Məhkəmə qərarları › İş №8(5-104)-459/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-459/2026

17.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-459/2026 17.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Tələbkar, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1523/2025-011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan “VAZ 21154 MİNİK markalı, 90NJ048 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1523/2025-011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 500 (beş yüz) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul tutularaq iddiaçı X1 ödənilməlidir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “VAZ 21154 minik markalı, **-NJ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1523/2025-011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, Borclu 500 (beş yüz) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul tutularaq iddiaçı X1 ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. “İcra haqqında” AR Qanunun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatılarında ola pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.6-cı maddəsinə əsasən borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. İcraat zamanı məlum olmuşdur ki, Elektron İcra İnformasiya Sistemindən məlum olmuşdur ki, “VAZ 21154 minik markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Borclu mülkiyyətindədir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayev təqdimatı müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, icra sənədi üzrə borclu tərəfindən 530 manat borcdan 250 manat ödəniş olunub. İcra sənədi üzrə borclunun ünvanına aliment borcu ilə bağlı baxış keçirtmiş, lakin evdə dəyərli hər hansı əşya tapılmamışdır. Göstərilənlərə əsasən məhkəmədən təqdimatın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirdi ki, icra sənədi üzrə borclu sonuncu dəfə 250 manat ödəniş edib, borcunun digər hissəsini isə ödəmir. Təqdimatın təmin edilməsini xahiş edir. İcra sənədi üzrə borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştiraçılarının izahatını dinləyib, təqdimatı, icra işini və icra işində olan sənədləri araşdıraraq, məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1523/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 500 (beş yüz) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul tutularaq iddiaçı X1 ödənilməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin 19 may 2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1523/2025-011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş “tələbin könüllü icrası haqqında” 19 may 2025-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1523/2025-011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin Borclu tərəfindən könüllü icra edilməsi xahiş edilmişdir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin 12 iyun 2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1523/2025- 011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “VAZ 21154 minik markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə edilmiş Elektron İcra İnformasiya Sistemindən çıxarışa əsasən “VAZ 21154 minik markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Borclu mülkiyyətindədir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənədək borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə borc məbləğini nəzərə alaraq hesab edir ki, müvafiq icra sənədi üzrə Borclu mülkiyyətində olan “VAZ 21154 minik markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması borca mütənasib hesab etmir. Eyni zamanda məhkəmə bildirir ki, hazırki icra işi materiallarında borclunun evinə baxış keçirilməsi barədə müvafiq akt aşkar edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Borclu 500 (beş yüz) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul tutularaq iddiaçı X1 ödənilməlidir. Həmin məbləğdən o, təxminən 250 manat ödəniş edilmişdir. Bu hal məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatları ilə öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə qalıq təxminən 280 manat borc məbləğini də nəzərə alaraq, Borclu mülkiyyətində olan “VAZ 21154 minik markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması barədə təqdimatın təmin edilməməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1523/2025-011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan “VAZ 21154 MİNİK markalı, 90NJ048 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar