Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-318/2026 05.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2024cü il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4662/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icra edilmədən geri qaytarılmışdır. Tələbkar "xxxx" ASC məhkəməyə şikayət verərək, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin 8İ-2714 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarıması haqqında qərarı ilə iddiaçı ‘‘Rabitəbank” ASC-nin cavabdehlər Borclu qızma qarşı pul tələbinə dair iddiası əsasında çıxarılmış Yasamal rayon məhkəməsinin e-2(004)- 4662/2022 saylı, xx.xx.2022 il tarixli qətnamə üzrə verilmiş icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. TƏləbkar hesab edir ki, icra məmurunun qərarı tamamilə qanunsuz və əsassız, həmçinin "xxxx" ASC-nin mənafelərinə ziddir. Belə ki, icra məmuru öz əsassız qərarını əsaslandırarkən tələbin yönəldə biləcəyi əmlakın olmamasını əsaslandırmışdır. Halbuki, icra qurumu tərəfindən cavabdeh Borclu barədə heç bir sorğu edilməmişdir. Borclunun iş yeri, təqaüddə olub olmaması, Azərbaycan Respublikasının hüdudlarından gediş gəlişin məhdudlaşdırılması, əmlakın olub-olmaması, məcburi gətirilmə barədə heç bir tədbir görülməmişdir. Cavabdeh Borclu Yasamal rayon məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2026 il tarixə 193,39 manat əsas və ödəlmiş 30 manat dövlət rüsumu borcu qalmaqdadır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Yasamal rayon İcra şöbəsinin xx.xx.2022 il tarixli icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarıması barədə qərarının ləğv edilməsi icra sənədi üzrə icraatın davam etdirilməsi labüddür. Tələbkar məlumat üçün bildirir ki, qərar rəsmi qaydada xx.xx.2026-cı il tarixində "xxxx" ASC-yə çatmışdır. Odur ki, qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş müddət ötürülməmişdir. Tələbkar "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək şikayətə iştirakları olmadan baxılmasını və təmin edilməsini xahiş etmişdir. Borcluya və qərarı qəbul edən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Borclu və qərarı qəbul edən icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2ci maddəsinə əsasən, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, şikayət təmin edilməli, Yasamal rayon icra şöbəsinin icra məmurunun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4662/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, cavabdeh Borclu 25 iyun 2021-ci il tarixli, NRKRK-02402 saylı kredit müqaviləsi üzrə yaranmış 200 manat əsas, 23,39 manat faiz borcu olmaqla, cəmi 223,39 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 253,39 (iki yüz əlli üç manat otuz doqquz qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4662/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu cəmi 253.39 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə Yasamal rayon icra şöbəsində başlanılmış icraat zamanı tələb borclu tərəfindən könüllü icra müddəti ərzində təmin edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə Borclu yaşadığı ünvana tərəfindən baxış keçirilmiş, lakin həmin ünvanda borcluya məxsus zəruri ev əşyalarından və avadanlıqlarından başqa ona məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Həmçinin “Elektron icra” informasiya sistemi vasitəsilə aparılmış icra hərəkətləri nəticəsində borcluda tələbin yönəldə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. Bu səbəbdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4662/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icra edilmədən həmin məhkəməyə geri qaytarılması qərara alınmışdır. İcra işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4662/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 25 iyun 2021-ci il tarixli, NRKRK-02402 saylı kredit müqaviləsi üzrə yaranmış 200 manat əsas, 23,39 manat faiz borcu olmaqla, cəmi 223,39 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 253,39 (iki yüz əlli üç manat otuz doqquz qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İcra işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2026cı il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4662/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcra işinin materiallarında olan xx.xx.2026-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4662/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X2 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olubolmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Göründüyü kimi, şikayət əsaslıdır və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı əsassızdır, bu səbəbdən, ləğv edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Lakin, bu barədə akt tərtib olunmamış və tələbkara hər hansı məlumat verilməmişdir. Müvafiq aktın tərtib olunması və tələbkara bu barədə məlumat verilməsi barədə hər hansı sənəd, material məhkəməyə təqdim edilməmişdir. Həmçinin, mübahisələndirilən icra sənədinin qaytarılması haqqında qərarda borclunun mülkiyyətində heç bir əmlakın olmadığı, borclunun ünvanında tələbin yönəldilə biləcəyi əmlak aşkar edilmədiyi göstərilsə də icra məmuru tərəfindən qeyd olunan halların araşdırılması və rəsmiləşdirilməsi barədə hər hansı sübut da mövcud deyil. Bununla yanaşı icra sənədinin qaytarılması haqqında qərarda icra sənədinin icrasını təmin etmək məqsədilə müvafiq orqanlara sorğular edildiyi göstərilsə də həmin sorğular icra işinin materiallarında aşkar olunmamışdır. Beləliklə, göründüyü kimi müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərinin görülməsi, eləcə də onun inzibati məsuliyyətə cəlb edilməsini həyata keçirməmiş, müvafiq icra sənədi üzrə nəzərdə tutulmuş məcburi icra tədbirlərinin həyata keçirilməsini təmin etməmiş, əvəzində icra tədbirlərini tam həyata keçirmədən qeyd edilən “icra sənədinin qaytarılması” haqqında qərar qəbul etmişdir. “Cəfərov Azərbaycana qarşı” iş üzrə xx.xx.2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” xx.xx.2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir, bu mənada, o, “məhkəmə hüququnu” ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın, Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. Bu konteksdə məhkəmə qeyd edir ki, icra sənədi üzrə icranın formal əsaslarla həyata keçirilməməsi məhkəmə müdafiəsi hüququnun Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində də tez-tez istifadə olunan “xəyali” hüquqa çevirilməsi ilə nəticələnəcəkdir ki, bu da yolverilməzdir. Xüsusilə, hazırkı işdə də olduğu kimi əhəmiyyətli dərəcədə böyük çəkiyə malik olmayan tələblərin (253.39 manat məbləğdə pulun tutulması) borclunun əmlak vəziyyəti ilə əlaqələndirilmiş şəkildə icrasız qoyulması məhkəmə tərəfindən ağlabatan qəbul edilmir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və müvafiq icra hərəkətlərinin davam etdirilməsi Bakı şəhəri Yasamal rayon icra şöbəsinə tapşırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Tələbkar "xxxx" ASC nin şikayət ərizəsi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və müvafiq icra hərəkətlərinin davam etdirilməsi Bakı şəhəri Yasamal rayon icra şöbəsinə tapşırılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(5-104)-318/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-318/2026
05.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver