Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(5-105)-161/2026 11.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədovun Borclu ölkədən getmək hüququnun borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə təqdimatını nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 8(019)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən ərizə təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-158/2019 nömrəli qətnaməsinə əsasən yetkinlik yaşına çatmamış, 22 avqust 2014-cü ildə anadan olmuş X2 və 28 iyun 2016-cı ildə anadan olmuş X1 üçün Borclu Tələbkar xeyrinə tutulan alimentin miqdarının 11 avqust 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,78 misli həddində indeksasiya olunması qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Lakin iş materiallarında Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədovun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 152.1.1-ci və 152.2-ci maddələrinin müddəası hazırkı ərizəyə qanunun analogiyası qaydasında tətbiq olunmalı və Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədovun Borclu ölkədən getmək hüququnun borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədovun Borclu ölkədən getmək hüququnun borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı geri qaytarılsın. İcra məmuruna təqdimatın qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(5-105)-161/2026
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(5-105)-161/2026
11.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver