Məhkəmə qərarları › İş №8(5-105)-14/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(5-105)-14/2026

23.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(5-105)-14/2026 23.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nicat Mahmudovun təqdimatına Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron rayon 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-20049 nömrəli icra sənədinə əsasən tələbkar "xxxx" ASC-nin xeyrinə Borclu BPM**********96 (257YMSL2********) nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5439,89 manat, bundan əlavə 0,05 manat cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu (haqq) olmaqla, cəmi 5464,94 manat məbləğində pulun tutulması təklif edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nicat Mahmudov təqdimatla məhkəməyə müraciət edərək, Abşeron rayon 1 saylı notariat ofisinin 8İ-20049 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Borclu (Azərbaycan Respublikası hüdudlarından) ölkədən getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nicat Mahmudov təqdimatı onunla əsaslandırmışdır ki, Borclu cəmi 5464,94 manat məbləğində borc pul alınıb "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədləri Ahşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “icraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu heç bir üzürlü səbəb göstərmədən könüllü icra üçün verilmiş müddətdə icra tələbini tam təmin etməmişdir. Borclu ölkəni tərk etmək ehtimalı olduğu məlum olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu fiziki şəxs ölkəni tərk etmək niyyətindədir. Оdur ki, borclu fiziki şəxs Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında izahat verərək bildirdi ki, o, müəllim işlədiyi zaman "xxxx" ASC-dən kredit götürmüş, lakin daha sonra borcunu ödəyə bilməmişdir. Banka kredit borcu üzrə qrafiki uzatmağı təklif etmiş, lakin bank bu təklifə razı olmamışdır. Onun "xxxx" ASC-dən başqa digər banklara da borcu vardır. 11 dekabr 2025-ci ildə icra şöbəsinə çağırılmış, o da öz növbəsində icra şöbəsinə getmiş, bundan sonra borca görə daha 100 manat ödəniş etmişdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tələbkar şirkətin nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını dinləyib təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən Abşeron rayon 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-20049 nömrəli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədinin icrasını təmin etmək üçün xx.xx.2000-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş, ünvan 1ində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Abşeron rayon 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-20049 nömrəli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.2000-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş, ünvan 1ində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar