Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-430/2026 18.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kərimli Dinar Abbas oğlunun katibliyi ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4729/2022-024 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4729/2022-024 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4729/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 5230,67 (beş min iki yüz otuz manat altmış yeddi) manat əsas borc, 220,32 (iki yüz iyirmi manat otuz iki qəpik) manat faiz borcu, 46,44 (qırx altı manat qırx dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 5497,43 (beş min dörd yüz doxsan yeddi manat qırx üç qəpik) manat borc və ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. İcraat zamanı “Elektron icra” informasiya sistemindən Borclu mülkiyyətində “VAZ 21063 MİNİK” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi müəyyən olunmuşdur. “İcra haqqında” AR Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından,həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından,zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından,onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Həmin qanuna əsasən təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini,zədələnməsini,korlanmasını,gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda,icra məmuru məhkəmə qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər və icra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 4729/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu 5230,67 (beş min iki yüz otuz manat altmış yeddi) manat əsas borc, 220,32 (iki yüz iyirmi manat otuz iki qəpik) manat faiz borcu, 46,44 (qırx altı manat qırx dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 5497,43 (beş min dörd yüz doxsan yeddi manat qırx üç qəpik) manat borc və ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-4729/2022-024 saylı icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Tələbkar Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə göndərilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, tələbkar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4729/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclunun 4907,94 manat məbləğində qalıq borcunun qaldığını bildirərək tutmanın borclunun əmək haqqına yönəldilməsini xahiş etmişdir. Tələbkar Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə göndərilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, tələbkar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4729/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclunun hazırki vaxta kimi icra sənədi üzrə bank qarşısında olan öhdəliyini yerinə yetirmədiyini bildirərək icra sənədinin vaxtında,tam və düzgün icra edilməsini təmin etmək məqsədi ilə borclunun barəsində axtarış elan edilməsi və görülmüş tədbirlər barədə onlara məlumat verilməsini xahiş etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddələrinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Həmin Qanunun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya məhkəmə əmrinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirə salınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmə hesab edir ki, təqdimat təmin olunmalı və Borclu mülkiyyətində olan “VAZ 21063 MİNİK” markalı, **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4729/2022- 024 saylı icra sənədinin icrası məqsədilə Borclu mülkiyyətində olan “VAZ 21063 MİNİK” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Xəlil
Məhkəmə qərarları › İş №8(5-104)-430/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-430/2026
18.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver