın dayandırılmasına dair qərar qəbul edilməsini və X6 tərəfindən verilmiş sifarişi ləğv etməyi xahiş etmişdir. - Bakı şəhəri Yasamal Rayon İcra X5 Portalına ünvanladığı xx.xx.2026-cı il tarixli məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-103/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinin icrası ilə bağlı tələbkar LPO "xxxx" ASC-nin xx.xx.2026-cı il tarixli 12-5/2-1175/2026 saylı məktubuna əsasən şöbəyə müraciət etmiş, “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən icraatın dayandırılmasını xahiş etmişdir. Bu səbəbdən də hərracın dayandırılması xahiş olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 10 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən yüz manat, borclu hüquqi şəxsdən isə beş yüz manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icraatda iştirak edən tərəflərin və digər şəxslərin, bu mümkün olmadıqda ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə: 79.2.1. borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına; 79.2.2. bu Qanunla müəyyən edilmiş qaydada icra hərəkətlərinin həyata keçirilməsi zamanı dəvət olunmuş tərcüməçilərə, hal şahidlərinə, mütəxəssislərə və digər şəxslərə müvafiq haqqın ödənilməsinə; 79.2.3. tutulmuş məbləğin tələbkara poçtla köçürülməsinə (göndərilməsinə); 79.2.5. icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə sərf edilən vəsaitlər aiddir. Göründüyü kimi, ərizə əsassızdır və Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin “icra ödənişinin alınması haqqında” xx.xx.2025-ci il tarixli qərarından ərizəçi (borclu) X7 tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Belə ki, icra işinə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, icra məmuru tərəfindən bir sıra icra tədbirləri görülmüş, onun tərəfindən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 79.2-ci maddəsində qeyd olunmuş xərclər həyata keçirilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin “icra ödənişinin alınması haqqında” xx.xx.2025-ci il tarixli qərarı qanuni qəbul edilmişdir və həmin qərarın ləğvi üçün əsas yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin “icra ödənişinin alınması haqqında” xx.xx.2025-ci il tarixli qərarından ərizəçi (borclu) X7 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar