Məhkəmə qərarları › İş №8(5-105)-12/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(5-105)-12/2026

23.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(5-105)-12/2026 23.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət edərək qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-1189/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh “X7” MMCdən 14492.80 manat məbləğində borc və 134 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14626.80 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Borclu hüquqi şəxs Borclu ilə xx.xx.2025-ci il tarixdə əlaqə saxlanılmış və şöbəyə dəvət olunmuşdur. Lakin borclu hüquqi şəxs Borclu şöbəyə gəlməkdən yayınmış və bu barədə akt tərtib olunmuşdur. Həmçinin borclu hüquqi şəxs Borclu məxsus mobil nömrələrə xx.xx.2025-ci il tarixdə sms bildiriş göndərilmiş və dəfələrlə zəng olunsa da, gəlməkdən yayınmışdır. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu hüquqi şəxs Borclu ölkəni tərk etmək niyyətindədir. Odur ki, Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Göstərilənləri nəzərə alaraq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddələrini rəhbər tutaraq, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1189/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu fiziki şəxs xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş və Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndi, Yeni ünvan 1 ünvanda qeydiyyatda olan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə təqdimatı qəbul edərək təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsi və icra sənədi üzrə borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Abşeron rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin və icra sənədi üzrə borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məhkəməsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı dəlillərini nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1189/2025 saylı, xx.xx.2025-ci il tarixli (verilmə tarixi xx.xx.2025-ci il) icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh “X7” MMC-dən 14492.80 manat məbləğində bоrc və 134 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14626.80 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar və bildirişin surətindən görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1189/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. -Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X1, hal şahidləri X3 və X4 iştirakları ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 15:31-də “X7” MMC-nin direktoru Borclu məxsus ********** mobil nömrəsi ilə əlaqə saxlanılıb dəfələrlə şöbəyə dəvət olunsa da, o, şöbəyə gəlməkdən yayınmışdır. -AZEMİS “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, “X7” MMC adlı qurum VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə xx.xx.2022ci il tarixdə qeydə alınmış, qanuni təmsilçisi Borclu (FİN: xxxxxxx), hüquqi ünvanı AZ0100, ünvan 4 ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Göründüyü kimi icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti, yəni borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 28. Azadlıq hüququ. İ. Hər kəsin azadlıq hüququ vardır. İİ. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. Maddə 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi Maddə 9.3.6. Vətəndaşın ölkədən getmək hüququ məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək məhdudlaşdırıla bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir Maddə 43. Məcburi icra tədbirləri. Maddə 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Maddə 84-1. Borclunun, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması. Maddə 84-1.1. İcra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Maddə 84-1.2. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun (Avropa Məhkəməsinin Burdov Rusiyaya qarşı, Tarverdiyev Azərbaycana qarşı iş üzrə qərarları və sair qərarlar). Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədilə borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Məhkəmə hesab edir ki, şübhələr əsaslıdır ki, borclunun ölkədən getməsi həmin məhkəmə qərarının icrasına və bununla da tələbkarların hüquqlarının təmin edilməsinə maneələr yaradacaqdır. Həm də borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması müvəqqəti xarakter daşıyır və məhkəmə qətnaməsi icra olunduğu təqdirdə götürüləcəkdir. Bu xüsusda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması onun əməlinə adekvatdır və demokratik cəmiyyətdə zəruridir. Məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2025-ci il tarixli, 196-VİİQD nömrəli Qanunun 1.4-cü maddəsinə əsasən, 231.4-cü maddədə birinci halda “borclunun” sözü “borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin” sözləri ilə əvəz edilmiş və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır.” Odur ki, borclu fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə müvafiq məhkəmə qərarı qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir və icra edilməsi üçün aidiyyəti üzrə müvafiq icra şöbəsinə göndərilir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün Borclu ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1992-ci il təvəllüdlü, Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndi, Yeni ünvan 1 ünvanda qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti - Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1189/2025 saylı, xx.xx.2025-ci il tarixli (verilmə tarixi xx.xx.2025-ci il) icra vərəqəsi üzrə tələb icra olunanadək məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Qərardaddan şikayət verilməsi qərardadın icrasını dayandırmır. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar