Məhkəmə qərarları › İş №8(5-104)-363/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-363/2026

04.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-363/2026 04.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kərimli Dinar Abbas oğlunun katibliyi, Borclu katibliyi ilə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3989/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İlqar Allahverdiyevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3989/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İlqar Allahverdiyev təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3989/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 5811,34 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq. borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Bununla belə “İcra haqqında” AR Qanunun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Eyni zamanda tərəfindən müvafiq orqanlara sorğular edilmiş və Borclu mülkiyyətində olan “Mercedes Benz C230 minik” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən borclu izahatında bildirmişdir ki, avtomobil onun mülkiyyətində olsa da, başqa şəxsə məxsusdur. O həmin şəxsə avtomobili idarə etmək, sərəncam verməklə bağlı etibarnamə vermişdir. Təqdimatın təmin olunmamasını məhkəmədən xahiş edir. Tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Elektron icra informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən olunur ki, “Mercedes Benz C230 minik” markalı, **-OE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Borclu mülkiyyətindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3989/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu vurulmuş maddi zərərə görə 5734 manat və dövlət rüsumu olaraq ödənilmiş 77,34 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməlidir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3989/2024 saylı icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddələrinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Həmin Qanunun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya məhkəmə əmrinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirə salınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İlqar Allahverdiyev təqdimatla məhkəməyə müraciət “Mercedes Benz C230 minik” markalı, **-OE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqdimat təmin olunmalı və Borclu mülkiyyətində olan “Mercedes Benz C230 minik” markalı, **-OE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3989/2024 saylı icra sənədinin icrası məqsədilə Borclu mülkiyyətində olan “Mercedes Benz C230 minik” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar