Məhkəmə qərarları › İş №8(5-105)-27/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(5-105)-27/2026

30.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(5-105)-27/2026 30.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, X1 iştirakı ilə, Maraqlı şəxs xx.xx.2013-cü il tarixli qərarından X2 tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Maraqlı şəxs xx.xx.2013-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(012)-210/2013 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. X2 Maraqlı şəxs tərəfindən qəbul edilmiş icra sənədinə xitam verilməsi haqqında qərardan şikayət verərək, icraata xitam verilməsi haqqında xx.xx.2013-cü il tarixli Qərarın ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin 2(012)-210/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin yenidən icra edilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayəti onunla əsaslandırmışdır ki, Maraqlı şəxs icra məmuru X5 xx.xx.2013-cü il tarixdə icraatına daxil olmuş Abşeron Rayon Məhkəməsinin 2(012)- 210/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə icraata xitam verilməsi haqqında xx.xx.2013-cü il tarixli qərar qəbul etmişdir. Cənab rəis! Abşeron Rayon Məhkəməsinin 2(012)-210/2013 nömrəli, xx.xx.2013-cü il tarixli İcra Vərəqəsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Mənimlə borclu X10 arasında barışıq olduğu üçün alimentin icrasına xitam verilməsi ilə bağlı ərizə yazdım. Belə ki, xx.xx.2013-cü il tarixdə icraata xitam verilməsi ilə bağlı qərar qəbul edilmişdir. Bildirir ki, xx.xx.1990-cu il təvəllüdlü X4 rayonu, Qumlaq Ə/D, Məstalıbəyli kəndində qeydiyyatdadır və məcburi köçkün kimi Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsi, Bələdiyyənin inzibati binasında məskunlaşmışdır (Mobil telefon nömrələri: ***-***-**-** // ***-***-**-**). Hal-hazırda mən övladım ilə birlikdə tək yaşayıram və cavabdeh tərəfindən mənə aliment ödənilmir. Borclu ilə ayrılmışam. Mən xx.xx.2013- cü il tarixdə barışıq ərizəsini ünvanladıqdan sonra cəmi 2- 3 ay birlikde yaşadılar. Sonra başa düşdü ki, borclu onu aldadaraq alimentin ləğvi ilə bağlı cəhd edirmiş, aralarında olan ailə münasibətlərini yaxşılaşdırmağa heç niyyəti yox idi. O, uzun illərdir ki, övladına tək başına baxırdı. Özüm işləyirdi və bundan başqa borclu ona hədə-qorxu gəldiyi üçün aliment məsələsini ikinci dəfə qaldıra bilmirdi. Hazırda ona məlum olmuşdur ki, borclu adını və soyadını dəyişmişdir. Quliyev Muşviq əvəzinə hazırda Borclu kimi qeydiyyatdadır və övladının doğum haqqında məlumatlarında ata adı Nihad olaraq qeyd edilmişdir. Bildirir ki, borclu ilə heç bir əlaqələri yoxdur və onun maddi köməyə ehtiyacı var. Borcluya dəfələrlə bildirmişdir ki, övladının aliment pulunu ödəməyə ona kömək etsin. Lakin aralarında kinli münasibət olduğunu üçün borclu ayrıldıqları gündən alimenti ödəmir. Qeyd edilənlərə əsasən, o, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə təqdimatı vermiş icra məmuru və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, şikayət ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənəddən görünür ki, Maraqlı şəxs xx.xx.2013-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(012)-210/2013 saylı icra sənədinə xitam verilmişdir. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra “İcra haqqında Qanun” adlanacaq): 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 4.1-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələbləri vergi orqanları, bank və digər kredit təşkilatları tərəfindən icra olunur. 4.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. 4.3-cü maddəsinə əsasən, bu Qanunun 4.1-ci və 4.2-ci maddələrində göstərilən orqanlar, təşkilatlar, habelə şəxslər məcburi icra orqanları sayılmır. 23.1.5-ci maddəsinə əsasən, tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 44.1.2-ci maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. İş materiallarından aydın olur ki, Maraqlı şəxs xx.xx.2013-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(012)-210/2013 saylı icra sənədi üzrə icaata xitam verilmişdir. Lakin borclu tərəfindən sözügedən icra sənədi üzrə borc tam ödənilməmişdir. cra işinin materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra hərəkətləri natamam aparılmış, qanunla nəzərdə tutulmuş bir sıra icra hərəkətləri yerinə yetirilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs icra sənədinə xitam verilməsi haqqında xx.xx.2013-cü il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(012)-210/2013 saylı icra sənədi Maraqlı şəxsnə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Maraqlı şəxs icra sənədinə xitam verilməsi haqqında xx.xx.2013-cü il tarixli qərarı ləğv edilsin və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(012)-210/2013 saylı icra sənədi Maraqlı şəxsnə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar