Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-445/2026 11.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, Tələbkar tərəfindən ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizəsinə və əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizə ilə xx.xx.2026cı il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9152/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarı ilə ödənilməmiş cəmi 807 manat məbləğinin indeksləşdirilərək 2014-cü ilin sentyabr ayından – 2026-cı ilin yanvar ayınadək 211 faiz artımı (807 manat x 211% = 1702.77 manat) nəzərə alaraq, cəmi 2506.77 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəçi hazırki tələblə bağlı ərizə ilə məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət etməklə haqlı olmamışdır. Belə ki, xx.xx.2026-cı il tarixli elektron portal çıxarış məlumatlarına əsasən Borclu1 xx.xx.2021-ci il tarixdə, digər Borclu2 isə xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Göründüyü kimi, ərizə verilərkən birgə borclular kimi göstərilən Borclu1 və Borclu2 artıq vəfat etmiş və tələb ölmüş şəxslərə qarşı qaldırılmışdır. Bu halda hazırki tələbə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48-ci və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsi tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizə qəbul etməkdən imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, tələbkara Azərbaycan Respublikasının MPM-nin 153.3-cü maddəsinin tələbləri izah olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152-ci və 268-ci maddələrinə əsasən QƏRARA ALDİ: Tələbkar tərəfindən ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(5-104)-445/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-445/2026
11.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver