Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(5-105)-191/2026 02.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatına dair iş üzrə (açar sözlər: avtomobil üzərinə qoyulmuş həbsin götürülməsi) X2 Muxtar oğlunun sədrliyi, Hacılı Jalə Nüsrət qızının katibliyi ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun avtomobil üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-710/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclular X4, X5 və Borclu müştərək qaydada 3060.56 manat əsas borc, 351.52. manat faiz borcu, 74.51 manat məbləğində cərimə üzrə borcu və ödənilmiş dövlət rüsumundan 30 (otuz) manat, ümumilikdə 3516 (üç min beş yüz on altı) manat 59 (əlli doqquz) qəpik məbləğində borc tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilsin.
2. Həmçinin icra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron rayon Məhkəməsinin 8(012)-439/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu məxsus "KİA OPTİMA" minik markalı, **-RH-*** dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə həbs qoyulmuşdur.
3. Tələbkar ASC xx.xx.2026-cı il tarixdə ərizə ilə İcra şöbəsinə müraciət edərək, icra sənədinin məhkəməyə geri qaytarılmasını və iş üzrə Borclu barəsində görülmüş bütün məcburi icra tədbirlərinin ləğv olunmasını xahiş etmişdir.
Təqdimatın tələbi, icraat iştirakçılarının izahatları
4. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatla məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-439/2023 nömrəli qərardadı ilə Borclu məxsus “KİA OPTİMA” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Təqdimatın əsaslarına görə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)- 710/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclular X4, X5 və Borclu 3516.59 manat pul vəsaiti tutularaq tələbkar LPO Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Həmçinin icra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron rayon Məhkəməsinin 8(012)-439/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu məxsus "KİA OPTİMA" minik markalı, **-RH-*** dqn-lı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələbkar LPO "xxxx" ASC xx.xx.2026-cı il tarixdə şöbəyə məktub ilə müraciət edərək “İcra Haqqında” AR Qanununun 23.1.1 maddəsi ilə icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 85- ci maddəsini rəhbər tutaraq Borclu məxsus "KİA OPTİMA" minik markalı, **-RH-*** dqn-lı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Konstitusiyası: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir; İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
8. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir; Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur; Maddə 50.2. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 231.3. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır.
Məhkəmənin mövqeyi
10. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir.
11. Belə ki, “İcra haqqında” Qanunun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir.
12. Hazırkı işin halları ilə məlum olur ki, tələbkar ləğv prosesində olan Tələbkar ASC-nin ləğvedicisi X1 Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(002)- 710/2015 nömrəli icra sənədinin məhkəməyə geri qaytarılmasını və iş üzrə Borclu barəsində görülmüş bütün məcburi icra tədbirlərinin ləğv olunmasını xahiş etmişdir.
13. Həmçinin Abşeron rayon İcra və probasiya şöbəsinin rəis müavini Qəribağa Mirhəşimovun “icra sənədinin geri qaytarılması” haqqında xx.xx.2026-cı il tarixli qərarından görünür ki, icra sənədi Azərbaycan Respublikası “İcra haqqında” qanun 23.1.1ci maddəsinə əsasən məhkəməyə geri qaytarlmışdır.
14. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin mülkiyyət hüquqlarının qeyri-legitim əsaslarla məhdudlaşdırılması yolverilməzdir.
15. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 8(012)-439/2023 nömrəli qərardadı ilə Borclu məxsus “KİA OPTİMA” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 8(012)-439/2023 nömrəli qərardadı ilə Borclu məxsus “KİA OPTİMA” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
X3