Məhkəmə qərarları › İş №8(5-104)-369/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-369/2026

12.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-369/2026 12.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi Almasova Aytən Asəf qızının katibliyi, Borclu "xxxx" ASC-nin nümayəndəsi X3, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X4 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-398/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" ASC tərəfindən icra məmuru X4 hərəkətinin qanunsuz hesab edilməsi barədə verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu "xxxx" ASC şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-398/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icra məmuru X4 icra sənədi üzrə icraata xitam verilməsindən imtinası barədə hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Yasamal rayon Məhkəməsinin 21 noyabr 2025ci il tarixli e-2(004)-398/2025 saylı icra sənədi borclu "xxxx" ASC tərəfindən tam icra olunduğu üçün icra sənədinin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-398/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2013-cü il tarixdə qoyulmuş 6000 (altı min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 6000 (altı min) manat əmanət məbləğinin üzərinə illik 12 faiz hesablanmaqla; xx.xx.2013-cü il tarixdə qoyulmuş 17000 (on yeddi min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günü idən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 17000 (on yeddi min) manat əmanət məbləğinin üzərinə illik 13,2 faiz hesablanmaqla; xx.xx.2014-cü il tarixdə qoyulmuş 3000 (üç min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıİdığı günün əvvəlki gününədək 3000 (üç min) manat əmanət məbləğinin üzərinə illik 13,2 faiz hesablanmaqla; xx.xx.2014-cü il tarixdə qoyulmuş 25000 (iyirmi beş min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıİdığ günün əvvəlki gününədək 25000 (iyirmi beş min) manat əmanət məbləğinin üzərinə illik 12 faiz hesablanmaqla; xx.xx.2013-cü il tarixdə qoyulmuş 40.000 (qırx min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəli günündən başlayaraq onun qaytarıldığı günün əvvılki gününədək 40.000 (qırx min) manat əmanət məbləğinin üzərinə illik 13.2 faiz hesablanmaqla həmin əmanətlər və faizlər üzərində ½ hissəyə iddiaçı Tələbkar qanun üzrə vərəsə kimi miras pay hüququ tanınması, - xx.xx.2013-cü il tarixdə qoyulmuş 6000 (altı min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 6000 (altı min) manat məbləğində əmanətin üzərinə illik 12 faiz hesablanmaqla; - xx.xx.2013-cü il tarixdə qoyulmuş 17000 (on yeddi min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 17000 (on yeddi min) manat məbləğində əmanətin üzərinə İlik 13,2 faiz hesablanmaqla; - xx.xx.2014-cü il tarixdə qoyulmuş 3000 (üç min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 3000 (üç min) manat məbləğində əmanətin üzərinə illik 13,2 faiz hesablanmaqla; xx.xx.2014-cü il tarixdə qoyulmuş 25000 (iyirmi beş min) manat əmanətiı və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qay arıldığı günün əvvəlki gününədək 25000 (iyirmi beş min) manat məbləğində əmanətin üzərinə illik 12 faiz hesablanmaqla; - xx.xx.2013-cü il tarixdə qoyulmuş 40.000 (qırx min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytanİdığı günün əvvəlki gününədək 40.000 (qırx min) manat məbləğində əmanətin üzərinə illik 13.2 faiz hesablanmaqla, cəmi 91000 manat pulun yansı 45500 manat məbləğində pul və həmin əmanətlərin faiz dərəcələri üzrə hesablama aparılmaqla həmin faizlərin ½ hissəsi məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı Tələbkar ödənilməsi, cavabdeh "xxxx" ASC-dən xx.xx.2013-cü il tarixli, 3-D5- 12-0- 250-13 saylı kredit müqaviləsi üzrə artıq ödənilmiş 13704,83 (on üç min yeddi yüz dörd manat səksən üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3183/2019 saylı qətnaməsi əsasında ödənilməli olan 51072,98 (əlli bir min yetmiş iki dollar doxsan səkkiz sent) ABŞ dolları hissəsinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 (beş) faiz hesablanmaqla 4408,96 (dörd min dörd yüz səkkiz dollar doxsan ıltı sent) ABŞ dolları məbləğində pul (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi tankının müəyyən etdiyi məzənnə üzrə manatla) cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi ərizəçi tərəfindən icra olunmuş, əmanətlər və onların üzərinə hesablanmış faizlər də daxil olmaqla Tələbkar ödənilmişdir. Əlavə olaraq 15.505,94 manat məbləğində vəsaitin ödənilməsinin tələb olunması isə tamamilə əsassızdır. Belə ki, icra sənədi üzrə ödənilməli olan 122.327,52 manat məbləğində vəsait ərizəçi tərəfindən xx.xx.2026-ci il tarixində Tələbkar ödənilmiş, həmçinin əmanət müqavilələri üzrə əmanətlərə hesablanmış faiz məbləğindən müxtəlif tarixlərdə 27.678,69 manat məbləğində vəsait müştəri tərəfindən plastik kart vasitəsi ilə ATM-lərdən (debit kart) istifadə edilmişdir. Bundan başqa? əmanətlərə hesablanmış faiz məbləğlərindən 3.214,79 manat məbləğində vergi ödənişləri olmuşdur (vergi ödənişləri-2.040,13+1.174,66=3214,79 manat, kart vasitəsi ilə (debit kart) ATM-lərdən 27.678,69 manat məxaric, hesabdan çıxarış və hesabdan çıxarışın açıqlaması əlavə edilir). Qeyd edilənlərdən göründüyü kimi əmanətlər üzrə ümumi istifadə olunmuş və vergi ödənişləri olmuş məbləğin cəmi 30.893,48 (27.678,69 manat məxaric edilmiş faiz məbləği, 3.214,79 manat vergi ödənişi, 27.678,69+3.214,79=30.893,48) manat olmuşdur. Həmin məbləğin 1/2 hissəsi 15.446,74 manat təşkil edir. Bu məbləğ də icra sənədi ərizəçi tərəfindən icra olunarkən tələbkara ödənilən ümumi məbləğdən çıxılmışdır. Yekun olaraq Yasamal rayon Məhkəməsinin e-2(004)-398/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Tələbkar ödənilməli olan məbləğ 122.327,52 manat (137.774,26 - 15.446,74=122.327,52) təşkil etmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin 21 yanvar 2026-cı il tarixli icraata başlamaq haqqında qərar könüllü icra müddətində ərizəçi tərəfindən icra edilərək əmanət müqavilələri üzrə 122.327,52 manat məbləği xx.xx.2026-cı il tarixində Tələbkar hesabına köçürülmüşdür. Bununla bağlı ərizəçi tərəfindən KBD-874 nömrəli xx.xx.2026-cı il tarixli məktub ilə Yasamal rayon İcra Şöbəsinə müraciət olunaraq icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Lakin buna baxmayaraq, Bakı şəhəri Yasamal rayon İcra şöbəsi xx.xx.2026-cı il tarixli e10125/2026-53-26 nömrəli məktub ilə Banka müraciət edərək icra sənədinin ərizəçi tərəfindən icra olunmadığını və əlavə olaraq ərizəçinin 15505.94 manat ödəniş etməli olduğu bildirilmişdir. Halbu ki, əmanət müqavilələri üzrə müştəri tərəfindən götürülmüş faiz məbləğləri və vergi ödənişləri nəzərə alınmalı idi. Göründüyü kimi, əmanət müqavilələri üzrə müştəri tərəfindən istifadə edilmiş məbləğlərin təkrar Bankdan tələb olunması əsasızdır və Yasamal rayon Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli e-2(004)-398/2025 saylı icra sənədi borclu "xxxx" ASC tərəfindən tam icra olunduğu üçün icra sənədinin icraatına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən borclu "xxxx" ASC-nin nümayəndəsi X5 şikayətin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X4 hərəkətinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X7 izahatında bildirmişdir ki, qalan 15505.94 manat borclu tərəfindən ödənilməlidir. Həmçinin borclunun 3.214,79 manat vergi ödəməsinə münasibətdə bildirmişdir ki, əmanətlərə hesablanmış faiz məbləğlərindən vergi tutulması 2023-cü ildən sonra qoyulan əmanətlərə aiddir. Əmanət müqavilələri üzrə əmanətlərə hesablanmış 27.678,69 manat faiz məbləğinin əmanət qoyan tərəfindən istifadə olunması ilə bağlı isə bildirmişdir ki, bu ya məhkəmə prosesi zamanı mübahisələndirilməli idi, ya da Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edilməlidir. Ona görə də, şikayət əsassız olduğu üçün rədd edilməlidir. Daha sonra? Tələbkar nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsi ünvanlayaraq, borclu "xxxx" ASC tərəfindən verilmiş ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-398/2025 saylı icra vərəqəsi icra olunması üçün Yasamal rayon İcra Şöbəsinə verilmişdir. İcra sənədi üzrə ödənilməli məbləğ 137.833,46 manat təşkil etmişdir. Borclu "xxxx" ASC 122.327,52 manat ödəniş etsə də, qalan 15.505,94 manat məbləği ödəməmiş, ona görə də icra sənədi tam icra edilməmişdir. Borclu "xxxx" ASC icra sənədi üzrə ödənilməli olan məbləğin 137.833,46 manat olmasını qəbul etsə də, geri qalan məbləğin ödənilməsindən imtinasını mərhum X1 2013-cü ildə başqa əmanət müqaviləsi üzrə faiz gəlirlərindən 27.678,69 manat məbləğində vəsait müştəri tərəfindən plastik kart vasitəsi ilə ATM-lərdən (debit kart) istifadə edilməsi və 3214 manat vergi ödənişi ilə əlaqələndirmişdir. Borclunun belə bir imtinası tamamilə əsassızdır və icra sənədinin icrasının yubadılmasına yönəlmişdir. Belə ki, ilk öncə nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra qəti xarakter daşımaqla qətnamədə göstərilənlərin olduğu kimi icra edilməsi borclu üçün məcburidir. Bundan əlavə, X1 2013-cü ildə başqa əmanət müqaviləsi (50.000 ABŞ dolları) üzrə faiz gəlirlərindən 27.678,69 manat məbləğində vəsait müştəri tərəfindən plastik kart vasitəsi ilə ATM-lərdən (debit kart) istifadə edilməsi dəlili ilə bağlı məhkəmənin nəzərinə çatdır ki, "xxxx" ASC məhz bu məbləğlə bağlı Tələbkar qarşı Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq əsassız varlanma əsası ilə həmin pulun ondan tutulmasını xahiş etmiş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1606/2023 saylı, 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən narazı qalan "Yelo bank” ASC apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(103)- 4729/2023 saylı qətnaməsi ilə iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1606/2023 saylı, 27 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı "xxxx" ASC-nin cavabdeh Tələbkar qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Apellasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır, iddiaçı hazırkı mübahisənin həll edilmə yolunu düzgün seçməyərək qanuni qüvvəsini almış məhkəmə aktına əsasən öz həllini tapmış məsələni məhkəməyə yenidən müraciət etməklə mübahisələndirir. Halbuki, mahiyyəti üzrə araşdırılmış və barəsində yekun məhkəmə aktı qəbul edilmiş halların, o cümlədən həmin hallara əsasən məhkəmənin gəldiyi nəticənin bu cür prosessual qaydada mübahisələndirilməsi yolverilməzdir, bu da həmin nəticənin qanuni və əsaslı olması prezumpsiyasından irəli gəlir. Belə olan halda məhkəmə hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)- 3183/2019 saylı, 05 avqust 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. “Yelo bank" ASC həmin qərardaddan kassasiya şikayəti versə də, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)- 4526/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və paellyasiya məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır. Göründüyü kimi, borclu hazırkı icra sənədi üzrə ödənilməli olan məbləğin ödənilməsindən imtina edərkən daha əvvəllər mübahisə predmeti olmuş başqa əmanət müqaviləsi üzrə faiz gəlirlərindən istifadə edilməsinə əsaslanır ki, məhz həmin məsələ ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarları var və bundan əlavə ayrıca icraatda Tələbkar həmin vəsaitin tələb edilməsinin yolverilməzliyinə görə də qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Bu da borclu tərəfindən qaldırılan bu məsələnin tam əsassız olduğunu göstərir. Vergi məsələsinə gəldikdə nəzərə almaq lazımdır ki, bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlb edilməsi ilə bağlı normalar 2023-cü ildə Vergi Məcəlləsinə daxil edilmişdir. Hazırkı icra sənədi üzrə tələb olunan əmanət və üzərinə hesablanmış faizlər 2013 və 2014-cü il tarixlərinə aid əmanətlərdir. Ən vacibi isə 5 dekabr 2023-cü il tarixdə Vergi Məcəlləsinə 102.1.22-4cü maddə əlavə edilməklə 18 aydan artıq müddətə banka qoyulna əmanətlərin (depozitlər) faiz gəlirləri 3 il müddətinə gəlir vergisində azad edilmişdir. Yəni, bu o deməkdir ki, bu əmənətlər üzərinə hesablanmış faiz gəlirləri üçün heç bir halda vergi ödənilə bilməz və nəticə etibarilə borclunun bu arqumenti də əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 102.1.22-4. yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi -3 il müddətinə gəlir vergisindən azaddır. Məhkəmə, şikayəti, icra işini nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi təmin edilməməlidir. Belə ki, icra işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-389/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2013-cü il tarixdə qoyulmuş 6000 (altı min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 6000 (altı min) manat əmanət məbləğinin üzərinə illik 12 faiz hesablanmaqla; xx.xx.2013-cü il tarixdə qoyulmuş 17000 (on yeddi min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 17000 (on yeddi min) manat əmanət məbləğinin üzərinə illik 13,2 faiz hesablanmaqla; xx.xx.2014-cü il tarixdə qoyulmuş 3000 (üç min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 3000 (üç min) manat əmanət məbləğinin üzərinə illik 13,2 faiz hesablanmaqla; xx.xx.2014-cü il tarixdə qoyulmuş 25000 (iyirmi beş min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 25000 (iyirmi beş min) manat əmanət məbləğinin üzərinə illik 12 faiz hesablanmaqla; xx.xx.2013-cu il tarixdə qoyulmuş 40.000 (qırx min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 40.000 (qırx min) manat əmanət məbləğinin üzərinə illik 13.2 faiz hesablanmaqla, həmin əmanətlər və faizlər üzərində 1/2 hissəyə iddiaçı Tələbkar qanun üzrə vərəsə kimi miras pay hüququ tanınmalı, xx.xx.2013-cü il tarixdə qoyulmuş 6000 (altı min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 6000 (altı min) manat məbləğində əmanətin üzərinə illik 12 faiz hesablanmaqla; xx.xx.2013-cü il tarixdə qoyulmuş 17000 (on yeddi min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 17000 (on yeddi min) manat məbləğində əmanətin üzərinə İlik 13,2 faiz hesablanmaqla; xx.xx.2014-cü il tarixdə qoyulmuş 3000 (üç min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 3000 (üç min) manat məbləğində əmanətin üzərinə illik 13,2 faiz hesablanmaqla; - xx.xx.2014-cü il tarixdə qoyulmuş 25000 (iyirmi beş min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günür) əvvəlki gününədək 25000 (iyirmi beş min) manat məbləğində əmanətin üzərinə illik 12 faiz hesablanmaqla; xx.xx.2013-cü il tarixdə qoyulmuş 40.000 (qırx min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 40.000 (qırx min) manat məbləğində əmanətin üzərinə illik 13.2 faiz hesablanmaqla, cəmi 91000 manat pulun yarısı 45500 manat məbləğində pul və həmin əmanətlərin faiz dərəcələri üzrə hesablama aparılmaqla həmin faizlərin % hiss|əsi məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı Tələbkar ödənilməli, cavabdeh "xxxx" ASC-dən xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsi üzrə artıq ödənilmiş 13704,83 (on üç min yeddi yüz dörd manat səksən üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 3183/2019 saylı qətnaməsi əsasında ödənilməli olan 51072,98 (əlli bir min yetmiş iki dollar doxsan səkkiz sent) ABŞ dolları hissəsinin ödənilməsinin gecikdirllməsinə görə illik 5 (beş) faiz hesablanmaqla 4408,96 (dörd min dörd yüz səkkiz dollar doxsan altı sent) ABŞ dolları məbləğində pul (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2026cı il tarixli İcraata başlamaq haqqında qərarına əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)-389/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcra işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2026-cı il tarixli bildirişə əsasən borclu "xxxx" ASC-yə Yasamal Rayon Məhkəməsinin 2(004)-389/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi üçün vaxt verilmişdir. İcra işinin materiallarında olan "xxxx" ASC tərəfindən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, "xxxx" ASC-yə xx.xx.2026-cı il tarixdə daxil olmuş Yasamal rayon icra Şöbəsi tərəfindən xx.xx.2026-cı il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərara və e10125/2026-53-26 nömrəli xx.xx.2026-cı il tarixli bildirişə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli e-2(004)-398/2025 nömrəli icra sənədi xx.xx.2026-cı il tarixdə "xxxx" ASC tərəfindən icra olunmuşdur. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli e-2(004)-398/2025 saylı icra sənədi borclu "xxxx" ASC tərəfindən tam icra olunduğu üçün icra sənədinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İcra işinin materiallarında olan Tələbkar xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, borclunun bank hesablarına inkasso sərəncamı qoyulmaqla 15.505,94 (on beş min beş yüz beş manat doxsan dörd qəpik) manat pulun Tələbkar ödənilməsini xahiş etmişdir. İcra işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən "xxxx" ASC-yə göndərilmiş xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-398/2025-064 nömrəli, xx.xx.2026-cü il tarixli icra sənədinin icrası ilə bağlı "xxxx" ASC tərəfindən xx.xx.2026-cı il tarixdə 122327,52 manat Tələbkar ödənilmişdir. Lakin tələbkar ərizə ilə şöbəyə müraciət edərək bildirmişdir ki, 15.505,94 manat qalıq məbləğ ödənilməmişdir. Qeyd olunan 15.505,94 manat qalıq məbləği məktuba əlavə olunmuş bank hesabına köçürülməsi xahiş olunur. İcra işinin materiallarında olan "xxxx" ASC tərəfindən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Yasamal rayon Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli e-2(004)-398/2025 saylı icra sənədi borclu "xxxx" ASC tərəfindən tam icra olunduğu üçün icra sənədinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İcra işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən "xxxx" ASC-yə göndərilmiş xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-398/2025 saylı, xx.xx.2025-ci il tarixli məhkəmə qərarının icrası ilə bağlı Yasamal rayon icra şöbəsinə daxil olmuş KBD-874 saylı, xx.xx.2026-cı il tarixli məktuba cavab olaraq bildirilir ki, analoji hallarla bağlı Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının qərarına əsasən, qətnamə çıxarılarkən tərəflərin hüquq və vəzifələri barəsində məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktların aşkar edilməsi tələbkara maraqlarına toxunan məsələ barədə yeni iddia ərizəsi ilə yox, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3183/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmək hüququnu yaradır. Bunun əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etməyiniz tövsiyə olunur. Həmçinin yazıb Sizə bildiririk ki əmanətlər üzərinə hesablanmış faizlərdən gəlir vergisi xx.xx.2023-cü il tarixdən sonra qoyulmuş əmənətlərə şamil olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-398/2025 saylı, xx.xx.2025-ci il tarixi icra sənədi üzrə ödənilməmiş 15.505,94 manat qalıq məbləğin Tələbkar bank hesabına ödənilməsi xahiş olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi, icra məmuru tərəfindən icra sənədinin icrasının təmin etmək məqsədilə zəruri icra tədbirləri həyata keçirilmişdir. Belə ki, icra məmuru tərəfindən icra sənədinin icrasını təmin etmək məqsədilə icra sənədi üzrə icraata başlanmış və borcluya icra sənədində göstərilən tələbin icra edilməsi üçün bildiriş göndərilmişdir. İşin mübahisəsiz halıdır ki, sözügedən icra sənədi üzrə borclu "xxxx" ASC-dən 137774,26 manat məbləğində pul tutularaq Tələbkar ödənilməlidir. Lakin "xxxx" ASC icra sənədi üzrə hesablanmış borcdan 122.32752 manat ödəniş edərək, borcun tam ödənildiyini bildirmiş və icra məmurundan icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi icraata xitam verilməsi üçün qalan 15446.74 manat borcun ödənilməsini borcludan tələb etmişdir. Lakin borclu əmanət müqavilələri üzrə əmanətlərə hesablanmış faiz məbləğindən müxtəlif tarixlərdə 27678.69 manat məbləğində vəsaitin müştəri tərəfindən istifadə edildiyini və əmanətlərə hesablanmış faiz məbləğlərindən 3214.79 manat məbləğində vergi ödənişlərinin edildiyini bildirərək, həmin məbləğlərin (27678.69+3214.79=30893.48) 1/2 hissəsi olan 15446.74 manat məbləğin icra sənədi icra olunarkən tələbkara ödənilən ümumi məbləğdən çıxılmalı olduğunu əsas gətirmişdir. Buna görə də qalan 15446.74 manat məbləği ödəməmişdir. Məhkəmə borclunun əsas gətirdiyi dəlillərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Həmçinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Odur ki, məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədi borclu tərəfindən tam icra edilmədiyindən icra məmuru haqlı olaraq icra sənədinin icrasına xitam verməkdən imtina etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmanətlər üzərinə hesablanmış faizlərdən gəlir vergisi xx.xx.2023-cü il tarixdən sonra qoyulmuş əmanətlərə şamil olunur. Hazırki icra sənədi verilmiş məhkəmə aktında göstərilən əmanətlər isə 2023-cü il tarixindən əvvəlki tarixlərdə qoyulmuşdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə işdə iştirak edən şəxslər tərəfindən, işə yenidən baxmaq üçün əsas olmuş Mülki Prosessual Məcəllənin 432-ci maddəsində göstərilən halların aşkar olunduğu gündən 1 aydan gec olmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə verilə bilər. Göründüyü kimi icra məmurunun hərəkətləri qanuni olmuş, icra məmuru borcludan qalıq borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1894/2025 saylı qətnaməsinin icra edilməməsinin qanunsuz hesab edilməsi barədə tələbkar X2 şikayət ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-398/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" ASC tərəfindən icra məmuru X4 hərəkətinin qanunsuz hesab edilməsi barədə verilmiş şikayət təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar