Məhkəmə qərarları › İş №8(5-104)-458/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-458/2026

17.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-458/2026 17.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahların qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5485/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə “əmlakın üzərinə həbsin qoyulması haqqında” Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5485/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu məxsus Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.15 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5485/2019-011 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21 avqust 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya dərhal icra ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən könüllü olaraq icra sənədinin icrası təmin edilməmiş və icranın təmin etməkdən boyun qaçırmışdır. "İcra haqqında" AR Qanunun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında ola pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 45.6-cı maddəsinə əsasən borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. İcraat zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti №0619851, RX seriyalı çıxarışında Borclu məxsus Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.15 ha torpaq sahəsi mülkiyyətindədir. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Həmin qanuna əsasən təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmə qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər və icra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verilməlidir. İcra işi üzrə icra məmuruna, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarına əlavə edilmiş: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5485/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, iddia ərizəsi təmin olunmuşdur. İddiaçı X5 ilə cavabdeh Borclu arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində bağlanmış və 925 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Boşanmadan sonra xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 anaları X2 himayəsinə verilmişdir. Cavabdeh Borclu xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21 avqust 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Yasamal rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icra sənədinin “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5485/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış, Borclu 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli “tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, Borclu icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Bakı şəhər Yasamal rayon İcra şöbəsinin xx.xx.2020-ci tarixində Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə, "xxxx" ASC-yə, “X16 Azərbaycan” QSC-yə, "xxxx" ASC-yə göndərdiyi sorğudan görünür ki, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar, siyahıda göstərilən şəxslərin mülkiyyətində qiymətli kağızların, bank hesablarının və hesablardakı vəsaitləri barədə məlumat verilməsi xahiş edillmişdir. Bakı şəhər Yasamal rayon İcra şöbəsinin xx.xx.2020-ci tarixində Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərdiyi sorğudan görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar siyahıda göstərilən şəxslərin fərdi uçot sistemində sığortaolunan və ya pensiyaçı olması haqqında müvafiq məlumatların verilməsi xahiş edilmişdir. Bakı şəhər Yasamal rayon İcra şöbəsinin xx.xx.2020-ci tarixində "xxxx" ASC-yə, "xxxx" ASC-yə, "xxxx" ASC-yə, "xxxx" ASC-yə göndərdiyi sorğudan görünür ki, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar siyahıda göstərilən şəxslərin mülkiyyətində qiymətli kağızların, bank hesablarının və hesablardakı vəsaitləri barədə məlumat verilməsi edilmişdir. "xxxx" ASC-nin Bakı şəhər Yasamal rayon İcra şöbəsinə göndərdiyi xx.xx.2020-ci il tarixli sorğuya cavabdan görünür ki, Borclu "xxxx" ASC-də hesabları yoxdur. “X16 Azərbaycan” QSC-nin Bakı şəhər Yasamal rayon İcra şöbəsinə göndərdiyi 01050 saylı, xx.xx.2020-ci tarixli sorğuya cavabdan görünür ki, məktubda adı çəkilən şəxslərin “X16 Azərbaycan” QSC-də hesabları mövcud deyildir. "xxxx" ASC-nin Bakı şəhər Yasamal rayon İcra şöbəsinə göndərdiyi xx.xx.2020-ci il tarixli sorğuya cavabdan görünür ki, məktubda adları qeyd edilən şəxslərə məxsus olan hər-hansı bir hesab 31 yanvar 2020-ci il tarixinə banklarında mövcud deyildir. "xxxx" ASC-nin Bakı şəhər Yasamal rayon İcra şöbəsinə göndərdiyi xx.xx.2020-ci il tarixli sorğuya cavabdan görünür ki, Borclu adına "xxxx" QSC-də bugünkü tarixdə aktiv bank hesabları mövcud deyildir. X2 Bakı şəhər Yasamal rayon İcra şöbəsinə göndərdiyi Bakı şəhər Yasamal rayon İcra şöbəsinə göndərdiyi xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5485/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı bildirir ki, Borclu tərəfindən ona aliment vaxtında ödənilmir. İki uşağa özü baxır. Heç bir yerdə işləmir. Borclunun ona 2110 manat aliment borcu vardır. Bankdan çıxarışı ərizəsinə əlavə edir. Aliment borcunu hesablayaraq ona ödənilməsini təmin edilməsini, alimentin ödənilməsi üçün bütün məcburi icra tədbirlərini həyata keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-498/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilərək Borclu mülkiyyətində olan “X9 3” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, Qərardadın dərhal icra edilməsi,Qərardadın icrasının Yasamal Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhər Yasamal rayon İcra şöbəsi və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-498/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı X14 İdarəsinə göndərilmişdir. Bakı şəhər Yasamal rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli “borclunun axtarılması” haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5485/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar xx.xx.1977-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilməsi qərara alınmışdır. Bakı şəhər Yasamal rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5485/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı icra məmuru B.N.Babayevin "borclunun axtarılması haqqında" xx.xx.2020-ci il tarixli qərarı icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(004)- 498/2020 saylı qərardadının icrası ilə əlaqədar bildirilir ki, "X9 3" markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Borclu adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Odur ki, qərardadın icrası mümkün olma Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(004)-498/2020 saylı qərardadının icrası ilə əlaqədar bildiririk ki, "X9 3" markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Borclu adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Odur ki, qərardadın icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı X14 İdarəsinin xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2020-ci il tarixli qərarın icrası ilə əlaqədar olaraq bildirirlər ki, borclu kimi axtarılan Borclu barəsində Yasamal rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsində 90979 nömrəli axtarış işi açılmış, müvafiq axtarış tədbirləri həyata keçirilir. Keçirilən tədbirlər zamanı hər hansı bir müsbət nəticə əldə edildikdə məlumat veriləcəkdir. Bakı şəhər Yasamal rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5485/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan "Hyundai Sonata" minik markalı, **-UU-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması,Qərarın dərhal borcluya, tələbkara və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-108/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5485/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı Borclu adına olan «Hyundai Sonata» minik markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması, qərardadın icrasının Yasamal Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Yasamal rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının icrası ilə əlaqədar bildiririk ki, "HYUNDAİ SONATA" markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə Borclu adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Odur ki, qərarın icrası mümkün olmamışdır. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə göndərilmiş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5485/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı "Elektron İcra İnformasiya Sistemi"ndən aldığımız məlumata əsasən Borclu mülkiyyətində "X9 3" minik markalı, **-TU-***, "Mercedes Benz S350" minik markalı, **-XX-***, "Hyundai Sonata" minik markalı, **-UU-***, "X15" minik markalı, **-RR-***, "X8" minik markalı, **-DO-***, "Toyota LC200" minik markalı, **-XX-***, "X9 4" minik markalı, **-DO-*** və "BMW 750" minik markalı, **-XX-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitələrinin olduğu müəyyən edilmişdir. Belə ki, "Elektron İcra İnformasiya Sistemi"ndə qeyd olunan məlumatlardan fərqli markalı nəqliyyat vasitələrinin eyni dövlət qeydiyyat nömrə nişanı ilə qeydiyyata alındığı əks olunmuşdur. Həmçinin "X9 3" minik markalı, **-TU-*** və "Hyundai Sonata" minik markalı, **-UU-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə məhkəmə qərarı ilə həbs qoyularaq icra olunması üçün sizə göndərilmiş, lakin icra şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli məktublardan avtomobillərin özgəninkiləşdirildiyi bildirilmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq Borclu mülkiyyətində olan əmlaklar barədə şöbəyə məlumat verilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5485/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə iş üzrə borclu xx.xx.1977-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu barəsində xx.xx.2020-ci il tarixdə axtarış qərarı qəbul olunaraq icra olunması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə göndərilmişdir. İcraat zamanı Borclu barəsində 90979 nömrəli axtarış işinin açıldığı və işin Yasamal Rayon Polis İdarəsinin icraatında olduğu məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq axtarış tədbirlərinin gücləndirilməsi üçün müvafiq tapşırıq verilməsi xahiş edilmişdir Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən X4 göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5485/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Borclu xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün son 1 il müddətində icra məmuru tərəfindən görülmüş icra tədbirləri müsbət nəticə vermədiyindən Bakı şəhəri Yasamal rayon icra şöbəsi vasitəsilə alimentin ödənilməsi təmin olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Araşdırma zamanı müəyyən olunmuşdur ki, Borclu barəsində Yasamal Rayon Polis İdarəsində xx.xx.2022-ci il tarixində 90979 nömrəli axtarış işi açılaraq icra olunması üçün ərazi aidiyyəti üzrə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə göndərilmişdir. Odur ki, Borclu olduğu yerin müəyyən edilməsi və aidiyyəti üzrə təhvil verilməsi məqsədilə aidiyyəti xidmət əməkdaşına müvafiq göstəriş verilməsi tələb olunmuşdur. Görülmüş işlərin nəticəsi barədə Yasamal rayon icra şöbəsinə məlumat verilməsi təmin edilməlidir. Yasamal rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli xx/xx-1926xx/xx/20001 nömrəli məktub icra edilməsi üçün ərazi aidiyyəti üzrə göndərilir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Tələbkar göndərdiyi xx.xx.2025 tarixli məktubdan görülür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5485/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu tərəfindən hər ay cəmi 320 manat miqdarında tutulmalı olan alimentin ödənilməsi borclunun icratdan yayınması və barəsində axtarış qərarı qəbul edildiyindən Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən təmin olunmamışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-573/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizənin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-5485/2019 nömrəli qətnaməsi ilə Borclu xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində indeksasiya olunması qərara alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən tələbin ödənilməsi borclu tərəfindən təmin edilmədiyindən, tələbin icrası məqsədi ilə borcluya məxsus Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.15 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.15 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar