Məhkəmə qərarları › İş №8(5-104)-335/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-335/2026

02.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-335/2026 02.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kərimli Dinar Abbas oğlunun katibliyi, X1, İcra məmuru Emil Abiyevin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-103/2024 saylı. xx.xx.2024-cü il tarixli icra sənədi üzrə X2 tərəfindən verilmiş icra işinin dayandırılması barədə şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 məhkəməyə şikayət verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-103/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini və həmin icra sənədinə əsasən Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Emin Abiyevin icraatında olan icra işinin dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 16 fevral 2026-cı il tarixdə o, Yasamal Rayon İcra Şöbəsinə dəvət olunaraq xx.xx.2025-ci il tarixli icra ödənişin alınması barədə qərar qəbul edilən zaman həmin qərardan ona məlum olmuşdur ki, icra sənədi üzrə onun 23.0.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsi üzrə 51668,84 manat əsas, 16505,32 manat faiz borclu olmaqla, cəmi 68174,16 manat və ödənilmiş 413 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmuşdur. Tutma ona məxsus və ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanına yönəldilmişdir. Buna dair xx.xx.2025-ci il tarixli icra ödənişinin alınması barədə qərarla qərara alınmışdır ki, ondan 6862,70 manat məbləğində pul vəsaiti icra ödənişi üçün tutulsun. Halbuki, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Emil Abiyev tərəfindən ona könüllü icra barədə qərar belə rəsmi olaraq təqdim edilməmişdir və könüllü icra barədə qərar ona rəsmi qaydada heç poçt vasitəsi ilə belə daxil olmamışdır. Tərəfindən tələbkarla razılığa gələrək, Əmanətləri Sığortalanması Fondu tərəfindən 27 yanvar 2026cı il tarixdə 12-5/2-1175/2026 saylı məktub Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərərək, həmin məktubda bildirilmişdir ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılmasına dair qərar qəbul edilsin və X6 icra məmuru tərəfindən sifariş ləğv edilsin. Lakin tələbkarın məktubu Yasamal Rayon İcra Şöbəsi tərəfindən qəbul edilməsinə baxmayaraq, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Emil Abiyev tərəfindən icraatın dayandırılmasına imtina edilmişdir. Əsas ondan ibarət idi ki, icra ödənişinin alınması barədə qərara əsasən tərəfindən mütləq qaydada 6872,70 manat məbləğində pul vəsaiti icra şöbəsinə ödənilməlidir. İcra haqqında qanuna əsasən icra ödənişi yalnız icraatın tam yerinə yetirilməsi və ya icra işinin geri qaytarılması nəticəsində ödənilməlidir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən isə icra sənədi üzrə icraatın dayandırılması barədə müraciət olunmuşdur. Bütün bunları və Azərbaycan Respublikası İcra haqqında qanunu nəzərə almaq istəməyən Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru İdərəcəli ədliyyə qulluqçusu Emil Abiyev vəzifəsindən istifadə edərək, naməlum səbəblərə görə qanuna zidd hərəkətlər edərək, tələbkarın məktubunu belə icra etmək istəmir. Halbuki, tələbkar tərəfindən İcra haqqında qanuna əsasən icra işinin dayandırılması tələb edilir. Bu kimi hərəkət isə qanunidir. Dəfələrlə tələbkar tərəfindən icra məmuruna müraciət edilərək rəsmi məktubun icra olunması və icra işinin dayandırılmasını tələb edilirdi. Lakin icra məmuru tərəfindən icra işi dayandırılmır. Məhkəmə iclasında iştirak edən borclu şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Tələbkara məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması ilə bağlı sifarişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-103/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə elektro hərrac sifariş verilməlidir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin “İcra ödənişinin alınması barədə” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə X2ndan 6862,70 manat (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) icra ödənişi tutulmalıdır. Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2026-cı il tarixli. 12-5/2-1175/2026 nömrəli məktuba əsasən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103- 103/2024 saylı qətnaməsinə əsasən X3 cəmi 68174,16 manat tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalı, tələb üzrə tutma X5 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 134,2 kv.m olan 109 saylı mənzilə (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 146, M.7, mənzil 1) yönəlməlidir. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli xx/xx-306838/2024-24 saylı sifariş məktubuna əsasən ipoteka predmetinin satışına dair açıq hərrac xx.xx.2026-cı il tarixə təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.10cu maddəsinə əsasən sözügedən icra sənədi üzrə icraatın dayandırılmasına dair qərar qəbul edilməsi və X6 tərəfindən verilmiş sifarişin ləğv edilməsi xahiş edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsinə əsasən tələbkarın müvafiq xahişi olduqda, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Şikayətdən görünür ki, məhkəmə qərarı əsasında verilmiş icra sənədi üzrə icraat başlanılmış, icra məmuru tərəfindən elektron hərrac sifarişi verilmişdir. Sonradan tələbkar icra məmuruna müraciət edərək tərəflər arasında razılıq əldə olunduğundan icra icraatının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin icra məmuru icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul etməmişdir. Odur ki, borclu məhkəməyə müraciət edərək icra işinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş edir. Yuxarıda sadalanan qanunvericilik normalarından görünür ki, icra icraatının məcburi dayandırılmalı olduğu hallarda məsələnin həlli ilkin olaraq icra məmurunun səlahiyyətinə aid edilmişdir. İcra məmuru qanunda nəzərdə tutulmuş halların mövcudluğunu müəyyən etdikdən sonra bu barədə müvafiq prosessual qərar qəbul etməlidir. Məhkəmə isə icra məmurunun əvəzinə icraatın dayandırılması barədə birbaşa qərar qəbul edən orqan deyildir. Məhkəmənin səlahiyyəti icra məmurunun qəbul etdiyi qərarın və ya hərəkətsizliyin qanuniliyinin yoxlanılması ilə məhdudlaşır. Hazırki halda şikayətçinin tələbi icra məmurunun səlahiyyətinə aid olan prosessual qərarın məhkəmə tərəfindən birbaşa qəbul edilməsinə yönəlmişdir. Bu isə qanunvericiliklə məhkəməyə verilmiş səlahiyyətlərin hüdudlarını aşmaq olardı. Bununla belə borclu icra məmurunun hərəkətsizliyini və ya qəbul etdiyi qərarı qanunsuz hesab etdiyi təqdirdə, həmin hərəkət və ya hərəkətsizlikdən qanunla müəyyən edilmiş qaydada ayrıca şikayət vermək hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq şikayət təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar